Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə164/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   160   161   162   163   164   165   166   167   ...   175
1 Multikulturalizmə giriş 2019

Fəslə aid suallar 
1. 
Alman politoloqu Kristian Yopkenin fikrincə, Kanada və ya Avstraliyada 
multikulturalizm bütün cəmiyyət üçün kimlik seçimi olduğu halda, 
Avropada multikulturalizm yalnız immiqrantlara yönəlib. Bu, nə ilə izah 
olunur?
2. 
Niyə müsəlman mühacirlər Qərb ölkələrində multikulturalizmə qarşı 
çıxışlarda əsas tənqid hədəfinə cevrilirlər?
3. 
Avropa Şurasının 2010-cu ildə miqrant siyasətinə dair hazırladığı təlimatda 
immiqrantlarla bağlı Qərb ölkələrində hansı fikirlərin geniş yayıldığı qeyd 
olunur?
4. 
Flerasa görə, multikulturalizm əleyhdarları hansı qruplardan ibarətdir?
5. 
Qərbi Avropa ölkələrində etnik-mədəni müxtəlifliyin tənzimlənməsində 
hansı siyasətə üstünlük verilir? Nümunələrlə izah edin.
6. 
Sizcə, immiqrantların Qərb cəmiyyətinə inteqrasiyasını çətinləşdirən 
amillər hansılardır?
7. 
Sərt assimilyasiya dedikdə nə başa düşülür?
8. 
Niyə immiqrant qəbul edən Qərb ölkələri dini müxtəlifliklə bağlı məsələdə 
orta mövqe tutmağa üstünlük verir?
9. 
Qərbi Avropada hansı ölkələri etnik-mədəni müxtəlifliyin tənzimlənməsi 
sahəsində nümunəvi siyasət yürüdən ölkə kimi göstərmək olar? Niyə?
10. 
Niyə islamofobiya Qərb ölkələrində dözümsüzlüyün, ksenofobiyanın və 
ayrı-seçkiliyin geniş yayılmış formalarından biri hesab olunur?
11. 
İslamofobiya nədir?
12. 
Niyə səlib yürüşləri islamofobiyanın ilk təzahür formalarından hesab 
olunur?
13. 
İslamofobiyanın meydana gəlməsi hansı tarixi dövrə aiddir?
14. 
Niyə Samuil Hantinqton “sivilizasiyaların toqquşması” haqqında hipotezi 
müasir dövrdə islamofobiyanın nəzəri-ideoloji əsasını təşkil edir?
15. 
Müasir dövrdə Qərb ölkələrində islamofobiya meyllərinin güclənməsi 
özünü nədə büruzə verir?
16. 
Avrabia nəzəriyyəsinin məzmunu nədir?
17. 
“Antisemitizm” termini ilk dəfə nə vaxt istifadə olunmuşdur?


MULTİKULTURALİZMƏ GİRİŞ
400
18. 
Niyə semit xalqlarına yəhudilərlə yanaşı ərəblər, assuriyalılar, aramilər və 
digər xalqlar da aid olduqları halda, müasir dövrdə antisemitizm anlayışı 
yalnız yəhudilərə qarşı ayrı-seçkiliyin və dözümsüzlüyün bir forması 
hesab olunur?
19. 
Əksər alimlərin fikrincə, yəhudilərə qarşı ilk kütləvi qırğın hansı şəhərdə 
baş vermişdir?
20. 
Orta əsrlərdə Avropada sadə və kasıb əhalinin yəhudilərə qarşı nifrəti 
nədən qaynaqlanırdı?
21. 
XVI əsrdən başlayaraq bir çox Avropa dövlətlərində yəhudilərin məcburi 
şəkildə məskunlaşdırıldığı və təcridetmə zonasına çevrildiyi xüsusi 
məhəllələr necə adlanırdı?
22. 
Çar Rusiyasında “Oturaqlıq hüdudları”nın yaradılma məqsədi nədir?
23. 
“Qanlı iftiralar” nədir? Bu haqda danışın və misallar göstərin.
24. 
Birinci dünya müharibəsindən sonra Almaniyada antisemitizmin tüğyan 
etməsinin səbəbi nə idi?
25. 
“Holokost” sözünün bir soyqırım aktı kimi tərifini verin.
26. 
Müasir dövrdə Ermənistanda antisemitizmin geniş vüsət almasına dair 
misallar göstərin.
27. 
Kanada hökuməti tərəfindən aparılan multikulturalizm siyasətinin əsas 
məqsədi nədir?
28. 
Multikulturalizm siyasəti çərçivəsində Kanada hökuməti hansı təşəbbüsləri 
irəli sürmüşdür?
29. 
Kanada hökumətinin bu ölkədə multikulturalizm siyasətinin inkişafına 
yönəlmiş “cəmiyyətin bütün sahələrində iştirak etmək üçün burada 
yaşayan bütün xalqların nümayəndələrinə mədəni baryerləri aşmaqda 
yardım göstərmək” təşəbbüsünü necə başa düşürsünüz?
30. 
1980-ci illərdə Kanadada meydana gələn bərabərlik multikulturalizmi 
dövrünün əsas xüsusiyyətləri nədən ibarətdir?
31. 
Kanada multikulturalizminin 1990-cı illərdə başlanan yeni dövrünün əsas 
xüsusiyyətləri nədən ibarətdir?
32. 
Kanada hökumətinin 2008-ci ildə qəbul etdiyi “İcmaların Tarixi 
Tanınması” adlı proqramın məqsədi nədən ibarətdir?
33. 
Ağ Avstraliya siyasəti nədir?


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
401
34. 
Avstraliyada aparılan multikulturalizm siyasətinin əsas istiqamətləri 
hansılardır?
35. 
Avstraliyada yaşayan miqrantlar hansı ölkələrdən bura köçmüşlər?
36. 
Hansı faktorlar Avstraliyanın multikultural mühitini zənginləşdirir?
37. 
Avstraliyada multikulturalizm siyasəti konsepsiyasının prinsipləri nədən 
ibarətdir?
38. 
Avstraliyada qəbul olunmuş “Harmoniyada Yaşamaq” adlı proqramın 
əsas məqsədi nədən ibarətdir?
39. 
Avstraliyada yaradılmış “İmmiqrasiya və Sərhəd Mühafizə” departa
-
mentinin funksiyaları nədən ibarətdir?
40. 
2016-cı ildə Avstraliyada təsis olunmuş “Sosial Birlik, Harmoniya və 
Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planı”nın əsas məqsədi nədir?
41. 
2010-cu ildə Avstraliyada qəbul olunmuş “Müxtəliflik və Sosial Birlik 
Proqramı”nın əsas məqsədi nədir?
42. 
Hansı fakta əsasən, müasir dövdə ABŞ dünyanın ən çoxmədəniyyətli 
ölkələrindən biri hesab olunur?
43. 
ABŞ-da yaşayan xalqlar neçə qrupa bölünür? Onlar hansılardır?
44. 
Niyə bəzi analitiklər ABŞ-ı “Protestant xalq” və ya “Protestanlıq prinsipləri 
ilə qurulan dövlət” adlandırırlar?
45. 
ABŞ-da tətbiq olunan “əridən qazan” yanaşması üzərində qurulan 
siyasətin əsas məqsədi nədir?
46. 
ABŞ-ın multikulturalizm siyasətinin əsas hədəfi nədir?
47. 
Müasir dövrdə Avropa multikulturalizm siyasətinin dinamikasını təşkil 
edən amillər hansılardır?
48. 
Böyük Britaniyada etnik-mədəni müxtəlifliyin təmin edilməsi 
konsepsiyasının əsas elementləri nədir?
49. 
Böyük Britaniya multikulturalizm siyasətini Avropa multikulturalizmindən 
fərqləndirən cəhətləri təhlil edin.
50. 
Fransada etnik-mədəni müxtəlifliyin tənzimlənməsi konsepsiyasının əsas 
dinamikası nədən ibarətdir?
51. 
Fransanın respublikaçı ideologiyası ilə multikulturalizm arasındakı 
münasibətləri şərh edin.
52. 
Fransada multikulturalizm siyasəti və dünyəvilik prinsipi arasındakı 


MULTİKULTURALİZMƏ GİRİŞ
402
ziddiyətlər nədən ibarətdir?
53. 
Avropada multikulturalizm siyasətinin iflasa uğramasının əsas səbəblərini 
izah edin.
54. 
Almaniyada etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin əsasında niyə 
immiqrantlar dayanır?
55. 
Almaniyada yerli milli azlıqlar qrupuna hansı xalqlar daxildir?
56. 
Almaniyada hansı dinlərin nümayəndələri yaşayır?
57. 
Almaniyanın Daxili İşlər, İnşaat və İcma üzrə Federal Nazirliyi milli 
azlıqların hansı xüsusiyyətlərini qeyd edir?
58. 
Almanyanın kansleri Angela Merkel multikulturalizmin bu ölkədə if
-
lasının səbəbini nədə görür?
59. 
Müasir dövrdə Almaniyanın ictimai rəyində müsəlmanlara münasibət 
necədir?
60. 
Hollandiyada miqrantlar üçün əlverişli şəraitin olması nə ilə izah olunur?
61. 
Azlıqlara dair siyasət sənədinin (

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin