Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə126/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   122   123   124   125   126   127   128   129   ...   175
1 Multikulturalizmə giriş 2019

Fəslə aid suallar 
1. 
Multikulturalizmin daxili siyasətin tərkib hissəsi olması özünü nədə 
büruzə verir?
2. 
Niyə multikulturalizm siyasətini aparan dövlət milli azlıqların hüquq və 
azadlıqlarının qorunması sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq 
etməli və bu təşkilatların sözügedən sahə ilə bağlı qəbul etdikləri 
sənədlərə öz münasibətini bildirməlidir?
3. 
BMT tərəfindən milli azlıqların hüquq və azadlıqlarının qorunmasına 
dair hansı sənədlər qəbul olunmuşdur?
4. 
Avropa Şurası tərəfindən milli azlıqların hüquq və azadlıqlarının 
qorunmasına dair hansı sənədlər qəbul olunmuşdur?
5. 
UNESKO tərəfindən milli azlıqların hüquq və azadlıqlarının 
qorunmasına dair hansı sənədlər qəbul olunmuşdur?
6. 
BMT, Avropa Şurası, UNESKO kimi beynəlxalq təşkilatlar tərəfindən 
milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dair qəbul olunmuş 
sənədlərin əhəmiyyəti nədən ibarətdir?
7. 
Nəyə görə milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dair 
beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə münasibət 
bildirən hər bir ölkə bu sənədlərdəki müddəalara ehtiyatla yanaşmalıdır?
8. 
Ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olması dedikdə nə 
nəzərdə tutulur?
9. 
Multikulturalizmin dövlətin xarici siyasətinin tərkib hissəsi, mühüm bir 
istiqaməti kimi çıxış etməsi özünü nədə büruzə verir?
10. 
Multikulturalizm daxili siyasətin tərkib hissəsi olmadan ölkənin xarici 
siyasətində özünü büruzə verə bilərmi? Niyə?
11. 
Multikultural təhlükəsizliyin milli təhlükəsizliyin tərkib hissəsi olması 
nə ilə izah olunur?
12. 
Milli təhlükəsizlik nədir?
13. 
Davamlı inkişaf nədir?
14. 
İnkluziv inkişaf nədir?
15. 
Multikulturalizm siyasətinin davamlı inkişafa təsiri özünü nədə büruzə verir?
16. 
Multikulturalizm siyasətinin hansı funksiyası inkişafın inkluzivliyini 
təmin edir?


MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ, 
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
305
17. 
Multikulturalizm ilə təhlükəsizlik arasındakı əlaqəni təkzib edən 
qərb siyasətçiləri və tədqiqatçıları öz fikirlərini hansı arqumetlərlə 
əsaslandırırlar?
18. 
Gender nədir?
19. 
Maskulinizm və feminizm nədir? 
20. 
Gender stereotipləri nədir? Onlar necə formalaşır? 
21. 
Genderin sosial quruluş nəzəriyyəsinin əsas müddəaları hansılardır?
22. 
Gender bərabərliyi və gender fərqliliyi nədir?
23. 
Gender ideologiyası nədir?
24. 
Gender rolu dedikdə nə başa düşülür?
25. 
Multikulturalizm və gender arasında münasibət nədən ibarətdir?
26. 
Multikulturalizm siyasətinin Avropa modelini feministlər niyə tənqid 
edirdilər?
27. 
Feministlər gender bərabərsizliyini aradan qaldlrılması yollarını nədə 
görürlər?
28. 
Müasir dövrdə multikulturalizm və tolerantlıq münasibətlərinin 
formalaşmasında medianın rolu məsələsinə hansı yanaşmalar mövcuddur?
29. 
Media çoxmədəniyyətliliyi, dini müxtəlifliyi öyrənmək üçün mənbə, 
yoxsa vasitədir?
30. 
Tolerantlığı qəbul etməyən cəmiyyətlər bunu nə ilə əlaqələndirirlər? 
31. 
Multikulturalizm və tolerantlığın təbliği istiqamətində hansı addmlar 
atılmalıdır?
32. 
Medianın demokratik cəmiyyətdəki rolunu necə görürsünüz?

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin