205
MÜASİR DÖVRDƏ DİN
Bəhaullah yüzə yaxın kitabın müəllifidir. Bəhailər inanırlar ki, bu əsərlər
Allah tərəfindən vəhy ilə nazil olmuşdur. Həmin əsərlərdən ən məşhurları
bunlardır:
“Kitabi-Əqdəs” (“Ən müqəddəs kitab”), “Kitabi-İqan” (“Yəqinlik
kitabı”), “Kəlimət-i-Məknunə” (“Gizli kəlamlar”).
Bəhailiyin etiqad əsaslarına gəlincə, ilk növbədə qeyd etmək lazımdır ki,
bu din bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan monoteist dindir. Belə
ki, Bəhai dininin əsas prinsipləri aşağıdakılardır:
1. Allah birdir.
2. Bütün dinlər birdir.
3. Bəşəriyyət birdir. Cəmiyyətin müxtəlif
təbəqələrinə aid olan bütün
irqlər, millətlər, dinlər və silklər Allah qarşısında birdir.
4. İnsanlar müqəddəs ruha möhtacdırlar.
5. Hər bir insan haqqı müstəqil olaraq axtarmalıdır.
6. Elm və din harmonik olaraq bir-birini tamamlamalıdır. Hər hansı bir
din elmə ziddirsə, doğru deyil. Elm dinsiz olduqda mövhumatdır.
7. İnsanlar hər cür mövhumatdan imtina etməlidirlər.
8. Kişilər və qadınlar quşun qanadı kimi bərabərdirlər.
9. Hər bir uşaq möhkəm əsası olan təhsil hüququna malikdir.
10. İqtisadi problemlərin mənəvi həlli vardır.
11. Bəşəriyyətə beynəlxalq köməkçi dil lazımdır.
12. Bəşəriyyət dünya dövlətləri tərəfindən
dəstəklənən ümumbəşəri
sülhü yaratmalıdır.
Bəhailikdə İslamda olduğu kimi namaz, oruc, zəkat və həcc ibadətləri
mövcuddur. Lakin bu dini ayinlərin yerinə yetirilmə şəkli tamamilə fərqlidir.
Bəhailərə görə, namaz səmimi-qəlbdən Allahı zikr etmək deməkdir. Bu dində
böyük, orta və kiçik namaz olmaqla üç fərqli namaz forması vardır. Onlardan
birini qılmaq kifayətdir. İsrailin Akko şəhərində yerləşən Bəhaullahın məzarı
bəhailərin qibləsi sayılır.
Bəhailikdə oruc 19 gün (mart ayının 2-dən 20-dək) tutulur.
Bu zaman
səhər gün çıxandan axşam gün batanadək yemək və içmək tam qadağandır.
Həcc ibadəti yalnız kişilərə və maddi imkanı çatanlara vacib sayılır.
Bəhailərdə həcc mərasimi Babın Şiraz şəhərindəki evini və ya Bəhaullahın
Bağdadda qaldığı evi ziyarət etməklə yerinə yetirilir.
Hazırda dünyanın bir sıra ölkələrində bəhailərin icmaları mövcuddur.
Dünyada Bəhai dininin mənsublarının sayı 6 milyondan yuxarıdır. Bəhai dininin
MULTİKULTURALİZMƏ GİRİŞ
206
ali ruhani və inzibati orqanı olan Ümumdünya Ədalət Evinin qərərgahı İsrailin
Hayfa şəhərində yerləşir. Ümumdünya Ədalət Evinin üzvləri hər beş ildən bir
keçirilən qurultayda bütün Milli Ruhani Məhfilin (regional idarəetmə orqanı.-
Red.) üzvləri tərəfindən kişilər arasından seçilirlər.
Yerli bəhai icmalarının fəaliyyəti isə ildə bir dəfə seçilən və doqquz
üzvdən ibarət olan Yerli Ruhani Məhfillər tərəfindən tənzimlənir. Hal-hazırda
dünyanın müxtəlif ölkələrində 30 mindən çox Yerli Ruhani Məhfil və 179 Milli
Ruhani Məhfil fəaliyyət göstərir.
Qeyd edək ki, Bəhai dininin Azərbaycandakı tarixi kökləri XIX əsrə
gedib çıxır. Çar Rusiyası dövründə Bakıda, xüsusilə Balaxanıda,
həmçinin
Gəncə, Ordubad, Bərdə və digər yerlərdə bəhai dini icmaları mövcud idi. 28
aprel 1920-ci ildə bolşeviklər Azərbaycanda zorla hakimiyyətiə ələ keçirdikdən
sonra bəhai icmalarının fəaliyyətinə son qoydular.
Hazırda respublikamızda bəhailərin əsas fəaliyyət dairəsi Bakı və
Sumqayıt şəhərlərini əhatə edir.
Dostları ilə paylaş: