MULTİKULTURALİZMƏ GİRİŞ
352
təsdiqləyən bir neçə fakta baxaq. Baş qərargahı İsveçrədə yerləşən, frankofon
ölkələrdə islamofobiyaya və irqçiliyə qarşı mübarizə aparan “Racism
İslamophobia Watch” təşkilatı apardığı müşahidələrin əsasında 2013-cü ilin
oktyabr ayından bəri hər ay üçün hesabat hazırlayır. Hesabatda Fransa, Belçika
və İsveçrədə islamofobiyanın yayılmasına dair faktlar ictimaiyyətin diqqətinə
təqdim olunur. Belə faktlar sırasında gecə vaxtı məscidlərin divarlarına yazılmış
müsəlmanları təhqir edən
şüarlar və irqçi svastikalar, sosial şəbəkələrdə
müsəlmanların əleyhinə yayılan
nifrət dolu nitqlər, məscidlərin ətrafına
qoyulmuş kəsilmiş donuz başları, hicablı qadınların təhqirə məruz qalmaları,
məscidlərə ekstremist qruplar tərəfindən edilən hücumlar və s. vardır.
“Racism İslamophobia Watch”
təşkilatının yaydığı məlumata görə, Fransa
və İsveçrə kimi ölkələrdə müsəlmanlar öz ibadətlərini icra etmələrində müəyyən
qadağalarla üzləşirlər. Hicablı qadınlar təqibə məruz qalırlar. Müsəlmanlar
ibadət etmək üçün münasib yer tapa bilmirlər.
Onlar hətta öz vəsaitləri
hesabına məscid tikdirə bilmirlər. “Racism İslamophobia Watch” təşkilatının
hesabatında Səudiyyə Ərəbistanından olan bir iş adamına ona məxsus olan
binada ibadət mərkəzinin açılmasına Nitsa şəhərinin merinin icazə vermədiyi
haqqında məlumat verilir. Bu təşkilatın başqa bir məlumatında isə Mantes-la-
Ville şəhərinin yeni təyin olunmuş meri bu şəhərdə Cənubi Mantes Müsəlman
Assosiasiyasına ibadət evini tikdirməyə icazə vermir. Bu Assosiasiyanın başçısı
öz islamofob baxışları ilə tanınan Marin Le Penin rəhbərlik etdiyi “Milli cəbhə”
siyasi partiyasının üzvü olan merin bu hərəkətini müsəlmanlara qarşı ayrı-seçkilik
kimi qiymətləndirmişdir. Ultra sağçı partiya olan “Milli cəbhə” partiyası bütün
Avropada öz islamofob təbliğatı və fəaliyyəti ilə seçilir. Məsələn, bu partiyanın
nümayəndəsi 15 oktyabr 2014-cü il tarixində Ramazan bayramı zamanı İslamın
ünvanına təhqiredici sözlər işlətmişdir.
Son dövrdə Avropa İttifaqı ölkələrində islamofobiya dözümsüzlüyün,
ksenofobiyanın və ayrı-seçkiliyin digər formaları kimi təkcə radikal sağçı
qrupların arasında deyil, adi insanlar arasında da yayılmaqdadır.
Bunun əsas
göstəricilərindən biri bu ölkələrdə ultra sağçı partiyalara verilən səslərin
artmasıdır. Nəticədə bu partiyaların Avropa İttifaqı ölkələrinin siyasi sistemində
mövqeləri möhkəmlənir. Məsələn, 2014-cü ildə keçirilən Avropa Parlamentinə
seçkilər zamanı Fransa tarixində ilk dəfə olaraq Marin Le Penin rəhbərlik etdiyi
“Milli cəbhə” partiyası ən çox səs toplayan partiya oldu. Avropa Parlamentinə
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
353
əvvəlki, yəni 2009-cü il seçkiləri ilə müqayisədə 2014-cü ildə bu partiyaya 4
dəfə çox seçici səs vermişdir. Nəticədə Fransadan Avropa Parlamentinə seçilmiş
74 deputatın təxminən üçdə biri “Milli cəbhə” partiyasının üzvü idi. “Milli
cəbhə” partiyasının Fransa cəmiyyətində artan populyarlığının məntiqi nəticəsi
kimi onun lideri
Dostları ilə paylaş: