MULTİKULTURALİZMƏ GİRİŞ
354
keçmiş prezidenti Vatslav Klaus.- Red.) üzvdürlər. Şuranın üzvləri həyəcan hissi
ilə bəyan edirlər ki, Yaxın Şərq, Şimali Afrika və digər region ölkələrindən olan
miqrantların, xüsusilə müsəlmanların Avropaya köçmələri nəticəsində Avropanın
xristian əhalisinin sayı azalır, müsəlmanların isə sayı çoxalır. Nəticədə fransız
mədəniyyəti, ümumilikdə isə Avropa sivilizasiyası böyük təhlükə ilə üzləşir.
Avropada islamofobiyanı təbliğ edən bəzi qruplar tərəfindən müsəlmanların
Avropa İttifaqı ölkələrinə kütləvi axınının nəticələrinin proqnozlaşdırılmasına
dair
“Avrabia”
(Eurabia- iki sözün - Avropa və Ərəbistan- birləşməsi. –Red.) adlı
yeni bir termin siyasi leksikona daxil edilmişdir. Bu termini ilk dəfə 2000-ci illərin
əvvəlində
Bat Yeor
işlətmişdir. Onun 2005-ci ildə nəşr etdirdiyi kitabın adında bu
termin əks olunmuşdur - “Avrabia: Avro- ərəb oxu”. Sonralar Avrabia termini
intensiv şəkildə istifadə olunaraq konspirativ nəzəriyyə formasını almışdır.
Avrabia nəzəriyyəsi Avropanın gələcək inkişaf ssenarisini təqdim edir.
Bu
nəzəriyyəyə əsasən, Avropa yaxın gələcəkdə islamlaşacaqdır. Avropaya
müsəlmanların axını və onlar arasında doğum səviyyəsinin yüksək olması XXI
əsrin sonlarında burada müsəlmanların çoxluq təşkil etmələri ilə nəticələnəcəkdir.
Müsəlmanlar Avropada hökmranlıq edəcəklər. İslamlaşan
Avropa tədricən
öz mədəni dəyərlərini itirəcəkdir. Onun ABŞ və İsraillə mövcud əlaqələrini
zəifləyəcəkdir.
Konspirativ nəzəriyyə olan Avrabia nəzəriyyəsi Avropanın islamlaşması
prosesini Avropa İttifaqı təşkilatı tərəfindən planlaşdırıldığını
və həyata
keçirildiyini iddia edir. Buna görə də bu nəzəriyyə islamofobiya ilə yanaşı
avroskeptisizmə də əsaslanır. Heç təsadüfi deyil ki, Avropada fəaliyyət göstərən
ultra sağçı qüvvələr, populist siyasətçilər irqçiliyi, ayrı-seçkiliyi
təbliğ edən
Avrabia nəzəriyyəsini müdafiə və təbliğ edirlər. Göründüyü kimi, bu nəzəriyyə
öz mahiyyətinə görə irqçiliyi, islamofobiyanı, müsəlmanlara münasibətdə nifrəti
təbliğ edir. Onun əsas məqsədi müsəlmanların Avropaya gəlmələrinin qarşısını
almaqdır
Beləliklə, islamofobiya müasir dövrdə Qərb ölkələrinin üzləşdiyi əsas
problemlərdən biridir. İslamofobiya dözümsüzlüyün, ayrı-seçkiliyin bir forması
kimi Qərb ölkələrinin təbliğ və müdafiə etdikləri demokratik dəyərlərə, insanın
hüquq və azadlıqlarına ziddir. İslamofobiya cəmiyyətdə inteqrasiya proseslərinə
qarşı yönəlmişdir. İslamofobiyanın cəmiyyətdə yayılması
etnik-dini zəmində
baş verən münaqişələrə səbəb olur. Bu isə öz növbəsində ölkənin sosial-iqtisadi
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
355
inkişafına ciddi şəkildə mane olur. Bundan başqa islamofobiya nifrət əsasında
törədilən cinayətlərin digər növləri kimi adi cinayətlərlə müqayisədə cəmiyyətə
daha çox ziyan gətirir. Çünki islamofobiya əsasında
törədilən cinayətdən
bilavasitə zərər çəkən şəxslə yanaşı bu qrupa daxil olanlar, yəni müsəlmanlar
dolayısı yolla olsa da zərər çəkirlər. Başqa sözlə desək,
müəyyən ölkədə
islamofobiya zəminində nəticəsində törədilən cinayət ən azı həmin ölkədə
yaşayan bütün müsəlmanlara toxunaraq cəmiyyətdə qarşıdurma yaradır. Bəzən
islamofobiyanın əks sədası hətta ölkənin hüdudlarından kənara da yayılır. Belə
olan halda müsəlman ölkələri bu və ya digər ölkədə
baş verən islamofobiya
aktına öz etirazlarını bildirir. Bu isə artıq qarşıdurmanın ölkədaxili müstəvidən
beynəlxalq müstəviyə çıxması deməkdir. Bütün bu qarşıdurmalara yol
verməmək üçün dünya ictimaiyyəti islamofobiyanın, eləcə də dözümsüzlüyün,
ksenofobiyanın və ayrı-seçkiliyin bütün formalarının qarşısını almalıdır.
Dostları ilə paylaş: