Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə68/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   64   65   66   67   68   69   70   71   ...   175
1 Multikulturalizmə giriş 2019

İkinci Məbəd dövrü
Yəhudilərin Babil əsarətinə Əhəməni imperiyasının banisi II Kir son 
qoydu. O, e.ə. 539-cu ildə Babilistanı tutaraq öz imperiyasının tərkibinə qatdı. 
Elə həmin il yəhudilərin öz vətənlərinə qayıtmalarına icazə verildi. Lakin 
yəhudilərin əksər hissəsi Babilistanda qalmağa üstünlük verdi. Həmçinin II 
Kir Süleyman Məbədinin bərpa olunmasını əmr etdi və bu ibadət yerinin inşası 
e.ə. 516-cı ildə başa çatdı. Beləliklə, yəhudi tarixində “İkinci Məbəd dövrü” 
başladı. 585 il davam edən İkinci Məbəd dövrü ərzində yəhudilər farsların, 
makedoniyalıların, yunanların hakimiyyəti altında yaşamışlar. Yalnız e.ə. 152-
ci ildə onlar yəhudi dövlətini bərpa etməyə nail olmuşlar. Eramizdan əvvəl 
37-ci ilədək mövcud olan bu yəhudi dövləti sonda qədim Roma imperiyasının 
vassalına çevrilmişdir. İşğal zülmündən əziyyət çəkən yəhudilər qədim Roma 
imperiyasına qarşı silahlı üsyan qaldırdılar. Bizim eranın 70-ci ilində bu üsyan 
amansızlıqla yatırıldı. Buna baxmayaraq, 132-135-ci illərdə yenidən üsyan 
qopdu. Bu üsyanların yatırılması nəticəsində Qüds şəhəri romalılar tərəfindən 
tamamilə dağıdıldı, İkinci Məbəd məhv edildi, yəhudi dövləti birdəfəlik Roma 
imperiyasının tərkibinə qatıldı. Beləliklə, İkinci Məbəd dövrü başa çatdı. Bu 


155
MİLLİ DİNLƏR 
dövrdən etibarən yəhudilər bir daha dövlət qura bilmədilər. Belə vəziyyət 15 
may 1948-ci ildə İsrail dövlətinin qurulmasınadək davam etdi. 
Qeyd edək ki, İkinci Məbədin yalnız qərb divarı günümüzədək gəlib 
çıxmışdır. “Ağlama divarı” adlanan bu tikili yəhudilər üçün müqəddəs sayılır. 
Onu da qeyd etmək lazımdır ki, İkinci Məbəd dövründə yəhudilərin dini 
dünyagörüşündə mühüm dəyişikliklər baş verdi. Bəzi alimlər hesab edirlər ki, 
İkinci Məbəd dövründə müxtəlif xalqların mədəniyyətləri ilə yaxından təmasda 
olan yəhudilər digər dini inancların təsiri altına düşmüşlər. Məsələn, bir sıra 
tədqiqatçıların fikrincə, İblis, mələk, öldükdən sonra cismən dirilmə və sorğu-
suala çəkilmə, qiyamət günü, cənnət və cəhənnəm haqqında inanclar yəhudi 
ənənəsinə zərdüştilikdən keçmişdir.
Qüds şəhərindəki “Ağlama divarı”
.
Həmçinin İkinci Məbəd dövründə “Tora” (“Tövrat” və ya Musanın beş 
kitabı) yəhudilərin dini və dünyəvi həyatlarında əsas rol oynamağa başladı. 
Odur ki, İkinci Məbəd dövründə yəhudilər bu müqəddəs kitabın öyrənilməsi 
və şərhinə böyük əhəmiyyət vermişlər. Bu isə yəhudilikdə 
fariseylər
adlanan 
dini-ictimai cərəyanın yaranmasına səbəb olmuşdur. Fariseylər cərəyanı yəhudi 
cəmiyyətinin müxtəlif təbəqələrinə məxsus olan azad düşüncəli şəxslərdən 
ibarət idi. Özlərini “Tora”nın öyrənilməsinə həsr edən fariseylər dini hökmləri 
gündəlik həyata uyğunlaşdırmağa çalışırdılar. 


MULTİKULTURALİZMƏ GİRİŞ
156
İkinci Məbəd dövründə yəhudilər arasında fariseylərlə yanaşı, 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin