43
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
ola bilər. Amma həmin elementlər
nə təqibə, nə də assimliyasiyaya
məruz qalmamalıdır. Sadəcə
olaraq onlara tolerant münasibət
göstərilməlidir.
Çünki
yad
mədəniyyətlər və ənənələr, hətta
liberalizmə və liberal dəyərlərə
uyğun olmadıqda belə onlara
tolerantlıqla yanaşmaq lazımdır.
Məhz bu baxımdan klassik liberal
multikultural rejim ən tolerant
rejim kimi xarakterizə oluna bilər.
Məsələ ondadır ki, belə rejim hətta ona qarşı çıxanların mövcud olması ilə də
barışmağa hazırdır. Amma heç bir qrupa və ya icmaya hansısa xüsusi üstünlük
və ya imtiyaz verilmir. Eyni zamanda klassik liberal multikulturalizm heç kəsin
öz dəyərlərinə riayət etməsinə və ya müəyyən ənənələrini dəstəkləməsinə mane
olmamalıdır, lakin heç bir məqsəd və ya ənənəyə də xüsusi üstünlük verməməli
və ya təbliğ etməməlidir.
Kukatasın qənaəti ondan ibarətdir ki, klassik liberal multikulturalizm
qorxu və ya favoritizmin olmadığı bir yanaşmadır. Multikulturalizmə klassik
liberal yanaşmasının əsas problemi ondan ibarətdir ki, ona real həyatda praktik
olaraq heç bir nümunə yoxdur. Hətta Çandran Kukatas özü də bu faktı etiraf edir
və onu belə izah edir ki, klassik liberal multikulturalizmdə qeyri-real dərəcədə
yüksək standart müəyyən etdiyinə görə onu faktiki olaraq həyata keçirmək
mümkün deyil. Həmin standart mütləq tolerantlıq standartıdır. Bunları nəzərə
alaraq, klassik liberal multikuturalizmi utopik və ya romantik multikulturalizm
kimi də xarakterizə etmək olar.
Multikulturalizmə liberal yanaşmasından bəhs edərkən bir önəmlı məqamı
nəzərə almaq lazımdır. Bu da ondan ibarətdir ki, liberal multikulturalizm məfhumu
ilə multikulturalizmə liberal yanaşması eyniləşdırilməməlidir. Multikuluralizmə
Vil Kimlikanın və Çandran Kukatasın liberal yanaşmaları müvafiq olaraq müasir
liberal multikulturalizm və klassik liberal multikulturalizm kimi xarakterizə oluna
bilər. Yəni multikulturalizmə bu iki müəllifin liberal yanaşmaları (klassik və müasir)
liberal multikulturalizm anlayışına münasibətdə sinonim kimi çıxış edə bilər.
Dostları ilə paylaş: