MULTİKULTURALİZMƏ GİRİŞ
28
idarə olunan müşahidə situasiyası yaradaraq onlara müəyyən suallar verməklə,
qarşılarına müəyyən praktik seçim etmək məsələsini
qoymaqla qeyd olunan
müddəanın həqiqiliyini eksperimental yolla sübuta yetirmək mümkündür.
İnduksiya
İnduksiya (latın dilindən tərcümədə- yönəltmək) - bir tədqiqat metodu
kimi biliyin konkret faktlardan ümumi müddəalara doğru hərəkətini ifadə edir.
İnduktiv metod vasitəsilə konkret faktlar toplanır və ümumiləşdirilir. Nəticədə
ümumiləşdirilmiş yeni bilik alınır.
İnduksiya - məqsədi biliyin fərdi hökmdən ümumi hökmə doğru hərəkətini
təhlil etməkdən ibarət olan tədqiqat metodu olmaqla yanaşı müəyyən məntiqi
forma kimi də çıxış edir. O, düşünülən məzmunun elə bir sabit əlaqəsidir ki,
orada fikir xüsusi məddəalardan ümumi müddəalara tərəf yönəlmişdir. Aristotel
əqli nəticənin bir forması kimi induksiyanın böyük
idraki əhəmiyyətini qeyd
etmişdir. Aristotelin fikrincə, induksiyanın müşahidə və eksperimentlə sıx bağlı
olması, induktiv ümumiləşdirmənin yoxlanılması onu deduktiv əqli nəticə ilə
müqayisədə daha sadə və geniş istifadə olunan edir.
İnduktiv metod “Multikulturalizmə giriş” fənnində çox istifadə olunan
metodlardan biridir. Fənnin bir çox nəzəri müddəaları induktiv metodla alınmışdır.
Məsələn, cəmiyyətdə dini ekstremizmin yayılmasında savadsızlığın böyük rol
oynaması müddəası induktiv yolla əldə olunan faktların ümumiləşdirilməsdir.
Ümumi biliyin əldə edilməsində bütün faktlar istifadə olunursa, induksiya
Dostları ilə paylaş: