MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
361
İkinci
dünya müharibəsi
dövründə
isə
yəhudiləri
məqsədyönlü şəkildə məhv
etməyə başladılar. Nasistlər
tərəfindən
işğal
olunmuş
ərazilərdə,
xüsusən Polşada
ölüm düşərgələri yaradıldı.
Burada insanları güllələyir, diri-
diri yandırır, qaz kameralarında
siklon “B” qazı ilə boğurdular.
Beləliklə, Avropada əsrlərdən
bəri geniş rəvac tapan yəhudilərə
nifrət
sonunda Holokostun
(yunanca “tamamilə yanmış”,
“yanıb kül olmuş” deməkdir. Nasist Almaniyası tərəfindən törədilən və təxminən
6 milyon yəhudinin sistemli şəkildə öldürülməsi ilə nəticələnən soyqırım aktı.-
Red.) baş verməsinə şərait yaratdı.
Müasir dövrdə antisemitizm həm bir sıra Avropa ölkələrində,
həm də
Ermənistanda geniş vüsət alır. Məsələn, Ermənistanda nüfuzlu erməni politoloqu
professor İqor Muradyan
1988-ci ildə “Ermənistanın səsi” qəzetində dərc olunan
məqaləsində açıq şəkildə nasist ideologiyasının tərəfini tutur. Bu politoloqun
məqaləsindən belə çıxır ki, yəhudi-erməni qarşıdurması semit və arilər arasında
baş vermiş münaqişənin davamıdır. O, məqaləsində yəhudiləri qondarma erməni
soyqırımında günahlandırmaq kimi standart ittihamlarla kifayətlənmir və daha
dərinə gedir, cəfəng iddia ilə çıxış edərək Qarabağ münaqişəsinin arxasında
yəhudi xalqı və İsrail dövlətinin dayandığını deyir.
2002-ci ildə İrəvanda erməni yazıçıların rəsmi birliyi tərəfindən buraxılan
Romen Yepiskopyanın
“Milli sistem”
adlı kitabı çıxır. Müəllif bu kitabında
ermənilərin başına gələn bütün “bəlalarda” yəhudi xalqını günahlandırır, eyni
zamanda Holokostu inkar edir. O, nasistlər tərəfindən yəhudilərə qarşı törədilmiş
bu soyqırımı “ariləri rüsvay etmək məqsədilə ortaya atılmış yəhudi uydurması”
adlandırır. Təəssüflər olsun ki, Holokostu inkar etmək ideyası yeni deyildir. Bu
ideya Avropanın yüksək dairələrində günü-gündən özünə daha çox tərəfdar tapır
ki, bu hal da ciddi narahatçılıq doğurur.
Varşava “getto”sunda yəhudilərin həbs
olunaraq ölüm düşərgələrinə göndərilməsi.
1943-cü il.