MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
377
vətəndaşıdır. İctimai rəy soruğuları onu göstərmişdir ki, Fransa cəmiyyəti açıq
şəkildə özünü multikultural cəmiyyət kimi görmür. Bunun da ən böyük səbəbi
respublikaçı ideologiyanın reallaşdırılması və millət-dövlət siyasi quruluşudur.
Fransa millət-dövlət modeli, bərabər (təktipli) fransız vətəndaşı ideyası üzərində
qurulmuşdur.
Fransada etnik-mədəni müxtəlifliyin tanınması düşüncəsi respublika
vətəndaşlığının universal və hürriyətçi olması, eləcə də dövlətin dünyəvilik
(
laicite
) prinsipi ilə ziddiyyət təşkil edir. Dövlət və dinin ayrılığını
nəzərdə
tutan və respublikaçılığın əsas prinsiplərindən biri olan dünyəvilik haqqında
qanun Fransada 1905-ci ildə qəbul edilmişdir. Bu qanun vətəndaşların dini
etiqad azadlıqlarını təmin etməklə yanaşı, ölkədə hər hansı bir dini cərəyana
rəsmi status verilməsini və ya xüsusi dini kimliklərin rəsmi olaraq tanınmasını
məhdudlaşdırır. Buna baxmayaraq, 1990-cı illərdə Fransada etnik-mədəni
müxtəlifliyin tənzimlənməsinin özünəməxsus modelinin yaradılması
təklifləri
irəli sürülmüşdür. Bu dövrdə Fransa siyasi düşüncəsində respublikaçı
ideologiyanın assimilyasiya və ya milli inteqrasiya istiqamətində davam
etdirilməsinin mümkünlüyü və respublikaçılığın mədəni müxtəliflik əsasında
formalaşmış sosial demokratiya ilə yer dəyişdirməsinin doğru olub-olmaması
kimi məsələlər ciddi müzakirə edilmişdir. Bunu da qeyd etmək lazımdır ki, Fransa
dövləti üçün mədəni müxtəlifliyin tənzimlənməsi yeni bir məsələ deyildir. Belə
ki, Fransa Şimali Afrikada hökmranlıq etdiyi müstəmləkələrində mədəni və irq
müxtəlifliyinə söykənən siyasət təcrübəsinə malik olmuşdur.
1980-ci illərdən etibarən keçmiş müstəmləkələrdən Fransaya miqrantların
axını prosesi mədəni müxtəlifliyin tənzimlənməsi üçün yeni çağırışlar
yaratmışdır. Bu problemin həlli istiqamətində 1993-cü ildə Tarif və Ticarət üzrə
Baş Sazişdə (GATT) Fransa tərəfindən xüsusi bir strategiya irəli sürülmüşdür.
Bu siyasi strategiya mədəni müxtəlifliyin istisna təşkil etdiyi ideyasından çıxış
edərək (cultural exception) etnik-mədəni müxtəlifliyin qorunmasını nəzərdə
tuturdu. Lakin bu siyasət özünü doğrulda bilməmişdir. Fransada müasir dövrdə
“regional pozitiv diskriminasiya” (ZUS) siyasəti müxtəlif yerlərdə zəif və az
təmsil olunmuş sosial qrupların önə çəkilməsini nəzərdə tutur. Bu siyasət bir
çoxları tərəfindən respublikaçılıqdan uzaqlaşma və
multikulturalist siyasətə
doğru atılan yeni bir addım kimi qiymətləndirilmişdir.
Başqa yanaşmalara görə isə, Fransa dövləti heç vaxt tam multikulturalizm
MULTİKULTURALİZMƏ GİRİŞ
378
siyasətini həyata keçirməmişdir. Çünki respublikaçı-milli inteqrasiya modeli və
dövlət təhsil müəssisələrində tətbiq olunan dünyəvilik prinsipi dövlətin rəsmi
siyasətinin istiqamətini müəyyənləşdirən əsas amillər kimi çıxış edir. Bu siyasət
özəl kimliklərin tanınması və ya inkişafına deyil, ictimai sferanın bərabərliyi və
bitərəfliyini təmin etməyə yönəlmişdir. Məsələn, Fransada dövlət məktəblərində
dini simvolların daşınmasının qadağan edilməsi və ictimai sferada xüsusi mədəni
kimliklərin tanınması tələblərinin qəbul edilməməsi milli inteqrasiya modelinin
və dövlətin dünyəvilik siyasətinin tərkib hissəsini təşkil edir.
Beləliklə də bir çox Avropa ölkəsində olduğu kimi, Fransada da milli və
dini azlıqların, eləcə də miqrantların gündən-günə çoxaldığı bir dövrdə etnik-
milli müxtəlifliyin tənzimlənməsi məsələsində mövcud tendensiya, təəssüflə
qeyd
edilməlidir ki, multikulturalizmdən uzaqlaşma istiqamətində inkişaf edir.
Dostları ilə paylaş: