Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə152/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   148   149   150   151   152   153   154   155   ...   175
1 Multikulturalizmə giriş 2019

ABŞ nümunəsində:
ABŞ Ədliyyə Departamentinin İcma Əlaqələri 
Xidməti cəmiyyətdə irq, rəng və milliyyət fərqliliyindən yaranan münaqişə və 
gərginliklərin aradan qaldırılmasında “sülhyaratma” rolunu oynayır. Bu xid
-
mət 1964-cü ildə Mülki Hüquqlar haqqında Aktın qəbulu ilə yaradılmışdı. Əsas 
məqsədi icma daxilində baş verən irqi və etnik gərginliklərin, ictimai asayişin 


MULTİKULTURALİZMƏ GİRİŞ
372
pozulmasının qarşısının alınmasına, eləcə də mədəniyyətlər arasında sabitliyə 
və harmoniyaya nail olmaq üçün dövlətə, yerli idarəetmə orqanlarına, özəl və 
dövlət təşkilatlarına kömək etmək idi. Əlbəttə, burada əsas məqsəd multikultur
-
alizmi gücləndirmək və ya təşviq etmək olmamışdır. Sözügedən xidmətin əsas 
fəaliyyəti qaradərililərlə ağdərililər arasında münasibətlərin tənzimlənməsində 
vasitəçi rolu oynamaq idi. Daha sonra bu xidmət ağdərililərlə ərəblər, eləcə də 
ərəblərlə müsəlman amerikalılar arasında eyni rolu oynamışdır.
2. 
Multikulturalizmin məktəb tədris proqramına daxıl edilməsi;
ABŞ nümunəsində:
Bu siyasət ştatlara görə dəyişir, lakin federal hö
-
kumətin bu istiqamət üzrə hər hansı siyasi mandatı və təlimatı mövcud deyil. 
Milli standartların hazırlanması, bu sahədə müvafiq məlumatların toplanması və 
təhsil müəssisələrinə maliyyə yardımlarının ayrılması ilə bağlı siyasi gündəli
-
yin müəyyən edilməsi ABŞ Təhsil Departamenti vasitəsilə federal hökumətin 
səlahiyyətinə daxil olsa da, məktəb proqramlarını hazırlamaq ştatların idarəet
-
mə səlahiyyətinə daxildir. Multikulturalizmin tədrisi bir çox ştatın məktəb pro
-
qramına, xüsusilə miqrant əhalinin çox olduğu Kaliforniya, Nyu York, Texas 
və Florida ştatlarının məktəb proqramlarına daxil edilmişdir. Kolleclərdə və ali 
təhsil müəssisələrində multikulturalizm fənni tədris edilmir, lakin həmin müəs
-
sisələrdə tədrisi həyata keçirən pedaqoqlara multikultural sinifdə dərs keçmə 
bilikləri öyrədilir. 
3. 
Etnik təmsilçiliyin/həssaslığın dövlət mediasına və ya media 
lisenziyalaşdırmasına daxil edilməsi;
ABŞ nümunəsində
: Bu tələb ABŞ-da qismən yerinə yetirilir. Belə ki, 
dövlətə məxsus media vasitələrində etnik təmsilçiliyə dəstək verilsə də, özəl me
-
dia şirkətlərinin lisenziyalaşdırılması zamanı bu tələb gözardı edilir. Tənqidçilər 
hesab edir ki, Federal Kommunikasiya Komissiyası lisenziya alan özəl media 
şirkətlərinə belə tələb qoysa da, bu tələb sözdə qalır. 
4. 
Qanunla və ya məhkəmənin qərarı ilə qəbul olunmuş geyim for-
malarından azadolmaların tətbiq edilməsi;
ABŞ nümunəsində
: 1984-cü ilə qədər ABŞ ordusunda xidmət edən 
siqhlərə başlarına “dastar” (türban) qoymağa və saqqal saxlamağa icazə ver
-
ilirdi, ancaq daha sonra bu icazə ləğv olunmuşdur. 2009-2010-cu illərdə ABŞ 
ordusuna təqaüd vasitəsilə işə götürülən biri həkim, digər isə stomatoloq olan iki 
siqhə geyim istisnasının tətbiq olunmasını nümunə kimi göstərmək olar. 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
373
5. İkili vətəndaşlığa icazə verilməsi;

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin