“İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında
Beynəlxalq Konvensiya”
irqi ayrı-seçkiliyin bütün mümkün formalarının,
o cümlədən etnik və dini ayrı-seçkiliyin, cəmiyyətin sosial-iqtisadi, mədəni
inkişafını ciddi şəkildə məhdudlaşdıran amillər olaraq aradan qaldırılmasının
zəruriliyini göstərir.
BMT-nın Baş Assambleyası tərəfindən 25 noyabr 1981-ci ildə qəbul
olunmuş
“Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi
haqqında Bəyannamə”
din və əqidə azadlığının
təmin olunması və qorunub saxlanılmasına, dözümlülüyün və qarşılıqlı hörmətin
bərqərar olmasına, eləcə də ayrı-seçkiliyin ləğv olunmasına yönəlmiş beynəlxalq
sənəddir. Bu sənədi BMT-nın Baş Assambleyası tərəfindən 20 dekabr 1993-cü
ildə qəbul olunmuş
“Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi
haqqında Qətnamədən
” fərqləndirmək lazımdır. 1993-cü il Qətnaməsi 1981-ci
il Bəyannaməsini bir daha təsdiq olunması baxımından əhəmiyyət daşıyır və hər
bir şəxsin fikir, vicdan, ifadə və din azadlığına malik olduğunu tanıyır, əqidəyə
MULTİKULTURALİZMƏ GİRİŞ
396
görə dözümsüzlük və zorakılıq hallarının, habelə qadınlara qarşı diskriminasiya
hallarının qarşısının alınmasına yönəlmişdir.
Multikulturalizm siyasəti ilə bağlı digər mühüm bir sənəd BMT-nın Baş
Assambleyası tərəfindən 18 dekabr 1992-ci ildə qəbul olunmuş
“Milli yaxud
etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Bəyannamə”ni
xüsusilə ilə qeyd etmək lazımdır. Bəyannamə yuxarıda adı çəkilən qruplara
mənsub insanların etnik-mədəni dəyərlərinin qorunmasının vacibliyini göstərir.
Multikulturalizm və tolerantlıqla bağlı Avropa Şurası tərəfindən də bir sıra
mühüm sənədlər qəbul edilmişdir. 4 noyabr 1950-ci ildə qəbul olunmuş
“İnsan
hüquqları və əsas azadlıqların müdafiəsi Konvensiyası”
birbaşa bu siyasətlə
bağlı olan sənəd olmasa da, onun bir çox müddəaları multikultural cəmiyyətin
mövcud ola bilməsi üçün fundamental hüquqları özündə əks etdirir. Misal
üçün Konvensiyanın 9-cu maddəsini (“
Fikir, vicdan və din azadlığı”
), 14-cü
maddəsini (“
Ayrı-seçkiliyin qadağan olunması”
) göstərmək olar.
Avropa Şurası tərəfindən 1 fevral 1995-ci ildə qəbul olunmuş
“Milli
azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”
da bu qəbildən olan
mühüm sənədlər sırasındadır. Çərçivə Konvensiyası milli azlıqların hüquqlarının
müdafiəsinə yönəlmiş ilk beynəlxalq müqavilədir və özündə sırf milli azlıqlara
şamil olunan qarant hüquqları müəyyən edir. Misal üçün öz dilində danışmaq
hüququ, eyni etnik-mədəni, dil və din identikliyinə aid şəxslərlə sərbəst ünsiyyət
qurmaq hüququ və s..
“Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”
nın qəbul
edilməsində əsas məqsəd milli azlıqlar ilə titul xalq arasında həqiqi bərabərliyə
nail olmaq, ərazi bütövlüyü və milli suverenlik prinsiplərini rəhbər tutmaqla,
milli fərdiliyi qorumaq və inkişaf etdirməyə imkan verən şərait yaratmaqdır.
Bu qədər həssas bir sahədə mürəkkəb hüquqi və siyasi maneələr olduğundan
Çərçivə Konvensiyası milli azlıq konsepsiyasına dəqiq anlayış verməmiş, ancaq
aşağıdakı kriteriyaları irəli sürmüşdür. Belə kriteriyalardan din, dil, ənənələr və
mədəni irsi göstərmək olar.
Çərçivə Konvensiyası dövlətlərin üzərinə milli azlıqlar siyasəti ilə bağlı
bir çox öhdəliklər göymasına baxmayaraq, onun hər hansısa bir müddəası
dövlətin ərazi bütövlüyü və siyasi müstəqillik prinsiplərinə zidd şəkildə şərh
oluna bilməz.
Avropa Şurasının Nazirlər Komitəsinin 5 noyabr 1992-ci il tarixində 478-
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
397
ci iclasında konvensiya qismində qəbul olunmuş
“Regional və ya Azlıqların
Dilləri üzrə Avropa Xartiyası”
milli azlıqların dil hüquqlarının qorunmasına
yönəlmiş bir sənəddir. Lakin VIII fəslin əvvəlində qeyd olunduğu kimi, Avropa
Şurasının bir neçə ölkəsi bu sənəddə olan müəyyən müddəaların onların milli
maraqlarına uyğun gəlmədiyinə görə haqlı olaraq indiyədək onu ratifikasiya
etməmişdir.
Multikultural cəmiyyətin formalaşması və onun qorunub saxlanması
istiqamətində UNESKO tərəfindən qəbul olunmuş üç mühüm sənədi də qeyd
etmək lazımdır: 16 noyabr 1995-ci ildə qəbul olunmuş
“Tolerantlıq prinsipləri
haqqında Bəyannamə”
, 2 noyabr 2001-ci ildə qəbul olunmuş
“Mədəni müxtəliflik
haqqında ümumdünya Bəyannaməsi”
və 20 oktyabr 2005-ci ildə qəbul olunmuş
“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”
.
“Tolerantlıq prinsipləri haqqında Bəyannamənin
” 1-ci maddəsində
tolerantlığa belə bir tərifi verilmişdir.
“Tolerantlıq dünyamızın mədəniyyətlərinin
zəngin müxtəlifliyinə hörmət, bu müxtəlifliyin qəbul olunması və
dəyərləndirilməsidir. Tolerantlıq- müxtəliflikdə harmoniyadır”.
Tolerantlıq yalnız mənəvi öhdəlik deyil, eyni zamanda hüquqi bir
məcburiyyətdir. Bu Bəyannaməyə əsasən, hər il 16 noyabr tarixi bütün dünyada
“Dünya Tolerantlıq Günü” kimi qeyd olunur.
“Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi”
mədəni
müxtəliflik və qarşılıqlı dialoq haqqında yeni anlayışları özündə birləşdirən 20
maddədən ibarət mühüm və ümumbəşəri bir sənəd hesab olunur. Bəyannamənin
“Mədəni müxtəliflik, bəşəriyyətin ümumi irsi” adlı 1-ci maddəsində mədəni
müxtəlifliyin əhəmiyyətinə dair deyilir:
“Mübadilənin, innovasiyanın və
yaradıcılığın mənbəyi olan mədəni müxtəliflik təbiət üçün biomüxtəlifliyin
zəruri olduğu kimi bəşəriyyət üçün zəruridir. Buna görə də mədəni müxtəliflik
bəşəriyyətin ümumi irsidir və o, indiki və gələcək nəsillərin rifahı naminə
tanınmalı və təsdiq olunmalıdır”
.
Bəyannamənin 3-cü bəndində isə qeyd olunur:
“
Mədəni müxtəlifliyin qorunması - insanın şərəf və ləyaqətinə hörmət olunması
baxımından bir məcburiyyətdir”
. Bu Bəyannamədən irəli gələrək hər il BMT
Baş Assambleyasının 2002-ci il 20 dekabr 57/249 saylı Qətnaməsinə əsasən 21
may “Beynəlxalq Mədəni Müxtəliflik Günü” kimi qeyd olunur.
“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında
Konvensiya”
ya əsasən, mədəni özünüifadə dedikdə, ayrı-ayrı fərdlərin,
MULTİKULTURALİZMƏ GİRİŞ
398
qrupların və cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun
daşıyan özünüifadə nəzərdə tutulur. Bu Konvensiyanın qəbul edilməsində əsas
məqsəd mədəniyyətlərarası dialoqu təşviq etməklə müxtəlif mədəniyyətlərin
inkişaf etməsi və qarşılıqlı şəkildə bir-birinə səmərəli təsir imkanı yaratmaqdır.
Beləliklə, yuxarıda qeyd olunan sənədlər multikulturalizm və tolerant-
lığı təşviq və təbliğ etməklə dünyada dözümsüzlüyün və ayrı-seçkiliyin
aradan qaldırılmasının zəruriliyini göstərir, etnik-mədəni müxtəlifliyin
tənzimlənməsində multikulturalizmin səmərəli siyasət olduğunu vurğulayır.
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
399
Dostları ilə paylaş: |