Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə80/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   76   77   78   79   80   81   82   83   ...   175
1 Multikulturalizmə giriş 2019

4.3.2.Caynizm
Caynizm e.ə. X (IX) -VI əsrlərdə Hindistanda yaranmış milli dindir. Bu 
dinin mənsubları 
“caynlar”
adlanır. Onların sayı təqribən 5-6 milyon nəfər 
təşkil edir. Caynizm əsasən Hindistanın qərb və cənub regionlarında yayılmışdır. 
Bununla yanaşı, Qərbi Avropa, Şimali Amerika, Avstraliya və dünyanın digər 
bölgələrində mühacir caynların cəmiyyətlərinə rast gəlmək mümkündür.


MULTİKULTURALİZMƏ GİRİŞ
182
Bu dinin qurucusu Cina Mahavira (“mahavira” sanskrit dilində “qalib, 
böyük qəhrəman” deməkdir.- Red.) və ya Vardhamana sayılır. Mahavira e.ə. 
599-cu ildə Vayşali şəhərinin yaxınlığında yerləşən Kundapurda radja (knyaz) 
ailəsində dünyaya gəlmiş və e.ə. 527-ci ildə Pavapuridə vəfat etmişdir. Əfsanəyə 
görə, kşatriya kastasından olan Mahavira reinkarnasiya zəncirindən xilas olmaq 
üçün otuz yaşında ailəsini tərk edərək tərki-dünya həyat tərzi sürməyə başlamış, 
72 yaşında isə həqiqəti dərk etmişdir. 
Caynizmə görə, hər canlı fərdi və əbədi ruhdur. Bu ruh 
“reinkarnasiya”
və 
ya 
“sansara”
deyilən sonsuz doğulma zəncirindən, doğum-ölüm dövranından 
tamamilə xilas olduqda hər şeyi bilmək və idrak dərk etmək məqamına 
yüksələrək ilahi şüura çatır. Lakin bu ali məqama çatmaq üçün mütləq zahid 
olmaq lazımdır. Dünyəvi həyat tərzi sürməklə buna nail olmaq mümkün deyildir. 
Odur ki, Caynizmdə zahidliyə böyük önəm verilir. 
Bu dində sansaradan 
xilas olmuş və həqiqi biliyə 
(“dharma”)
çatmış mürşidlər 
ən yüksək ada layiq görülürlər. 
Belə ki, caynlar onları “cina”, 
yəni “qalib” adlandırırlar. Bu 
cinalar içində 
“tirthankara”
(“keçid yolunu yaradanlar”, 
“xilas yolunu tapan və göstərən 
kəslər”) 
adlandırılan 
24 
mürşidə xüsusən böyük ehtiram 
göstərilir. Bu mürşidlərin 
təlimlərinə 
riayət 
edən 
Caynizmin mənsubları inanırlar ki, həmin iyirmi dörd tirthankara həqiqi biliyi 
kəşf edərək ali məqama yüksəlib. Caynlar inanırlar ki, Caynizmin yaradıcısı 
Mahavira sonuncu, iyirmi dördüncü 
“tirthankara”
olub.
Caynizmdə ali yaradıcı tanrı, xilaskar və ya dünyanı məhv edəcək Mütləq 
Varlıq anlayışı yoxdur. Bu dinin etiqadi əsaslarına görə, kainat sonsuzdur, onun 
nə əvvəli, nə axırı var. Kainat özü-özünü nizamlayır və hər ruh öz gücü sayəsində 
ilahi şüura 
(“siddxa”)
çata bilər. O, hər hansı tanrı tərəfindən yaradılmayıb. 
Buna baxmayaraq, Caynizmin ardıcılları müxtəlif tanrılara sitayiş edirlər. Bu 
Caynist rahibələr (“Şvetambara”lar).


183
MİLLİ DİNLƏR 
dində əsas tanrılar bunlardır: 
cinalar, arixantalar və tirtxankaralar.
Onlar öz 
nəfsi istəklərinə 
qalib gələrək ilahi, pak şüur əldə edən şəxslərdir. 
Bununla 
yanaşı, Caynizmdə
“yakşi”
(kişi cinsindən olan tanrı) və 
“yakşini”
(qadın 
cinsindən olan tanrı) adlı tanrıların varlığı qəbul olunur. 
“Vyantara”
(“gəzib-
dolaşan”) qrupuna daxil olan bu tanrılar ölçü və formanı dəyişdirmək kimi bir 
sıra fövqəlqüvvəyə malikdirlər. Lakin 
“yakşi”
və 
“yakşini”
tanrıları da digər adi 
ruhlar kimi, reinkarnasiya qanununa tabedirlər. Gördüyümüz kimi, Caynizmdə 
tanrılar fövqəltəbii xarakter daşımırlar, onlar da adi insanlar kimi doğulur və 
ölürlər. 
Etik prinsiplər
Caynizmin məqsədi sonsuz doğulma zəncirindən xilas olma yolunu 
göstərmək, eyni zamanda ruhu yanlış davranış, düşüncə və sözlərdən dolayı 
yaranmış mənfi təsirlərdən qorumaqdır. Buna nail olmaq üçün “üç cavahirat” 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin