“Regional və ya Azlıqların Dilləri
üzrə Avropa Xartiyası”
nı Avropa Şurasının bir neçə ölkəsi indiyədək ratifikasiya
etməmişdir. Həmin ölkələrin sırasında hətta Belçika, Fransa, İrlandiya,
Portuqaliya, Yunanıstan, Bolqarıstan, Estoniya, Litva və Latviya kimi Avropa
İttifaqının üzvləri də vardır.
“Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nın bəzi ölkələr
tərəfindən ratifikasiya edilməməsi bu sənəddə olan bir sıra müddəalarının həmin
ölkələrin milli maraqlarına, xüsusilə ictimai–siyasi, iqtisadi sabitliklərinə, ərazi
bütövlüklərinə ciddi təhlükə törədə biləcəyi ilə əsaslandırılır. Daha konkret
desək, bu sənəddə elə tələblər əks olunmuşdur ki, onların həyata keçirilməsi
ölkədə milli zəmində separatçılıq hərəkatının baş qaldırmasına, ölkə ərazisinin
parçalanmasına gətirib çıxara bilər. Məsələn, sözügedən sənədin III hissəsinin
“İnzibati orqanlar və dövlət qulluğu”
adlı 10-cu maddəsində yer alan bəzi
məqamlar cəmiyyətdə dezinteqrasiya meylərinin yayılması, etnik separatizmin
yaranması təhlükəsini özündə saxlayır. Sözügedən maddənin tələbinə əsasən,
milli azlıqların çoxluq təşkil etdiyi dövlətin inzibati ərazi dairələrində dövlət
müəssisələri, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları vətəndaşlarla
iş apararkən azsaylı xalqların dillərindən istifadə etməli, habelə yazılı ərizələr,
MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
279
inzibati və kargüzarlıqla bağlı digər rəsmi xarakterli sənədlər etnik azlıqların
dillərində tərtib olunmalıdır.
Bundan başqa “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nda
elə müddəalar var ki, onların icra olunması dövlətin böyük həcmdə lüzumsuz
maliyyə xərclərinə səbəb ola bilər. Məsələn, Xartiyanın
“İqtisadi və ictimai
həyat”
adlı 13-cü maddəsində iqtisadi və ictimai həyatda regional dillərin geniş
istifadəsinə şəraitin yaradılması, o cümlədən maliyyə və bank sənədlərinin,
şirkətlər və özəl müəssisələr tərəfindən bağlanılan müqavilələrin, şirkətdaxili
sənədləşmə işinin, qiymətli kağızların, ödəmə çeklərinin və digər bu kimi
sənədlərin, habelə məhsulların istifadəsi və mexanizmlərin istismarı üzrə
təlimatların etnik azlıqların dillərində tərtibinə və hazırlanmasına icazənin
verilməsi tələbi irəli sürülür.
Milli azlıqların hüquq və azadlıqlarının təmin olunmasının mühüm
göstəricilərindən biri onların dillərində qəzet və jurnalların nəşr olunması,
televiziya və radio verilişlərinin aparılması, orta və ali məktəblərdə tədrisin
təşkil olunmasıdır. Bütün bunlar cəmiyyət daxilində inteqrasiya proseslərini
möhkəmləndirir. Bu isə öz növbəsində ümumilikdə ölkənin sosial-iqtisadi
inkişafına, əhalinin həyat səviyyəsinin qalxmasına səbəb olur.
Yuxarıda qeyd etdiyimiz kimi, multikulturalizmin daxili siyasətin tərkib
hissəsi olmasının ikincisi göstəricisi ölkə daxilində dövlət-din münasibətlərinin
yüksək səviyyədə olmasıdır.
Ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olması dedikdə nə
nəzərdə tutulur?
Dövlət-din münasibətlərinin yüksək səviyyədə olması ilk növbədə ölkə
daxilində dini etiqad azadlığının təmin edilməsi deməkdir. Məlum olduğu kimi,
dini etiqad azadlığı insan hüquqlarının tərkib hissəsidir. Buna görə də dini etiqad
azadlığının təmin olunması hər bir demokratik inkişaf yolu seçmiş dövlətin
daxili siyasətinin prioritet istiqamətlərindən biridir.
Dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasının digər mühüm
göstəricisi ölkə ərazisində mövcud olan dinlərin və dini məzhəblərin qanun
qarşısında bərabər olmasıdır.
Dünya ölkələrinin praktikası göstərir ki, dini etiqad azadlığını təmin
edən hər bir ölkə dinlərin və dini məzhəblərin qanun qarşısında bərabərliyinə
zəmanət vermir. Bunu hətta aparıcı Qərb ölkələrinin təcrübəsi də təsdiq edir.
MULTİKULTURALİZMƏ GİRİŞ
280
ABŞ, Kanada və Qərbi Avropa ölkələrində dinlər və dini məzhəblər arasında
bərabərlikdən danışmaq mümkün deyil. Bu ölkələrdə dini etiqad azadlığı olsa da,
orada hakim dinə, yəni titul xalqın mənsub olduğu dinə münasibətdə digər dinlər
və dini məzhəblər, xüsusilə də İslam dini de-fakto aşağı mövqedədir. Dövlət-
din münasibətlərinin yüksək səviyyədə olmasının mühüm göstəricilərindən olan
dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olmasını təmin edən ölkə
azdır. Məsələn, Azərbaycan Respublikası belə ölkələrdən biridir. Azərbaycanın
əhalisinin 96 faizini müsəlman olmasına baxmayaraq, dövlət dinlər arasında
heç bir ayrı-seçkiliyə yol vermir. Ölkə Konstitusiyasının 18-ci maddəsinin 1-ci
bəndində göstərilir ki, Azərbaycanda
“bütün dini etiqadlar qanun qar
şısında
bərabərdir”.
Dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından danışdıqda
dövlət tərəfindən bütün dini qurumlara maddi-maliyyə köməyinin göstərilməsini
də qeyd etmək lazımdır. Belə köməyin göstərilməsi ilk növbədə milli azlıqlara
mənsub olan və fəaliyyətlərində maliyyə çətinlikləri ilə üzləşən dini qurumlar
üçün əhəmiyyətlidir. Bu yardımın əhəmiyyətli hissəsi dini ibadət obyektlərinin
tikintisinə, təmirinə, eləcə də dini qurumların fəaliyyətlərinin təmin olunmasına
yönəldilir.
Bir sıra ölkələrin təcrübəsi göstərir ki, dini azadlıqların təmin edilməsi,
bütün dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olması, dövlət
tərəfindən dini icmalara maddi dəstəyin göstərilməsi ölkə daxilində dinlərarası
münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb
olur. Ölkə daxilində fəaliyyət göstərən müxtəlif dinlər və dini məzhəblər
arasında münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması isə
öz növbəsində, dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas
indikatorlarından biri kimi qəbul oluna bilər. Çünki dünya ölkələrinin təcrübəsi
göstərir ki, ölkə daxilində müxtəlif dinlər və dini məzhəblər arasında dözümlülük,
qarşılıqlı hörmət və əməkdaşlıq münasibətləri dövlət tərəfindən məqsədyönlü
şəkildə aparılan multikulturalizm siyasəti həyata keçirildikdə formalaşır.
Beləliklə, ölkədə yaşayan milli azlıqların etnik-mədəni dəyərlərinin
qorunması, eləcə də ölkə daxilində dövlət-din münasibətlərinin yüksək səviyyədə
olması multikulturalizmin daxili siyasətin tərkib hissəsi olmasını göstərir.
Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə yönələn,
səmərəli siyasət modeli olan multikulturalizm dövlətin daxili siyasəti ilə yanaşı
MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
281
onun xarici siyasətinin də tərkib hissəsi, mühüm bir istiqaməti kimi çıxış edir.
Multikulturalizm daxili siyasətin tərkib hissəsi kimi ölkə daxilindəki etnik, irqi, dini
və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına
səbəb olursa, ölkələrarası münasibətlərdə o, müxtəlif mədəniyyətlərə və
sivilizasiyalara mənsub olan ölkələrlə qarşılıqlı əhəmiyyət daşıyan əlaqələrin
inkişafını nəzərdə tutur. Lakin qeyd etmək lazımdır ki, multikulturalizm daxili
siyasətin tərkib hissəsi olmadan ölkənin xarici siyasətində özünü büruzə verə
bilməz. Bu, daxili və xarici siyasət arasında olan münasibətdən irəli gəlir. Bu
münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır.
Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü və beynəlxalq
hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə ölkədaxili
vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkar
olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait
yaradan əsas səbəblərdən biridır. Daxili siyasətin xarici siyasətə münasibətdə
müəyyənedici rol oynamasını əsas götürərək deyə bilərik ki, əgər ölkə daxilində
etnik, dini zəmində heç bir qarşıdurma yoxdursa, müxtəlif xalqların, dinlərin
arasında dözümlülük, dialoq və əməkdaşlıq münasibətləri mövcuddursa, bu
dövlətin xarici siyasəti sülhyönümlü olaraq dünyada dinlər və mədəniyyətlərarası
dialoqa və əməkdaşlığa yönələcəkdir. Dinlər və mədəniyyətlərarası dialoqa və
əməkdaşlığa yönələn dövlətin xarici siyasəti isə öz növbəsində onun beynəlxalq
aləmdə multikulturalizm siyasətini təbliğ edən dövlət kimi nüfuzunu qaldıraraq
daxili siyasətində multikulturalizm istiqamətini daha da gücləndirəcəkdir. Bu,
xarici siyasətin daxili siyasətə əks təsirini nümayiş etdirməklə daxili və xarici
siyasət arasındakı münasibəti qar
şı
lıqlı xarakter daşıdığını göstərir.
Beləliklə, multikulturalizmin ölkənin daxili və xarici siyasətin tərkib
hissəsi, mühüm istiqaməti kimi çıxış edir. Multikulturalizmin daxili siyasətin
tərkib hissəsi olması onun xarici siyasətin istiqaməti olmasını müəyyən edir.
Lakin multikulturalizmin ölkənin xarici siyasətində də özünü büruzə verməsi
onun daxili siyasətdə daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
MULTİKULTURALİZMƏ GİRİŞ
282
Dostları ilə paylaş: |