8.4. Multikulturalizm və gender
Gender (latınca -
genus
«cins») - bir insanın cəmiyyətdə davranışını
müəyyən edən və bu davranışın necə qəbul edildiyinı göstərən bir məfhumdur.
Bu elə bir davranış formasıdır ki, bir insanın digərləri ilə (dostlar, həmkarları,
sinif yoldaşları, valideynlər, təsadüfi insanlar və s.) münasibətini müəyyən edir.
Psixologiya və seksologiyada «gender» geniş mənada istifadə edilir və kişilərə
(
maskulinizm
) və qadınlara (
feminizm
) aid xüsusiyyətlərin fərqini nəzərdə
tutur. İctimai elmlərdə və xüsusilə feminizmdə «gender» daha dar mənada
istifadə edilir və kişilərlə qadınların sosial təyinatlı rolunu, fəaliyyət sahəsini
ifadə etməyi cinsi fərqlərdə deyil, cəmiyyətin ictimai quruluşunda görür.
Gender tədqiqatlarında əsas yeri kişi və qadınların sosial bərabərsizliyi
problemi tutur. Müasir ictimai elm
cins
və
gender
anlayışlarını fərqləndırir.
Cins (yəni, bioloji xüsusiyyətlər) qadın və kişilər arasında psixoloji və sosial
fərqlərin təməli və əsas səbəbi hesab edilir. İnsanlar arasında bioloji fərqlərlə
yanaşı sosial rol, fəaliyyət formaları, davranış və emosional xüsusiyyətləri
olmaqla digər fərqlər də var. Antropologlar, etnoqraflar və tarixçilər «tipik
kişi» və ya «tipik qadın» anlayışlarının nisbiliyiini coxdan müəyyən etmişlər:
bir cəmiyyətdə ancaq kişiyə aid olan davranış və ya xüsusiyyət başqa birində
qadına aid edilə bilər. Dünyada qadınların və kişilərin sosial xüsusiyyətlərinin
müxtəlifliyi onu göstərir ki, cinsi (bioloji) fərq müxtəlif cəmiyyətlərdə mövcud
olan sosial rollardakı fərqlərin izahı ola bilməz. Beləliklə, cəmiyyətin bioliji
cinsindən asılı olaraq insanlara aid etdiyi ictimai və mədəni normalar toplusunu
özündə əks etdirən “gender” anlayışı yarandı.
Qadın və kişilərin psixoloji xüsusiyyətləri, davranış nümunələri, fəaliyyət
növləri, peşələrini bioloji cins deyil, sosial-mədəni normalar müəyyən edir. Bir
MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
289
insanın kişi və ya qadın olması onun bu və ya digər anatomik xüsusiyyətlərə
malik olması yox, cəmiyyətin müəyyənləşdirdiyi bu və ya digər gender rolunu
yerinə yetirməsidir. Gender cəmiyyətdə qadın və kişinin sosial modeli kimi
yaradılıb. Gender cəmiyyətdə və onun institutlarında (ailə, siyasi quruluş,
iqtisadiyyat, mədəniyyət, təhsil və s.) qadınların və kişilərin mövqeyini və
rolunu müəyyənləşdirir. Gender sistemləri fərqli cəmiyyətlərdə fərqlidir, lakin
hər bir cəmiyyətdə bu sistemlər assimmetrikdir və kişilər və bütün kişilərə aid
olunanlar (xarakter əlamətləri, davranışlar, peşələr və s.) əsas və dominant,
qadınlar və bütün qadına aid edilənlər isə ikinci dərəcəli və sosial cəhətdən tabe
olunan sayılır.
Genderın mahiyyətinı qütbləşmək və müxalifət təşkil edir. Gender
sistemi insanların cinsindən asılı olaraq onlara aid edilən qeyri-bərabər mədəni
qiymətləndirmələri və gözləntiləri əks etdirir. Sosial normalar zamanla
dəyişir, amma gender bərabərsizliyi qalır. Beləliklə, gender sisteminın gender
bərabərsizliyi əsasında qurulmuş sosial bir sistem olduğunu söyləmək olar.
Gender sisteminin inkişafında və saxlanmasında insanların şüuru mühüm
rol oynayır. İnsanlarda gender şüurunun formalaşması ictimai və mədəni
stereotiplərin, normaların və qaydaların qorunması və yayılması hesabına baş
verir. Bu normaların pozulmasına görə cəmiyyət insanları cəzalandırır. Məsələn,
«kişi kimi qadın» və ya «kişidır, ancaq qadın kimi davranır» yarlıkları insanlar
tərəfindən çox ağrılı qəbul edilir və yalnız stressə deyil, həm də müxtəlif növ
ruhi xəstəliklərə gətirib çıxara bilir.
İnsan doğulduğu andan gender sisteminin təsir obyektinə çevrilir: ənənəvi
cəmiyyətlərdə körpənin cinsinə uyğun olaraq simvolik doğuş ritualları həyata
keçirilir. Bir çox cəmiyyətlərdə müxtəlif doğum adətləri (paltarın və uşaq
arabasının rəngi, oyuncaqların növü) də uşağın çinsinə görə müəyyənləşdirilir.
Araşdırmalar göstərir ki, yeni doğulmuş oğlanları daha çox yedizdirir, lakin
qızlara daha çox danışırlar. Tərbiyə prosesində ailə (valideynlər və qohumlar),
təhsil sistemi (uşaq baxçaları, məktəb və universitetlər), ümumilikdə mədəniyyət
(kitablar və KİV) gender normalarını uşaqların zehinlərinə daxil edir, müəyyən
davranış qaydalarını formalaşdırır. Eyni zamanda “Əsı kişi kimdir?” və “ Əsl
qadın necə olmalıdır” haqqında təsəvvür yaradırlar. Sonradan bu formalaşmış
gender normaları müxtəlif ictimai və mədəniyyət mexanizmləri vasitəsilə
dəstəklənir .
MULTİKULTURALİZMƏ GİRİŞ
290
Genderin sosial quruluş nəzəriyyəsi iki postulata əsaslanır:
1. Gender sosiallaşmaq, əmək bölgüsü, gender rolları, ailə və media
vasitəsilə qurulur;
2. Gender fərdi şəxslər tərəfindən qurulur: Onların şüuru səviyyəsində
(gender identifikasiyası), cəmiyyət tərəfindən müəyyən edilmiş normaların və
rolların qəbul edilməsi və onlara uyğunlaşmaq (geyim, görünüş, davranış və s.).
Bu nəzəriyyə gender bərabərliyi, gender ideologiyası, gender fərqliliyi
və gender rolu anlayışlarından geniş istifadə edir. Gender eyniliyi bir şəxsin
öz mədəniyyətlərində mövcud olan kişilik və qadınlıq təriflərini qəbul etdiyini
bildirir. Gender ideologiyası gender fərqləri və gender təbəqələşməsinə sosial
bəraət verən ideyalar sistemidir. Gender differensiasiyası kişilərlə qadınlar
arasındakı bioloji fərqlərin sosial dəyər verən və sosial təsnifat vasitəsi olaraq
istifadə edilən bir prosesdir.
Gender rolu müəyyən sosial təlimatların yerinə yetirilməsi, yəni nitq,
davranış, geyim tərzi, jestlər və s. şəklində cinsə uyğun davranış kimi başa
düşülür. Müasir gender nəzəriyyəsi qadınlarla kişilər arasında bu və ya
digər bioloji, sosial və psixoloji fərqlərin olmasını inkar etmir. O, sadəcə
olaraq, bu fərqlərin özünün deyil,onların sosiokultural qiymətləndirmə və
interpretasiya təfsiri kimi əhəmiyyət daşıdığını və bu fərqlərə əsaslanan
bir güc sisteminin qurulmasını təsdiq edir. Gender tədqiqatlarının əsasını
yalnız kişilərin və qadınların statusu, rolları və həyatlarınının bu və ya digər
aspektləri arasındakı fərqı göstərmək deyil deyil, həm də cəmiyyətdə gender
rolları və münasibətlər vasitəsilə təsdiqlənmiş güc və dominantlığın təhlili
təşkil edir.
