MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
287
səviyyəsi daha dəqiq göstərir. Belə ki, ölkənin iqtisadi inkişafının
göstəricisi
kimi ÜDM-un adambaşına düşən payı əsasında ölçülməsi ölkədaxili sosial
bərabərsizlikdən, əhalinin təhsili, sosial rifahı, sağlamlığı, həyat səviyyəsindən
xəbər vermir. ÜDM-un həcmi dövlətin daxili siyasətinin sosial yönümlüyü
olub –olmamasını göstərmir. Ümumiyyətlə,
ÜDM inkişafda həlledici rol
oynayan insandan, onun inkişafına səbəb olan faktorlardan məlumat vermir.
İİİ yuxarıda qeyd etdiyimiz “Artım və inkişaf”, “İnklüzivlik”, “Nəsillərarası
bərabərlik və dayanıqlılıq” kimi əsas göstəricilərlə yanaşı sağlam həyat
gözləntiləri, məşğulluq, əmək məhsuldarlığı, CİNİ əmsalı, yoxsulluq dərəcəsi,
xalis yığımların tənzimlənməsi və digər göstəriciləri də ehtiva edir. İİİ-nin bütün
bu göstəriciləri isə ölkənin iqtisadi inkişafı ilə yanaşı insanın sosial rifahından,
həyat səviyyəsindən ətraflı məlumat verir. ÜDM ilə İİİ-i arasındakı fərqi bir misal
kimi Ekvatorial Qvineya ilə Rumıniya arasında göstərmək olar. BMT-nin İnkişaf
Proqramının 2015-ci il İnsan İnkişafı Hesabatına əsasən, Ekvatorial Qvineyada
ÜDM-un adambaşına düşən payı 21056 ABŞ dolları, Rumıniyada isə 18108
ABŞ dolları təşkil etməsinə baxmayaraq, Ekvatorial Qvineyada vətəndaşların
orta ömür müddəti 57,6 il, Rumıniyada isə 74 il təşkil edir. Bu misal ÜDM-
un səviyyəsinin bir indikator kimi ölkə əhalisinin həyat səviyyəsinin yüksək
olmasında kifayət olmadığını göstərir. Buna görə də, heç təsadüfi deyil ki, BMT-
nin İnkişaf Proqramının 2015-ci il İnsan İnkişafı Hesabatında Rumıniya 52-ci,
Ekvatorial Qvineya isə 138-ci yerdədir.
İnklüziv İnkişaf İndeksi üzrə Azərbaycanın inkişaf etməkdə olan ölkələr
arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdə olması
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi
siyasətlə yanaşı inkluzliv cəmiyyətin qurulmasının əsas səbəblərindən biri olan,
etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni dəyərlərin
qorunmasına səbəb olan multikulturalizm siyasətinin nəticəsidir.
Beləliklə, cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil
edən etnik-mədəni dəyərlərin qorunmasına yönələn multikulturalizm siyasəti
davamlı və inklüziv inkişafın əldə olunmasında mühüm əhəmiyyətə malikdir.
Bu siyasət cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsinin
səmərəli siyasət modeli kimi etnik, dini və mədəni zəmində yarana biləcək
münaqişələrin qarşısını
alaraq indiki, eləcə də gələcək nəsillərin maddi
tələbatlarının ödənilməsi üçün şərait yaradır. İctimai inkişafda mədəniyyətin
MULTİKULTURALİZMƏ GİRİŞ
288
aparıcı rol oynadığı bir dövrdə multikulturalizm siyasəti obyektiv xarakter
daşıyan, xalqların
etnik-dini dəyərlərini, mədəniyyətlərini xarakterizə edən,
eləcə də onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edən etnik-mədəni
müxtəlifliyin qorunmasına yönəlməklə cəmiyyətdəki inkişaf prosesinə dinindən,
irqindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün təbəqələrinin
qoşulmasını təmin edir. Multikulturalizm siyasətinin bu funksiyası inkişafın
inkluzivliyini təmin edən mühüm amillərdən biridir.
Dostları ilə paylaş: