MULTİKULTURALİZMƏ GİRİŞ
316
parlamenti tərəfindən qəbul olunmuş digər normativ-hüquqi sənədlərdə ölkənin
çoxmədəniyyətliliyi, yəni onun ərazisində iki və ya daha çox millətin olduğu
təsdiqlənir.
6. Milli azlıqların beynəlxalq arenaya çıxmaları;
Bu indikator milli azlıqların müvafiq beynəlxalq
təşkilatlarda təmsil
olunmalarını, onların icmalarının adından beynəlxalq tədbirlərdə
iştirak
etmələrini, danışıqlar aparmalarını, festivallarda, idman yarışlarında iştirak
etmələrini nəzərdə tutur.
Kvins universitetinin tədqiqatçıları tərtib etdikləri bu 6 indikator vasitəsilə
1980-ci, 2000-ci və 2010-cu illər üçün Belçika, Kanada,
Finlandiya, Fransa,
Yunanıstan, İtaliya, Yaponiya, İspaniya, İsveçrə, Böyük Britaniya və ABŞ-da
multikulturalizm siyasətinin səmərəliliyini tarixin müxtəlif mərhələlərində bu
demokratik inkişaf etmiş ölkələrə köçərək burada məskunlaşmış milli azlıqların
(alloxton azlıqlar) timsalında ölçmüşlər. Əvvəlki tədqiqatda olduğu kimi, milli
azlıqlar (alloxton azlıqlar) üzrə sözügedən ölkələrin multikulturalizm siyasətinin
səmərəliliyi 3 rəqəm vasitəsilə göstərilmişdir:
1- indikatorun yüksək səviyyədə olması,
0,5 -indikatorun orta səviyyədə olması,
0 - indikatorun aşağı səviyyədə olması və ya yoxluğu.
Aparılan tədqiqatın nəticələri
Cədvəl 2-də
əks olunmuşdur.
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN
QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
317
Dostları ilə paylaş: