Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə40/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   175
1 Multikulturalizmə giriş 2019

3.2.2.Dini təlimin əsasları
Xristian təliminin əsasında “Üç üqnum”, yaxud “Müqəddəs üçlük” əqidəsi 
dayanır. Bu inanca əsasən, tək və vahid olan Tanrının sifətləri üçdür – Ata, Oğul 
və Müqəddəs Ruh. 
“Üç üqnum” əqidəsi “İncil”dəki rəvayətlərə əsasən formalaşmışdır. 
“İncil”ə görə, bakirə Məryəm Müqəddəs Ruh vasitəsi ilə hamilə qalaraq Tanrının 
yeganə oğlu İsa Məsihi Beytləhm və ya Betlehəm (Fələstində şəhər. – Red.) 
şəhərində dünyaya gətirmişdir. Rəvayətlərə əsasən, İsa otuz yaşına çatdıqda 
Vəftizçi Yəhya tərəfindən xaç suyuna salınmışdır. Bu zaman onun üzərinə 
göyərçin şəklində Müqəddəs Ruh enmişdir. Daha sonra İsa Məsih qırx gün 
səhrada iblis tərəfindən sınağa çəkilmişdir. İblisə aldanmayan İsa Məsih səhradan 
qayıtdıqdan sonra özünə on iki həvari seçmiş, insanlar arasında moizə etməyə 
başlayaraq onları xeyirxahlığa, mərhəmətə, mənəvi kamilliyə, ülvi məhəbbətə, 
insanpərvərliyə səsləmiş, habelə müxtəlif möcüzələr göstərmişdir (toyda suyu 
şəraba döndərmiş, cinləri qovmuş, xəstələrə şəfa vermiş, su üzərində yerimiş, 
ölüləri diriltmiş və s.).
“İncil”dəki rəvayətlərə əsasən, yəhudi cəmiyyətinin nüfuzlu şəxsləri
xüsusən din adamları İsa Məsihin təlimini etirazla qarşılamışlar. Həmçinin on 
iki həvaridən biri olan Yəhuda İskariotun xəyanəti nəticəsində o, həbs olunmuş 
və cəzalandırılmaq üçün Roma canişini Ponti Pilatın qarşısına çıxardılmışdır. 
Yəhudi ağsaqqalları tərəfindən təhrik olunan camaatın tələbi ilə Ponti Pilat 
İsa Məsihin edamı əmrini vermişdir. Edamdan öncə İsa Məsih müxtəlif ağır 
işgəncələrə məruz qalaraq Yerusəlim şəhəri (Qüds) yaxınlığında yerləşən 
Qolqofa adlı təpədə çarmıxa çəkilmişdir. Rəvayətlərə görə, guya İsa Məsih 
xaçda ölən kimi günəş tutulmuş, Yerusəlim məbədində pərdə cırılmış, zəlzələ 
baş vermiş və s. hadisələr baş vermişdir. Həmçinin edamdan üç gün sonra İsa 
Məsih dirilmiş, qırx gün şagirdlərinə moizə etmiş və sonda qeybə çəkilmişdir.
Xristianlar inanırlar ki, İsa Məsihin xaça çəkilməsi əbəs yerə olmamışdır. 
Bununla Ata Tanrı bəşəriyyətin xilası və ilkin günahdan azad olunması üçün öz 
vahid və yeganə oğlunu, yəni İsa Məsihi qurban vermişdir. Xristian etiqadına 
əsasən, Adəm və Həvva qadağan olunmuş ağacdan meyvə yedikləri üçün ilk dəfə 
günaha bataraq cənnətdən qovulmuşlar. Odur ki, onlardan törəyən bütün insanlar 
bu ilk günaha görə məsuliyyət daşıyaraq dünyaya günahkar gəlirlər. Xristianlığa 


83
DÜNYA DİNLƏRİ 
görə, insanlar yalnız İsa Məsihin xilaskarlıq missiyasına iman gətirdikdə bu ilk 
günahdan azad ola və əbədi həyat qazana bilərlər. Təsadüfi deyildir ki, İsa Məsih 
“İncil”də “Tanrının Qurbanlıq quzusu” və “Xilaskar” adlandırılır. 
Xristian inancına görə, İsa Məsih axır zamanda yer üzünə ikinci 
dəfə qayıdacaq, məhşərdə bütün insanları mühakimə edərək günahkarları 
cəzalandıracaq, salehləri isə xoşbəxt əbədi həyatla mükafatlandıracaqdır.
Beləliklə, xristian təliminin əsasında İsa Məsihin Tanrının oğlu olması və 
insanların xilası naminə özünü qurban verməsi ideyası dayanır. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin