33
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
b. Əlavə elementləri daxil edən təsnifat. Məsələn, “Kimyəvi elementlərə
metallar, qeyri-metallar və ərintilər daxildir”. Bu misalda “ərintilər” əlavə
elementdir;
2.
Təsnifat
bir əsasa
görə aparılmalıdır ki, onun elementlərinin həcmləri
kəsişməsin. Bu qayda pozulduqda, təsnifatın elementlərinin həcmləri kəsişir.
Məsələn, “Nəqliyyata quru, su, hava, özəl və dövlət nəqliyyat növləri daxildir”.
Bu təsnifat iki əsasa görə (
nəqliyatın hərəkət məkanı, nəqliyatın mülkiyyət
forması
) aparılmışdır. Buna görə də onun elementlərinin həcmləri kəsişir;
3.
Təsnifatın
elementləri bir-birini
istisna
etməlidir. Bu qayda əvvəlki
qaydadan irəli gəlir, çünki təsnifat bir əsasa görə aparılmadıqda, onun
elementlərinin həcmləri bir-birilə kəsişəçəkdir. Məsələn, “Müharibələr ədalətli,
ədalətsiz, azadlıq uğrunda və dünya müharibələri növlərinə bölünür”. Bu təsnifat
bir əsasa görə aparılmamışdır. Ona görə də təsnifatın elementlərinin həcmləri
bir-birilə kəsişir. Belə ki, azadlıq uğrunda aparılan müharibə ədalətli müharibə
sayılır. Buna görə də “azadlıq uğrunda aparılan müharibə” “ədalətli müharibə”
məfhumunun həcminə daxildir. Yəni bu təsnifatın elementlərinin həcmləri bir-
birini istisna etmir.
4.
Təsnifat
ardıcıl
aparılmalıdır, yəni burada boşluq olmamalıdır.
Məsələn, “Müasir dövrdə keçmiş Sovet İttifaqı respublikalarındakı dinlər
ənənəvi,
qeyri-ənənəvi, missionerlər tərəfindən yayılan dinlər, milli dinlərə
bölünür”. Bu təsnifat ardıcıl deyil, çünki
“müasir dövrdə missionerlər
tərəfindən yayılan dinlər”
məfhumunun həcmi “qeyri-ənənəvi dinlər”
məhhumunun həcminə daxildir. Bundan başqa bu təsnifat bir əsasa görə
yox, üç əsasa görə aparılmışdır (əraziyə tarixən xas olan dinlər, missionerlər
tərəfindən yayılan dinlər, dünya yaxud milli dinlər). Bu təsnifat qeyd olunan 3
əsas üzrə ayrılıqda aparılmalıdır.
Təsnifatın növləri
İki cür təsnifat vardır:
1. Əlamətin şəklinin dəyişdirilməsinə görə aparılan təsnifat. Məsələn,
“Nüvə partlayışları partlayışın keçirildiyi yerdən asılı olaraq hava, yerüstü,
yeraltı və ya sualtı partlayışlara bölünür”;
2.
Dixotomik təsnifat
(bölünən məfhumun həcmi bir-birinə zidd olan
məfhumlara bölünür).
MULTİKULTURALİZMƏ GİRİŞ
34
Məsələn, “Məfhumlar müqayisə olunan və müqayisə olunmayan qruplara
bölünür”.
Dixotomik təsnifatın bir neçə üstünlüyü vardır:
a.
O, həmişə proporsionaldır;
b.
Təsnifatın elementləri həmişə bir-birini istisna edir;
c.
Təsnifat yalnız bir əsasa görə aparılır.
Analogiya
“Analogiya”
sözü qədim yunan dilində
tənasüb, proporsiya
mənasını verir.
Geniş mənada bu termin cisim və hadisələrin uyğunluğunu, oxşarlığını, onların
münasibətlərinin eyniliyini ifadə edir. Cisim, tarixi hadisələrlə bərabər məfhumlar
və fikirlər də analoji ola bilər.
Analogiya –
elmi tədqiqatın elə bir metodudur ki, onun vasitəsilə
obyektlərin bir cəhətdə olan oxşarlıqlarının əsasında onların digər cəhətlərdə də
oxşar olmaları haqqında fikir söylənilir.
Analogiyada aşağıdakı terminlərdən istifadə edilir:
-
analogiyanın nümunəsi
– naməlum obyektə
əlaməti köçürülən obyekt;
-
analogiyanın subyekti
– müəyyən əlamətin köçürüldüyü obyekt;
-
analogiyanın terminləri
- analogiyanın nümunəsi və subyekti;
-
köçürülən əlamət
- analogiyanın nümunəsindən subyektinə keçirilən
əlamət;
-
analogiyanın əsası
- analogiyanın hər iki
termininə xas olan və eyni
zamanda müəyyən əlamətin köçürülməsi üçün əsas olan əlamət.
Analogiyanın bir tədqiqat metodu kimi əhəmiyyətini həmçinin onun
yuxarıdakı terminlərinin mahiyyətini anlamaq üçün bir misal gətirək.
Fərz edək ki, biz müasir dövrdə Fransada islamofobiyanın
yayılmasının səbəbləri haqqında məlumat əldə etmək istəyirik. Lakin qeyd
olunan sahədə elmi araşdırma aparılmadığına görə bu haqda məlumat
yoxdur. Niderland Krallığında isə islamofobiyanın yayılması ilə bağlı elmi
araşdırma aparılmışdır. Buna görə də Niderland Krallığında sözügedən
məsələ ilə bağlı müəyyən məlumat vardır. Analogiya metodu vasitəsilə
Fransada islamofobiyanın yayılmasının səbəblərinə dair məlumat əldə
etmək mümkündür. Bu iki ölkə arasında bir sıra
mühüm ümumi oxşar
cəhətlər vardır. Fransa və Niderland Krallığı Avropa İttifaqının əsas üzv
35
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
ölkələrindəndir. Bu ölkələrdə yüksək iqtisadi inkişafın müşahidə olunması,
həmçinin hər iki ölkədə hökumət tərəfindən əsaslı şəkildə əhalinin sosial
müdafiəsi proqramının tətbiq edilməsi onları miqrantlar üçün cəlbedici edir.
İslamofobiyanın yayılması ilə bağlı Niderland Krallığında aparılmış elmi
tədqiqatda müəyyən edilmişdir ki, burada sağçı radikal qrupların ölkədə
gedən siyasi proseslərə fəal müdaxilə etmələri islamofobiyanın yayılmasında
mühüm rol oynamışdır. Fransa və Niderland Krallığı arasında olan bu
mühüm oxşarlıqlara əsaslanaraq belə
bir nəticəyə gəlmək olar ki, müasir
dövrdə Fransada islamofobiyanın yayılması burada sağçı radikal qrupların
fəallaşması ilə əlaqədardır.
Bu misalda Niderland Krallığı termini-
analogiyanın nümunəsi
, Fransa -
analogiyanın subyekti
, Niderland Krallığı və Fransa -
analogiyanın terminləri
kimi çıxış edir.
Köçürülən əlamət
kimi Niderland Krallığında sağçı radikal
qrupların ölkədə gedən siyasi proseslərə fəal müdaxilə etmələrini göstərmək
olar. Fransa və Niderland Krallığının Avropa İttifaqının əsas üzv ölkələrindən
olmaları, bu ölkələrin yüksək iqtisadi inkişaf səviyyəsi, hər iki ölkədə hökumət
tərəfindən əsaslı şəkildə əhalinin sosial müdafiəsi proqramının tətbiq edilməsi
analogiyanın əsası
kimi özünü göstərir.
Lakin analogiya vasitəsilə alınan nəticələrin həqiqiliyi ehtimal xarakteri
daşıyır. Bu nəticələrin həqiqilik ehtimallığının artırılması yolları vardır. Onlar
aşağıda verilmişdir:
1.Analogiyanın nümunəsi və subyekti üçün ümumi olan əlamətlərin sayı
mümkün qədər çox olmalıdır;
2. Analogiyanın əsası kimi istifadə edilən əlamətlər müqayisə olunan
obyektlər üçün əhəmiyyətli olmalıdır;
3. Ümumi əlamətlər müqayisə olunan obyektlərin müxtəlif tərəflərini
əhatə etməlidir;
4. Köçürülən əlamət analogiyanın əsasını təşkil edən əlamətə aid olmaqla
yanaşı onunla bağlı olmalıdır;
5.Obyektlər arasında olan oxşarlıqla yanaşı onlar arasında olan fərqi də
nəzərə almaq lazımdır.