Gender konsepsiyası sosiologiya elmində XX əsrin 70-ci illərində
Amerikada, 90-cı illərin əvvəllərindən isə Rusiyada tədqiqatçıların diqqətini
çəkməyə başlamışdır. Gender konsepsiyası Amerika sosiologiyasında tədricən
inkişaf etmiş və müxtəlif dövrlərdə aşağıdakı aspektlər sosioloqların diqqət
mərkəzində olmşdur:
- gender kişi və qadınların sosial rolu kimi;
- gender kişilərin və qadınların davranışlarına nəzarət sistemi kimi;
- gender xüsusi bir ictimai qurum ( sosial institut) kimi.
Bundan əlavə, amerikalı sosioloqların əksəriyyəti kişilərin və qadınların
sosial vəziyyətlərini, onların sosial rollarını iki planqada - şaquli: güc, nüfuz,
MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
291
gəlir, sərvət və üfüqi: əmək bölgüsü və institusional təhlil (ailə, iqtisadiyyat,
siyasət, təhsil) funksiyaları konteksində dəyərləndirirlər.
Bu gün gender məsələləri yalnız sosioloqların deyil, psixoloqların,
antropologların və tarixçilərin də diqqətini cəlb edən fənlərarası tədqiqat
sahəsidir.
«Multikulturalizm» məfhumu XX əsrin 40-cı illərində ədəbiyyata daxil
olsa da yalnız 60-cı illərdə aktual olmuşdur. Lakin onun əsas təhlili XX əsrin
90-cı illərinə aiddir. Bu illər multikulturalizm siyasətinin nikbinliyə köklənən
illəridir. Həmin dövrdə multikulturalizm siyasətinin demokratik çoxmədəniyyətli
cəmiyyətlərdə uğurla həyata keçirilə biləcəyi heç bir şübhə yaratmırdı.
Geniş mənada, həm də ideoloji səviyyədə multikulturalizm mədəniyyətlərin
müxtəlifliyini və eynihüquqluluğunu tanıyan bir anlayışdır. Bəzən bu anlayışla
hər hansı bir cəmiyyətin çoxmədəniyyətliliyini ifadə edirlər. Eyni zamanda
multikulturalizm həm də siyasi bir doktrina və ondan irəli gələn konkret
fəaliyyət siyasətdir. Bu siyasət isə mədəni müxtəlifliyin və cəmiyyətin konkret
qruplarının mənafelərinin qorunmasna yönələn siyasət vasitələrini nəzərdə
tutur. Məşhur Kanada filosofu Çarlz Teylor multikulturalizmi «tanınma və ya
qəbul etmə siyasəti» adlandırdı. Multikulturalizmi həm də assimiliyaya qarşı
yönəlmiş və cəmiyyətin müxtəlifliyinin saxlanılmasını təqdir edən bir siyasət
kimi dəyərləndirmək olar. Lakin multikulturalizmin müvəffəqiyyəti cəmiyyətdə
iğtişaşların olmaması ilə təsdiqlənsə belə, iqtisadi cəhətdən əhəmiyyətli
maliyyə investisiyaları tələb etdiyinə görə saxlanılması bahalı bir zövqdir .
Bu isə multikulturalizmin tənqidçilərinin arqumentlərindən biridir. Xüsusilə
2010-cu ildə Almaniya kansleri Angela Merkel, sonra isə İngiltərənin o vaxtkı
baş naziri Devid Kamerun rəhbərlik etdikləri dövlətlərdə multikulturalizm
siyasətinin uğursuzluğa düçar olduğunu qəbul etdikdən sonra. Kinorejissor Teo
van Goghun öldürülməsindən sonra Hollandiyada bir neçə il multikulturalizmin
gələcəyi haqqında çox mürəkkəb və pessimist müzakirələr gedirdi. Onu 2
noyabr 2004-cü ildə Niderland və Morokko vətəndaşı olan və uzun müddət
ailəsi ilə Hollandiyada yaşayan bir şəxs küçədə öldürmüşdü. Bir il sonra isə
immiqrantların kütləvi iğtişaşları Fransada baş verdi.
Multikulturalizm siyasəti ilk dəfə əhalinisinin əksəriyyəti Avropa
mənşəli olan immiqrasiya ölkələri (Kanada, ABŞ, Avstraliya, Yeni Zelandiya)
tərəfindən qəbul edilmişdir. 1971-ci ildən Kanadanın, 1973-cü ildən isə
MULTİKULTURALİZMƏ GİRİŞ
292
Avstraliyanın rəsmi dövlət siyasətidır. Multikulturalizm siyasəti qəbul olunanda
bu ölkələrdəki mədəni qrupların əksəriyyəti mono-etnik və mono-dini idi. Çünki
əhalinin əksəriyyəti avropalı və xristian idi. Bu isə o demək idi ki, immiqrasiya
ölkələrinin multikulturalizm modeli yalnız bir etnik və bir dini mənşəli qruplara
aid idi. Əhalisinin əksəriyyətini Avropa xristianları təşkil edən müasir Avropa
dövlətlərində isə immiqrantlarının əksəriyyəti qeyri-avropalı və qeyri-xristian
mənşəlidirlər. Buna görə də multikulturalizmin Avropa modeli əsasən müxtəlif
etnik və dini mənsubiyyət qruplarına aiddir. Görüldüyü kimi, immiqrasiya
ölkələrində və Avropa ölkələrində multikulturalizm siyasətlərinin qəbulu
müxtəlif şəraitlərdə baş vermişdir. Nəticə olaraq, multikulturalizm Avropanın
liberal dövlətlərində immiqrasiya ölkələrində olduğu kimi deyildir.
Mədəniyyətlər arasında mədəni müxtəliflik və bərabərlik yaratmaq əvəzinə,
multikulturalizmin Avropa modeli yeni problemlərin yaranmasına gətirib
çıxardı. Bu problemlər, əsasən, immiqrantlarla avropalıların mədəniyyətləri
arasında olan əhəmiyyətli fərqlərdən yaranırdı. Xüsusilə kəskin problemlər
ən az qorunan mədəni azlıqların (migrant qadınlar, uşaqlar və s.) hüquqlqrının
qorunmasında yaşanırdı. Qadınların hüquqları həm onların daxil olduğu mədəni
qruplar, həm də bu azlıqlara sahib olan liberal dövlətlər daxilində pozulurdu.
Nəticədə multikulturalizm siyasətinin Avropa modeli xüsusilə feminizm
(S.Oukin) tərəfindən kəskin tənqid edilir.
«Feminizm» dedikdə, bir tərəfdən , cəmiyyətdə mövcud olan və cins
prinsipinə əsaslanan «irqi, sinfi və cinsi hökmranlığın» ləğvinə, digər tərəfdən,
qadınların hüquqlarının (siyasi, sosial və intellektual sahədə öz müqəddəratını
təyin etmək) qorunmasına yönələn nəzəriyyə və siyasət nəzərdə tutulur.
Avropa ölkələrində həyata keçirilən multikulturalizm siyasətinin tənqidi
feminizm tərəfdarları tərəfindən bu siyasətin bir sıra nəzəri əsaslarının qəbul
edilməməsindən irəli gəlirdi. Multikulturalizm nəzəriyyəçilərinə görə (U.
Kimlika), mədəni azlıqların (yerli əhali və ya immiqrantlar olsun) özlərinin
sosial, dini, iqtisadi və s. sahələrdə xüsusi həyat normalarına malik olan
«sosial mədəniyyətləri» var. Eyni zamanda mədəniyyət tərəfindən müəyyən
edilmiş normalar həyatın həm ictimai, həm də özəl sahələrini əhatə edir. U.
Kimlikinin sözlərinə görə, mədəniyyətə aid olmaq, ilk növbədə, özünə hörmətin,
öz müqəddəratını inkişaf etdirmənin əsas amilidir. Mədəniyyətin itməsi, özünə
hörmət və seçki azadlığının itirilməsi deməkdir. Buna görə, multikulturalizm
MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
293
tərəfdarları mədəni azlıqlara xüsusi qrup hüquqları və ya imtiyazlar verməyi
zəruri hesab edirlər. Bu tədbir, bir tərəfdən, bu azlıqların təhlükə altına düşmüş
mədəniyyətlərinin qorunmasına kömək edəcək, digər tərəfdən, mədəni azlıqlar
və dominant mədəni əksəriyyət arasında bərabərliyi təmin edəcəkdir.
Feminizm baxımından, qeyd olunan nəzəriyyə, gender bərabərsizliyi
problemini, eləcə də mədəni azlıq qruplarına aid olan qadınların fərdi hüquqlarının
problemini tamamilə görmür və ya görməzdən gəlir. Gender bərabərsizliyi
bütün patriarxal mədəniyyətlərdə mövcuddur (bütün mədəniyyətlər bu və ya
digər dərəcədə patriarxaldır). Yəni qadınlar tabe olan mövqeyə malikdirlər.
Bəzi mədəniyyətlərdə bu tendensiya özünü daha çox, digərlərində isə daha az
biruzə verir. Bu daha çox patriarxal həyat tərzinin güclü olduğü mədəniyyətlərdə
(məsələn, islam mədəniyyətlərində) və qadınların ərindən və ya ailəsindən asılı
olduğu immigrant qruplarnda izlənilir. Qadınlar yalnız dar çərçivədə özlərinin
ailəsi ilə ünsiyyətdə olur və cəmiyyətdən təcrid olurlar. Bu, onların özəl həyat
sahəsinə sıxışdırılmasına və nəticədə, şəxsi mövqeyindən və ictimai məkanda
öz müqəddəratını təyin etmək hüququndan məhrum edilməsinə gətirib çıxarır.
Nəticədə, qadınlar yalnız mədəni şəxsiyyət və icmanın simvolik daşıyıcıları
yəni, «mədəniyyətin çoğaltıcıları replikatorları» hesab olunur. Müvafiq olaraq,
qadınların tabe olması və onlara nəzarət həm şəxsi, həm də kollektiv səviyyədə
mədəni şəxsiyyətin qorunub saxlanması və yayılmasını təmin edir. Yalnız bir
mədəniyyət nümayəndəliyinin daşıyıcısı hesab edilən belə bir vəziyyətdə olan
qadın öz siyasi, sosial və intellektual müqəddəratını təyin etmək hüququndan
məhrumdur.
Multikulturalizm nəzəriyyələrinin bu gender laqeydliyi (gender
bərabərsizliyi və qadınların öz müqəddəratını təyin etmək hüququ problemi)
Avropanın liberal dövlətlərində multikulturalizmin siyasət kimi həyata
keçirilməsində çətinliklərə gətirib çıxardı. Bəzi hallarda mədəni icmaların qrup
hüquqlarının tanınması bu qrupun daxilindəki qadınların fərdi hüquqlarının
pozulmasını nəzərdə tutur. Belə hallar qrupa verilən hüquqların qadınları açıq-
aşkar ayrı-seçkiliyinə (erkən nigah, qadın sünnəti, poliygamiya - islam qrupları
daxilində Fransada rəsmən icazə verilmiş) gətirib çıxaran mədəni tətbiqlərlə
bağlı olduqda baş verir. Eyni zamanda, bir tərəfdən, Avropanın liberal dövlətləri
gender bərabərliyi və insan hüquqlarını əsas dəyərlər kimi təmsil edir, digər
tərəfdən etnik azlıqlarda qadınlara qarşı olan ayrı-seçkiliyi mədəni praktikalar
MULTİKULTURALİZMƏ GİRİŞ
294
hesab edirlər. Bununla da onlar dövlət səviyyəsində gender bərabərsizliyini
dəstəkləyirlər.
Feminizm mövqeyindən danışan S.M. Oukin Avropa ölkələrindəki
mövcud vəziyyətdə aşağıdakı həll yollarını görür. Birincisi, yalnız immiqrant
qrupları və dominant icma arasında mövcud olan mədəni fərqlərə deyil, eyni
zamanda «mədəni qruplar çərçivəsində mövcud gender bərabərsizliyinə» də
diqqət yetirilməlidir. İkincisi, bu və ya digər mədəni təcrübələrin tanınmasına
qrup hüquqlarının müzakirəsində mədəni cəmiyyətin bütün üzvlərinin «bərabər
təmsilçilik» imkanını təmin etmək lazımdır. Əks təqdirdə cəmiyyətdə ən çox
ayrı-seçkiliyə məruz qalan qadınların hüquqlarının pozulması davam edəcək.
Beləliklə, Avropa milli dövlətləri kontekstində immiqrasiya ölkələrindən
alınmış multikulturalizm siyasəti mədəni qruplar daxılındə qadın hüquqları
problemini kəskinləşdirirək dövlət səviyyəsində gender bərabərsizliyi problemini
daha da gücləndirir. Multikulturalizm tərəfdarları mədəniyyətlərin qorunmasına
yardım edən və bununla da mədəni azlıqların mənafelərini qoruyan xüsusi qrup
hüquqlarını tanımaq zərurəti barədə danışırlar. Feminizm mövqeyindən mədəni
birliklərin qrup hüquqları bu birliklərin daxilində qadınların fərdi hüquqlarını
pozur. Buna görə, multikulturalizm siyasətini qəbul edən Avropa liberal dövlətləri
qrupların hüdudları arasında mədəniyyətlərin qorunması ilə bu qruplar daxilində
qadınların fərdi hüquqları arasında münaqişəyə gətirib çıxaran çətin vəziyyətdə
qalırlar. Bu münaqişəni yalnız mədəni qrupların rəsmi rəhbərlərinə deyil, bütün
üzvlərinə səs vermək hüququ verməklə həll etmək olar.
Qrup hüquqlarını müzakirə edərkən ən az qorunan mədəni qrupların
üzvləri- gənc qadınların fikirləri nəzərə alınmalıdır. S.M.Oukinın fikrincə, yalnız
bu şəkildə liberal dövlətlər gender bərabərliyi və multikulturalizm siyasəti
arasında meydana çıxan ziddiyyətlərdən qaça bilər.
Multikulturalizm və onunla əlaqəli siyasi alətlər daha çox etnik və
dini müxtəlifliyə aiddir. Son illərdə bəzi nəzəriyyəçilər təkcə hüquqlar
baxımından deyil, həm də digər əsaslarla uzun müddət ayrı-seçkiliyə məruz
qalan qrupların qorunmasını təmin edən nümayəndəlik kimi bir modelindən
danışmaqla multikulturalizmi genişləndirməyə çalışırlar. Burada söhbət irq
və cinslə bağlı müxtəliflikdən gedir. Hətta demək olar ki, bütün inkişaf etmiş
ölkələrdə ayrı-seçkiliyə qarşı siyasət kifayət qədər inkişaf etsə də, həqiqətən
də bir çox yerlərdə qadınlar və qara dərili insanlar daha az mükafatlandırılır,
MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
295
aşağı təhsil və az gəlir əldə edirlər, daha çox işsizliyə və daha çox şiddətə
məruz qalırlar. Onların fikirləri az dinlənilir və hələ də bəzi yerlərdə qeyri-
kamil və dəyərsiz sayılırlar. Bu tendensiya multikulturalizmin ayrı-seçkilik
əleyhinə siyasətin bir hissəsi olub-olmadığınına dair siyasi və akademik
müzakirələrə səbəb olur.
Son illərdə multikulturalizm və gender mövzusunun yenidən
aktuallaşması miqrasiya böhranı ilə birbaşa bağlıdır. Müxtəlif mədəniyyətlərə
mənsub insanların Avropaya gəlməsinin nəticəsi nə olacaq? Müvəffəqiyyətli
multikulturalizm modeli mümkündürmü? Multikulturalizm siyasətinin həyata
keçirilməsinə nə təsir edə bilər və onun uğursuzluğuna səbəb nə idi? Burada
nəzəriyyəçilər və analitiklər bir sıra mühüm şərtləri müəyyənləşdirirlər. Bu
şərtlərdən birincisi dövlət sərhədlərinın vəziyyəti və onların qorunmasıdır.
Əgər əhali xaricdən təhlükə hiss etmirsə cəmiyyətin inteqrasiyası dövlətin
daxili işidir. Bu halda inteqrasiyadan həqiqətən də cəmiyyətin birləşməsi kimi
danışmaq olar. Qonşuluqda hərbi cəhətdən güclü bir dövlət varsa və bu dövlət
əhəmiyyətli bir azlıq təşkil edən soydaşlarını qorumaq istəyirsə, onda tamamilə
fərqli vəziyyət yaranır. Bundan başqa əgər sərhədi keçmək asandırsa və bu
sərhədin o üzündə başqa bir seçim olmadığı təqdirdə, onu poza biləcək çox
sayda insan varsa, vəziyyət yenə fərqlidir .
Multikulturalizm siyasəti mədəniyyətlərin çox olduğu yerlərdə daha
yaxşı işləyir. İkiicmalı dövlətlərdə, bütün miqrantların dünyanın yalnız bir
bölgəsindən gəldiyi ölkələrdə multikulturalizm işləmir. Bu, demək olar ki,
həmişə cəmiyyətin qütbləşməsinə və maraqların qarşıdurmasına gətirib çıxarır.
Bu halda vəziyyəti düzəldən faktor mədəniyyətlərin əsl müxtəlifliyidir. Bundan
başqa çoxmədəniyyətli cəmiyyətlərdəki ən böyük risklərdən biri mədəniyyətlərə
qoyulan məhdudiyyətdir. Bura həm coğrafi (məsələn, mühacirlərin Avropanın
böyük şəhərlərində anklavlarda yaşaması), həm də dil, KİV və təhsil üçün
yer olmaması kimi məhduduyyətlər aiddir. Aydındır ki, belə halların aradan
qaldırılması həm səy, həm də xərc tələb edir.
Cəmiyyətin bütün üzvləri üçün məcburi olan insan hüquqlarının
məcmusu haqqında razılaşma da multikulturalizm siyasətini əsasını təşkil edən
amillərdəndir. Bu, həssas bir məsələdir, çünki ənənəvi mədəniyyətlərdə fərdin
dəyərləri və hüquqlarına dair müxtəlif fikirlər var və onlar tez və asanlıqla
dəyişdirilə bilməzlər. Ancaq əgər bir cəmiyyətdə oyunun qaydalarının hər
MULTİKULTURALİZMƏ GİRİŞ
296
kəs üçün eyni olduğuna dair güclü bir inam yoxdursa, orada birliyin ən vacib
şərtlərdən olan qarşılıqlı güvənlik prinsipi işləməyəcəkdir.
Bu sadalananlar multikulturalizmin Avropada uğurlu siyasətə çevrilə
bilməməsini izah edir. Lakın bu, heç də o demək deyil ki, multikulturalizmi inkar
etmək lazımdır. Bunu etmək asan deyil, çünki multikulturalizm həm müsbət,
həm də mənfi elementləri ilə hələ də mövcuddur. Avropanın dünyanın başqa
dövlətlərinin bu sahədəki səhvlərini təkrarlamamaq üçün hələ də fürsəti var.
Dostları ilə paylaş: |