MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
277
Milli azlıqların etnik-mədəni dəyərləri dedikdə isə ilk növbədə onların
milli-mənəvi dəyərləri, dinləri və dilləri nəzərdə tutulur.
Multikulturalizm
siyasəti şəraitində milli azlıqların nümayəndələri etnik, dini, irqi
mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə təqib olunmurlar. Heç
bir sahədə ayrıseçkiliyə məruz qalmırlar. Onlar
titul xalqla eyni hüquqlara
malikdirlər. Bir qayda olaraq, multikultural cəmiyyətdə milli azlıqların hüquq
və azadlıqları ölkə Konstitusiyası və digər normativ hüquqi aktlarla qorunur.
Bundan başqa multikulturalizm siyasətini aparan dövlət milli azlıqların hüquq
və azadlıqlarının qorunması sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq
etməlidir. Onların bu məsələ ilə bağlı qəbul etdikləri sənədlərə öz münasibətini
bildirməlidir. Qeyd etmək lazımdır ki, BMT, Avropa Şurası, UNESKO kimi
beynəlxalq təşkilatlar tərəfindən milli azlıqların hüquq və azadlıqlarının
qorunmasına dair mühüm sənədlər qəbul olunmuşdur.
Belə sənədlərdən
aşağıdakıları göstərmək olar:
1. “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə” (BMT-nın Baş
Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul olunmuşdur);
2. “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası”
(Avropa Şurası tərəfindən 4 noyabr 1950-ci ildə qəbul olunmuşdur);
3. “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında
Beynəlxalq Konvensiya” (BMT-nın Baş Assambleyası tərəfindən 21 dekabr
1965-ci ildə qəbul olunmuşdur);
4. “Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin
bütün
formalarınin ləğv edilməsi haqqında Bəyannamə» (BMT-nın Baş Assambleyası
tərəfindən 25 noyabr 1981-ci ildə qəbul olunmuşdur);
5. “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası” (Avropa
Şurasının Nazirlər Komitəsi tərəfindən 5 noyabr 1992-ci ildə qəbul olunmuşdur);
6. “Milli yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları
haqqında Bəyannamə” (BMT-nın Baş Assambleyası tərəfindən 18 dekabr 1992-
ci ildə qəbul olunmuşdur);
7. “Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi haqqında
Qətnamə” (BMT-nin Baş Assambleyası tərəfindən 20 dekabr 1993-cü ildə qəbul
olunmuşdur);
8. “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” (Avropa
Şurası tərəfindən 1 fevral 1995-ci ildə qəbul olunmuşdur);
MULTİKULTURALİZMƏ GİRİŞ
278
9. “Tolerantlıq prinsipləri haqqında Bəyannamə” (UNESKO tərəfindən 16
noyabr 1995-ci ildə qəbul olunmuşdur);
10. “Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi” (UNESKO
tərəfindən 2 noyabr 2001-ci ildə qəbul olunmuşdur)
11. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında”
Konvensiyası (UNESKO tərəfindən 20 oktyabr 2005-ci ildə qəbul olunmuşdur).
Sadalanan bu sənədlər milli azlıqların hüquq və azadlıqlarının qorunması
üçün böyük əhəmiyyət dasıyır. Lakin onların bəziləri bu və ya digər ölkənin tarixi,
geosiyasi, iqtisadi və/ və ya etnik-mədəni xüsusiyyətlərini nəzərə almır. Buna
görə də milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dair beynəlxalq
sənədlərə münasibət bildirən hər hansı bir ölkə bu sənədlərdəki müddəaların
onun milli maraqlarına zidd olmadığını, suverenliyini və ərazi bütövlüyünü
pozmadığını nəzərə almalıdır.
Məlum məsələdir ki, ölkənin qeyd olunan
xüsusiyyətlərini nəzərə almayan sənədin qəbul olunması
həmin ölkənin milli
təhlükəsizliyi, siyasi, sosial-iqtisadi inkişafı üçün problem yarada bilər. Belə
olan halda həmin ölkənin bu cür sənədi qəbul etməməyə əsası vardır. Məsələn,
yuxarıda sadaladığımız sənədlərdən biri olan
Dostları ilə paylaş: