MULTİKULTURALİZMƏ GİRİŞ
154
Şimali İsrail krallığının süqutundan sonra Yəhuda krallığı da e.ə. 586-cı
ildə Babil kralı II Navuxodonosor tərəfindən işğal edilmişdir. Bu zaman Qüds
şəhəri məhv edilmiş, 364 il mövcud olan Süleyman Məbədi dağıdılmış, Yəhuda
krallığının əhalisinin xeyli hissəsi Babilə sürgünə göndərilmişdir. Beləliklə,
yəhudi dövlətçiliyinə son qoyulmuşdur.
Əlli ildən yuxarı davam etmiş Babil sürgünü və ya Babil əsarəti yəhudilərin
dini həyatlarına təsir göstərmişdir. Vətəndən kənarda qapalı icma halında
yaşamağa məcbur qalan yəhudilər üçün Tövrat birləşdirici rol oynamışdır. Babil
əsarəti vaxtı yəhudilər Tövratı öyrənmək və birlikdə ibadət etmək üçün evlərdə
toplaşmağa başlamışlar. Daha sonra ibadət etmək üçün onlar xüsusi binalar –
sinaqoqlar (yunancadan tərcümədə “yığıncaq” mənasını verir. İvrit dilində “beyt
knesset” – yəni “yığıncaq evi”) tikmişlər. Beləliklə, günümüzdə yəhudilərin dini
həyatında böyük rol oynayan sinaqoqlar məhz Babil əsarəti dövründə yaranmışdır.
Həmçinin məhz Babil əsarəti dövründə başqa xalqların nümayəndələri onları
yəhudi adlandırmışdır. Çünki onlar əslən Yəhuda krallığından olmuşlar.
Dostları ilə paylaş: