197
MÜASİR DÖVRDƏ DİN
1883), Ziqmund Freyd (1856-1939), Emil Dürkheym (1858-1917), Maks Veber
(1864-1920)
kimi məşhur Qərb mütəfəkkirləri iddia edirdilər ki, cəmiyyətin
müasirləşməsi dindarlıq səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır.
XX əsrdə bu nəzəriyyə
Tolkott Parsons (1902-1979), Brayan Ronald Vilson
(1926-2004), Tomas Lukman (1927-2016)
kimi Qərb sosioloqları
tərəfindən
inkişaf etdirilmişdir. Onlardan
Brayan Ronald Vilson
sekulyarizasiyanı
“dini
düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi”
kimi tərif edir.
Onun fikrincə, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış
cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir.
Nəticədə həm dini həyatda zəifləmə olur, həm də
dini müəssisələrin yerinə
yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış
ictimai-siyasi institutlara həvalə edilir.
Sosioloqların fikrincə, sekulyarlaşma üç səviyyədə baş vermişdir:
1.
Makro səviyyə.
Bu tarixi mərhələdə cəmiyyətin siyasi həyatı dini
təşkilatların və ideyaların təsirindən azad olunmuş, yəni dövlət ilə din bir-
birindən ayrılmış, dini etiqad və vicdan azadlığı elan olunmuşdur. Dini idealların
yerini demokratik prinsiplər və
ümumbəşəri dəyərlər tutmuşdur;
2.
Orta səviyyədə
. İctimai həyatın mədəni, intellektual və iqtisadi sahələri
dinin təsirindən azad olunaraq müstəqillik qazanmışdır;
3.
Mikro səviyyə
. Dünyəviləşmə fərdi səviyyədə baş vermişdir. Din
vətəndaşların şəxsi işinə, yəni hər kəsin fərdi seçim məsələsinə çevrilmişdir.
Bəşəriyyətin inkişaf tarixinə nəzər yetirdikdə sekulyarlaşma nəzəriyyəsini
dəstəkləyən bir çox dəlillərin olduğunu görürük. Belə ki, Avropada XVI-XVII
əsrlərdə yaşanan elmi inqilab, XVII-XVIII əsrlərdə maarifçilik hərəkatının
geniş vüsət alması ilə orta əsrlərdə Qərb dünyasında hakim mövqedə dayanan
və insanların şüuruna güclü təsir göstərən Roma Katolik Kilsəsinin dayaqları
sarsıldı. Bütün bunlar isə nəticə etibarilə dinin ictimai həyatdan sıxışdırılaraq
çıxardılmasına, Qərb dünyasında sekulyar ideyaların qələbə qazanmasına
səbəb oldu. XVI-XVII əsrlərdə katolik kilsəsində islahatların aparılmasını tələb
edən Reformasiya hərəkatı da dünyəviləşmə proseslərini sürətləndirdi. Qərb
aləmindən dünyanın digər bölgələrinə sirayət edən dünyəvi dəyərlər az qala
yer üzünün bütün regionlarında zəfər çaldı. Təsadüfi deyildir ki, müasir dövrdə
dünyadakı ölkələrin mütləq əksəriyyəti dünyəvi dövlət quruluşuna malikdir.
Bununla yanaşı, “Pew Research Center” (Pyu Tədqiqat Mərkəzi)
MULTİKULTURALİZMƏ GİRİŞ
198
kimi nüfuzlu sosioloji araşdırma mərkəzlərinin apardığı
sorğular və
təhlillər də onu göstərir ki, Qərb ölkələrində özünü ateist və ya aqnostik
kimi xarakterizə edənlərin sayında artım baş verir. Həmçinin Avropada ibadətə
gələnlərin sayında kəskin azalma müşahidə olunduğu üçün kilsələrin bir çoxu
bağlanır.
Sekulyarlaşma nəzəriyyəsinin tərəfdarlarına görə, sadalanan faktlar onu
deməyə əsas verir ki, din və müasirlik arasında
dərin uçurum mövcuddur,
bəşəriyyətin elmi-texnoloji cəhətdən tərəqqisi isə dinin bir sosial institut kimi
tarix səhnəsindən birdəfəlik silinməsinə, yaxud ən azı cəmiyyətdəki rolunun
zəifləməsinə gətirib çıxardacaqdır.
Dostları ilə paylaş: