181
MİLLİ DİNLƏR
daha yuxarı kasta sinfinə keçə biləcəkdir. Yox əgər günahkar həyat yaşayıbsa,
onda hər hansı bitki və ya heyvan şəklində yenidən dünyaya qayıdacaqdır.
Yoqa
“
Yoqa”
kəlməsi “vəhdət”, “əlaqə”, “harmoniya”, “təmrin”, “birləşmə”
mənasına gələn
“yodj”, “yudj”
sanskrit sözlərindən yaranmışdır. Hinduizmdə
yoqa - fərdin yüksək mənəvi və psixoloji məqama yüksəlməsi məqsədini güdən
müəyyən fiziki hərəkətlər və təmrinlərə verilən ümumi addır. Yoqa ilə məşğul
olan şəxsə “yoqi” deyilir. Yoqi fikrini bir nöqtədə cəmləşdirərək fövqaltəbii
qüvvələrlə rabitə qurmağa çalışır. Yoqa vasitəsilə hinduistlər insan orqanizminin
psixoloji və fizioloji funksiyalarını idarə etməyə səy göstərirlər. Yəni yoqa
müxtəlif mənəvi, psixoloji və fiziki təcrübələr deməkdir. Bir növ iradə tərbiyəsi
və özünü kamilləşdirmə metodudur.
İbadət şəkilləri
Hindistanda hinduistlərə məxsus çoxsaylı məbədlər var. Buna baxmayaraq,
Hinduizmə görə, insan hər yerdə ibadət edə bilər. Eyni zamanda, bu dində
ibadətin müəyyən forması və şəkli yoxdur. Hinduistlər birlikdə ibadət etmirlər,
dini ayinləri fərdi surətdə yerinə yetirirlər. Bu mənada hinduistlər üçün ibadətin
yeri, zamanı və şəkli böyük əhəmiyyət daşımır.
Bu dinin mənsubları çoxsaylı bütlərə sitayiş еdir, dini ayinləri icra edərkən
ortaq ibadət rəmzi olan “Om” sözündən istifadə edirlər. Onlara görə, bu kəlmə
özündə böyük hikmətlər ehtiva edən müqəddəs sözdür.
Dostları ilə paylaş: