193
MİLLİ DİNLƏR
26. Aşkenazilərin danışıq dili hansıdır?
27. Azərbaycan dövləti tərəfindən ölkəmizdə
yaşayan yəhudi mənşəli
vətəndaşlarımıza göstərilən diqqət və qayğı ilə bağlı nümunələr gətirin?
28. Respublikamızda yaşayan yəhudilər, əsasən, hansı şəhər və rayonlarda
məskunlaşıblar?
29. Konfutsiçilikdə “məqsədiz fəaliyyət” konsepsiyasını necə izah edərsiniz?
30. “Alicənab ər” kimdir və ona xas olan məziyyətlər hansılardır?
31. Lao-Tzunun görüşdüyü mütəfəkkir kim olmuşdur?
32. Daosizmin əsas kateqoriyaları hansılardır?
33. Sintoizmin əsas fərqləndirici xüsusiyyəti hansıdır?
34. Sintoist mifologiyasında dünyanın yaranması necə təsvir olunur?
35. “Şruti” və “Smriti” kitab külliyatları arasındakı fərq nədir?
36. Hinduizmin Tanrı anlayışını izah edin.
37. Kasta sistemi haqqında məlumat verin.
38. Caynlar hansı beş əsas əxlaqi qaydaya riayət etməyə çalışırlar?
39. “Tirthankara”ların sayı nə qədərdir?
40. Caynizmdə neçə əsas dini cərəyan mövcuddur və onların fərqi nədir?
41. Siqhizmin yaradıcısı kim hesab olunur?
42. Siqhizm hansı dinlərin sintezindən meydana gəlmişdir?
43. Siqhizmin müqəddəs kitabı hansıdır? Bu haqda qısa məlumat verin.
44. Siqhlərin dövləti neçənci illərdə mövcud olmuşdur?
45. “Tenqri” sözü hansı mənaya gəlir?
46. Qədim türk inancına görə, Göy Tanrı hansı xüsusiyyətlərə malikdir?
47. Qədim türklər nələri müqəddəs sayırdılar?
48. Qədim türklərdə Yer-Su ruhlarına inancın mahiyyəti nədən ibarət idi?
49. “Ötügən” sözünün izahını verin.