Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


 Tolerantlıq, multikulturalizm və interkulturalizm



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə117/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   113   114   115   116   117   118   119   120   ...   175
1 Multikulturalizmə giriş 2019

7.3. Tolerantlıq, multikulturalizm və interkulturalizm
Multikulturalizm məfhumunun məzmununu daha da aydın şəkildə 
müəyyənləşdirmək üçün onu 
tolerantlıq və interkulturalizm
məfhumları ilə 
müqayisə etmək məqsədəuyğundur.
Multikulturalizm məfhumu öz məzmununa görə 
tolerantlıq
məfhumuna 
yaxındır. Daha konkret desək, tolerantlıq multikulturalizm siyasətinin 


269
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN 
TƏNZİMLƏNMƏSİNİN SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
əsasını təşkil edir. Yuxarıda qeyd etdik ki, müasir dövrdə dünya dövlətlərinin 
əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu 
müxtəlifliklər etnik-mədəni dəyərlərdə öz əksini tapır. Etnik-mədəni dəyərlərin 
müəyyən qismi etnik və dini azlıqlara məxsusdur. Multikulturalizm bir siyasət 
kimi bu azlıqlara və onlara məxsus olan etnik-mədəni dəyərlərə münasibətdə titul 
xalq tərəfindən dözümlülüyün, yəni tolerantlığın nümayiş etdirilməsini nəzərdə 
tutur. Lakin multikulturalizm məfhumunun həcmi tolerantlıq məfhumunun 
həcmi ilə məhdudlaşmır. Onun həcmi daha genişdir. 
Eyler dairəsi
vasitəsilə bu 
iki məfhumun münasibəti aşağıdakı şəkildə təsvir olunmuşdur.
A-multikulturalizm
B- tolerantlıq
Multikulturalizm etnik və dini azlıqlara münasibətdə tolerantlıqla yanaşı 
onlara və onların etnik-mədəni dəyərlərinə 
hörmətlə
yanaşmanı da ehtiva edir. 
Bunanla əlaqədar tanınmış britaniyalı tədqiqatçı Bhixu Parex qeyd edir ki, 
multikulturalizm şəraitində etnik və dini azlıqların tanınması tələbi tolerantlığı 
aşaraq cəmiyyətdə mövcud olan müxtəliflikləri qəbul etməyi, onlara 
hörmətlə
yanaşmanı və hətta onları təsdiq etməyi nəzərdə tutur.
Multikulturalizm və interkulturalizm
məfhumlarına gəldikdə isə qeyd 
etmək lazımdır ki, bəzən ədəbiyyatda bu məfhumları bir-biri ilə qarışdırırlar, hətta 
onları səhvən eyniləşdirirlər. Lakin bu, düzgün deyil. Çünki multikulturalizm və 
interkulturalizm məfhumları arasında müəyyən fərqli cəhətlər vardır. 
Etnik-mədəni müxtəlifliyin daşıyıcılarının birgəyaşayışını, onlar arasında 
tolerantlığın, hətta qarşılıqlı hörmətin inkişaf etdirilməsini nəzərdə tutan 
multikulturalizm siyasəti bu müxtəlifliyi bəzən qabartmaqla, mütləqləşdirməklə 
cəmiyyətdə sosial fraqmentasiya, dezinteqrasiya hallarının yaranmasına səbəb 
olur. Belə hallar xüsusilə müasir liberal demokratiya ölkələrində baş verir. 
Məlum olduğu kimi, multikulturalizm siyasətinin həyata keçirilməsində, 
onun prinsiplərinə riayət olunmasında bütün ölkələrdə dövlət aparıcı rol 


MULTİKULTURALİZMƏ GİRİŞ
270
oynayır. Multikulturalizm siyasətindən imtina etmiş bir neçə liberal demokratiya 
ölkələrinin təcrübəsi göstərir ki, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və 
mədəni müxtəlifliklər müasir liberalizmin prinsiplərinə əsasən tənzimləndikdə, 
yəni dövlət milli azlıqların etnik-mədəni dəyərlərinin qorunmasına və inkişaf 
etdirilməsinə münasibətdə həddindən artıq səy göstərdikdə, bu işdə onlara tam 
azadlıq verdikdə, digər tərəfdən isə onların yaşadıqları cəmiyyətə inteqrasiyası 
olunmaları istiqamətində lazımi tədbirlər görmədikdə, milli azlıqlar cəmiyyətdə 
titul xalqın geniş yayılmış etnik-mədəni dəyərlərindən, müəyyən olunmuş etik-
davranış normalarından təcrid olunaraq, hətta bəzən bu dəyərlərə və normalara 
qarşı müqavimət göstərərək öz etnik-mədəni dəyərlərinə sığınırlar. Belə olan 
şəraitdə cəmiyyətdə dezinteqrasiya prosesləri baş verir. Cəmiyyət müxtəlif etnik, 
dini icmalara bölünür. Bu icmalar arasında dialoq və əməkdaşlıq əlaqələri zəif olur.
Liberal demokratiya ölkələri üçün xarakterik olan bu problemi həmin 
ölkələrin bir neçə dövlət başçısı (Böyük Britaniyanın sabiq Baş naziri Devid 
Kameron, Fransanın sabiq Prezidenti Nikola Sarkozi, Almaniyanın kansleri 
Anqela Merkel) qeyd edərək multikulturalizm siyasətinin müasir dövrdə 
səmərəsiz olması səbəbindən iflasa uğradığını rəsmi olaraq artıq bəyan etmişlər. 
Onlar bu siyasətin səmərəsizliyini ölkələrində məskunlaşmış etnik və dini 
azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əsaslandırırdılar. 
Bu dövlətlərin ümumi mövqeyini 5 fevral 2011-ci ildə 47-ci Münxen 
Təhlükəsizlik Konfransdakı çıxışında Böyük Britaniyanın sabiq Baş naziri 
Devid Kameron belə ifadə etmişdir: 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin