MULTİKULTURALİZMƏ GİRİŞ
126
İslamın yayılmasında müsəlman ibadət yerləri də böyük rol oynamışdır.
Belə ki, ərəblər Azərbaycanın Ərdəbil, Marağa,
Beyləqan, Bərzənd, Bərdə,
Dərbənd, Naxçıvan və digər strateji cəhətdən əhəmiyyəti olan şəhərlərində
hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrin yerləşdiyi ərazilərdə isə mütləq
məscid inşa edilirdi. Tarixi mənbələrə görə, Azərbaycanda ilk məscid Ərdəbildə
ucaldılmışdır. Artıq X-XI əsrlərdə ölkəmizin bütün yaşayış məntəqələrində
müsəlman ibadətgahları mövcud idi. Məsələn, ərəb səyyahı və coğrafiyaçısı
Şəmsəddin Əbu Abdullah əl-Məqdisi (946/947-təxm.1000) “İqlimlərin
öyrənilməsi üçün mükəmməl təsnifat” adlı kitabında Təbriz, Ərdəbil, Mərənd,
Urmiya, Şamaxı, Qəbələ, Şəki və Azərbaycanın digər şəhərlərində mövcud olan
böyük məscidlər haqqında ətraflı məlumat verir.
Məscidlərin yanında fəaliyyət göstərən mədrəsələr (müsəlman dini təhsil
müəssisəsi. Burada dini elmlərlə yanaşı, müxtəlif
dünyəvi fənlər də tədris
olunur – Red.) fəth olunmuş ərazilərdə islamın möhkəmlənməsinə töhfə verirdi.
Mənbələrdə qüdrətli Azərbaycan Atabəylər dövlətində (1136-1225) mədrəsələrin
inşasına xüsusi diqqətin yetirildiyi qeyd olunur. Atabəylər dövləti dövründə Xoy
şəhərində “əl-Fərəc əl-Xuveyyə”, Marağada “Atabəkiyyə” və “əl-Qazı” adlı
mədrəsələr məşhur idi. Naxçıvanda Möminə Xatun türbəsi kompleksinə daxil
olan mədrəsə də dövrün məşhur təhsil ocaqları sırasında yer alırdı.
Beləliklə, müxtəlif amillər səbəbilə, o cümlədən özündə mütərəqqi
ideyalar ehtiva etdiyi üçün islam dini Azərbaycanda yayıldı, tarix səhnəsindən
əvvəlki inancları sıxışdırıb çıxararaq xalqımızın qəlbində xüsusi yer tutdu.
Bununla da Azərbaycan xalqı islam sivilizasiyasına daxil oldu. Bu isə xalqımızın
taleyində müsbət rol oynadı. Çünki İspaniyadan tutmuş Hindistanaqək uzanan
Ərəb xilafətinin tərkibində müxtəlif xalqların
birləşməsi zəngin ümumislam
mədəniyyətinin meydana gəlməsinə gətirib çıxardı. Hətta VIII-XIV əsrlər
“İslamın qızıl çağı” və ya “müsəlman intibahı” kimi tarixə düşdü. O vaxtlar
dünyada ən böyük tədris ocaqları, tibb müəssisələri, elm mərkəzləri məhz islam
aləmində
fəaliyyət göstərir, müsəlman alimləri böyük kəşflərə imza atırdı.
Həmin dövrlərdə islam dünyasında yaşanan tərəqqi Azərbaycanın
qədim mədəniyyətinin inkişafına və daha da zənginləşməsinə səbəb olmuşdur.
Azərbaycan xalqının özü də bu mədəniyyətin inkişafına böyük töhfələr vermiş,
nəinki müsəlman aləminə, ümumən, bəşəriyyətə görkəmli alimlər, mədəniyyət
və incəsənət xadimləri, mütəfəkkirlər bəxş etmişdir.
127
DÜNYA DİNLƏRİ
Azərbaycan, sözün əsl mənasında, XI-XII əsrlərdə özünün intibah dövrünü
yaşayırdı. O vaxtlar yaşayıb-yaratmış görkəmli azərbaycanlılar arasında bunların
adlarını çəkmək mümkündür: filosoflar Əbülhəsən Bəhmənyar (993-1066) və Xətib
Təbrizi (1030-1108), dövrün məşhur astronomu Fazil Fəridəddin Şirvani (XII əsr),
şairlər Qətran Təbrizi (1010-1080), Fələki Şirvani (1108-1146), Əfzələddin Xaqani
(1120-1199), nəhayət dahi söz ustası Nizami Gəncəvi (1141-1209).
Azərbaycan xalqı sonrakı dövr-
lərdə də islam dünyasına görkəmli
şəxsiyyətlər bəxş etmişdir.
XIII əsrdə
ensiklopedik biliyə malik olan, 1259-
cu ildə Azərbaycanın Marağa şəhərində
dövrün ən böyük rəsədxanasını
yaradan
görkəmli alim Nəsirəddin Tusi (1201-
1274) bunun bariz nümunəsidir.
Orta əsrlərdə azərbaycanlı alimlər
dünyəvi elmlərlə yanaşı, islami elmlər
sahəsində də şöhrət tapmışdılar. Аbdullаh
ibn əl-Hüsеyn
əl-Bərdəi Əbu Səid əl-
Hənəfi (vəfatı 929), Əbu Bəkr Əhməd ibn
Hаrun ibn Ruh əl-Bərdəci (v.914), Məkki
ibn Əhməd Sədəvеyh əl-Bərdəi (v.914),
Əbülulа ibn Аbdullаh Əli əl-Хəlili əl-
Qəzvini (v.1054), Büdeyl əl-Bərzəndi
(v.1082), Əbülfəzl əl-Urməvi (v.1152),
İsmayıl Gəncəvi (v.1192), Əbülvəfa Xəlil
ibn Həsən
ibn Məhəmməd əl-Mərəndi
(v.1012), Əbülqasım əz-Zəncani (v.1066), Əbu Bəkr Məhəmməd əl-Hüseyni
(v.476/1083), Məhəmməd ibn Abdullah əl-Bərdəi (v.VI/XII) kimi azərbaycanlı
din alimləri məşhur idilər.
Azərbaycan həmçinin bir sıra sufi təriqətinin vətəni sayılır. Zahidliyə,
mənəvi saflığa səsləyən sufilik (və ya təsəvvüf) dini-mistik və fəlsəfi-əxlaqi bir
cərəyan kimi Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində böyük rol oynamışdır.
Sufiliyin Azərbaycandakı tarixi X əsrdən başlayır.
Hələ təsəvvüfün
inkişafının ilk mərhələlərində İbn Bakuyyə Baba Kuhi (v.1050-51) və onun
Dostları ilə paylaş: