107
DÜNYA DİNLƏRİ
cənub hissəsini və İraqı idarə edən şiə məzhəbli sülalə) xilafətin paytaxtı
Bağdad şəhərini tutduqdan sonra Abbasilər dünyəvi hakimiyyətlərini itirdilər.
Artıq Bağdad şəhərində oturan Abbasi xəlifələrin hakimiyyəti formal və
rəmzi xarakter daşıyırdı. Onlar yalnız sünni dünyasının
ali ruhani liderləri
kimi qəbul olunurdu. 1258-ci ildə monqollar Bağdadı ələ keçirib Abbasi
xəlifəsi əl-Müstəsim Billahı öldürdükdən
sonra Abbasilər sülaləsinin
nümayəndələri Misirə köçdülər. Həmin dövrdə Misir Məmlüklər (qıpçaq və
Qafqaz mənşəli nökərlərdən təşkil olunmuş xüsusi hərbi silk) tərəfindən idarə
olunurdu. Bununla da Məmluklərin hakimiyyəti altında fəaliyyət göstərən
Abbasi xəlifələrin mərkəzi Misirin paytaxtı Qahirə şəhəri oldu. 1517-ci ildə
Osmanlı sultanı I Səlim (hakimiyyət illəri: 26 may 1512 - 21 sentyabr 1520.
- Red.) Məmlükləri məğlub edərək Misiri tutduqdan sonra Abbasilərin İslam
dünyasındakı formal dini liderliyinə son qoydu. Artıq xilafət titulu Osmanlı
imperiyasının hökmdarlarına keçdi. Osmanlı sultanları
xilafət titulunu
XX əsrin əvvəllərinədək daşıdılar. Nəhayət 24 iyul 1923-cü ildə Türkiyə
Respublikası qurulduqdan sonra xilafətin mövcudluğuna son qoyuldu. 3 mart
1924-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bu dini hakimiyyət
forması birdəfəlik ləğv olundu.
Xilafət sistemi ləğv olunsa da, İslam dini müsəlman aləminin ictimai-siyasi
həyatına təsirini qoruyurdu. Belə ki, XIX əsrin sonlarında az qala bütün müsəlman
ölkələri Avropa dövlətlərinin müstəmləkələrinə çevrilmiş və ya onlardan asılı
vəziyyətə düşmüşdü. Qərb müstəmləkəçiliyi əleyhinə baş qaldırmış
milli
azadlıq hərəkatlarında islami ideyalar aparıcı rol oynayırdı. Bunun nəticəsində
XX əsrdə İslam dünyasında yeni müstəqil müsəlman dövlətləri meydana gəldi.
Eyni zamanda, müasir İslam tarixində 25 sentyabr 1969-cu ildə İslam
Konfransı Təşkilatının təsis olunması əlamətdar hadisəyə çevrildi. Mənzil-
qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində
yerləşən həmin təşkilata
(2011-ci ildən İslam Əməkdaşlığı Təşkilatı adanır) hazırda 57 dövlət üzvdür.
Dünyanın 28 ölkəsində isə İslam dövlət və ya rəsmi din statusundadır.
Müasir dövrdə İslam dini xristianlıqdan sonra mənsublarının sayına görə
dünyanın ən böyük dinidir. Hazırda yer kürəsində təqribən 1 milyard 800 milyon
müsəlman yaşayır ki, bu da dünya əhalisinin 24,1 faizini təşkil edir.