Fəslə aid suallar 1.
Buddizm nə vaxt yaranıb və dünyanın hansı ölkələrində geniş
yayılmışdır?
2.
Buddizmin meydana gəlməsinə hansı faktorlar təsir göstərmişdir?
3.
Buddizmin qurucusu haqqında nə deyə bilərsiniz?
4.
Buddizm təliminin əsasları nədən ibarətdir?
5.
Buddizmin əsas ehkamları barədə nə deyə bilərsiniz?
6.
Buddizmin dini mətnləri haqqında nələri bilirsiniz?
7.
Buddizm hansı qollara bölünmüşdür və əsas fərqləri nələrdir?
8.
Buddizmin lamaizm forması haqqında nə deyə bilərsiziniz?
9.
Hansı şəhərdə ilk dəfə İsa Məsihin ardıcıllarına xristian adı verilmişdir?
10. “Xristos” sözü yunan dilində hansı mənaya gəlir?
11. Roma imperatoru I Konstantinin hakimiyyəti dövründə 313-cü ildə
Milan ediktinin qəbul edilməsi xristianlıq tarixində hansı dəyişikliklərə
səbəb oldu?
12. Katolik və pravoslav məzhəblərin özünəməxsus cəhətlərini sadalayın.
13. Martin Lüter “95 tezis”ində nəyə qarşı çıxırdı?
14. Azərbaycanda xristianlığın yayılması hansı həvarilərin adları ilə bağlıdır?
15. Ermənilər Alban Həvari Kilsəsinin arxivlərini, albanların tarixini və
mədəniyyətini əks etdirən digər zəngin maddi nümunələri məhv edərkən
nəyə nail olmaq istəyirlər?
16. Azərbaycanda Rus Pravoslav Kilsəsini hansı qurum təmsil edir?
17. Müasir dövrdə ölkəmizdə hansı protestant cərəyanları mövcuddur?
18. Ruhani xristianlıq Azərbaycanda hansı rus təriqətləri ilə təmsil olunub?
19. “İslam” kəlməsinin mənasını izah edin.
20. Məhəmməd peyğəmbərin həyatı haqqında qısa məlumat verin.
21. Məkkəli müsəlmanlar Mədinəyə niyə köçmüşlər?
22. Mədinə şəhərinin əvvəlki adı necə olub?
23. Məhəmməd peyğəmbər “Vəda xütbəsi”ndə hansı məqamlara toxunub?
24. İlk dörd xəlifənin adlarını çəkin.
25. Məvalilər kimlər idi? Onlar niyə Əməvilər sülaləsinin siyasətindən narazı
qalmışdılar?
26. Abbasilər dövründə İslam dünyasında hansı dəyişikliklər baş verdi?
MULTİKULTURALİZMƏ GİRİŞ
136
27. IX əsrin 20-ci illərində Bağdad şəhərində “Hikmət evi”nin (“Beyt əl-
Hikmə”) yaradılması hansı sahələrin inkişafına təkan verdi?
28. Kordova xilafəti və Fatimilər dövlətinin İslam dünyasında elm və
mədəniyyətin inkişafında oynadığı rolları barədə məlumat verin.
29. Bütün müsəlmanların qəbul etdiyi üç əsas etiqadi prinsip hansıdır?
30. İslamın əsas dini mənbələri hansılardır?
31. “Quran” neçə surədən ibarətdir?
32. “Quran”ın ən böyük və ən kiçik surələri hansılardır?
33. Təfsir elminin məqsədi nədir?
34. Hədis termininin tərifini verin.
35. İslamda ibadətlər neçə növə bölünür və hansılardır?
36. Etiqadi məzhəb nədir?
37. Fiqhi məzhəb nədir?
38. Hansı səbəbə görə islam dini Cənubi Azərbaycanda, eləcə də Şimali
Azərbaycanın düzənlik bölgələrində daha sürətlə yayılırdı?
39. Azərbaycanda yerli əhalinin islamı qəbul etməsinə təsir edən amillər
hansılardır?
40. XI-XII əsrlərdə yaşayıb-yaratmış görkəmli azərbaycanlı şəxsiyyətlərdən
kimlərin adlarını çəkə bilərsiniz?
41. Hansı sufi təriqətləri Azərbaycanda meydana gəlmişdir? Onlar haqqında
qısa məlumat verin.
42. Çar Rusiyası dövründə Qafqazda yaşayan müsəlmanların dini həyatını
nəzarətə götürmək məqsədilə hansı dini təsisatlar yaradıldı?
43. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış “Məşyəxət-i islami
-
yyə” adlı dini qurum barədə məlumat verin.
44. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi nə vaxt təsis olunub?
45. Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra ölkənin dini həyatın
-
da hansı müsbət dəyişikliklər baş verdi?
46. Ölkəmizin ilk üzv olduğu beynəlxalq təşkilat hansıdır?
47. İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüş ilk qadın kimdir?
48. Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının nəzdində
hansı yeni qurumlar yaradılmışdır?
49. Azərbaycanda “İslam Həmrəyliyi İli” nə vaxt elan olunmuşdur?
50. IV İslam Həmrəyliyi Oyunları harada və nə vaxt keçirilmişdir?