207
MÜASİR DÖVRDƏ DİN
Zaman keçdikcə onun tərəfdarlarının sayı artmağa başlamış, nüfuzu
Koreya sərhədlərini aşmışdır. 1954-cü ilin mayında
Mun Son Myon Cənubi
Koreyanın paytaxtı Seul şəhərində Vəhdət Kilsəsini yaratmışdır. 1958-ci
ildə Yaponiyaya, 1959-cu ildə isə Amerika Birləşmiş Ştatlarına ilk munçu
missionerlər göndərilmişdir.
1992-ci ildə Mun özünü yeni bəşəriyyətin
“Həqiqi Atası”
adlandırmış,
bir ildən sonra isə “Əhdi-Cədid erası”nın dəyişərək
“Əhdin yekunlaşma erası”
olduğunu bildirmişdir. Munçuların inancına görə, o vaxtdan artıq dünya üçün
Mun dövrü başlamış, son və tam həqiqət onların “Həqiqi Ata”sı
vasitəsi ilə
aşkarlanmışdır. Qeyd edək ki, Mun 2012-ci ildə Cənubi Koreyada 92 yaşında
vəfat etmişdir.
Göründüyü kimi, Mun Son Myonun şəxsiyyəti Vəhdət Kilsəsinin
təlimində mərkəzi yeri tutur. Munçular inanırlar ki, Munun təlimi vəhy yolu
ilə nazil olmuşdur. Onun dini təliminin əsasları munçuların müqəddəs kitabı
sayılan
“İlahi prinsiplər”
də əks olunmuşdur.
Munçular xristian terminologiyasını öz dini təlimlərinə uyğunlaşdırıblar.
Məsələn, onlar xristian dininin əsasını təşkil edən Müqəddəs Üçlük (Ata, Oğul
və Müqəddəs Ruh.- Red.) ehkamını fərqli izah edirlər. Vəhdət Kilsəsinin dini
təliminə əsasən,
Müqəddəs Üçlük deyəndə, Tanrı, Mun Son Myonun özü və
onun həyat yoldaşı Hаn Hаkçа başa düşülməlidir.
İztirab çəkən Tanrıya inanc Vəhdət Kilsəsinin dini təlimində mərkəzi
yer tutur. Bu tanrı dualist (ikilik.- Red.) mahiyyətə sahibdir. O, kişi və qadın
başlanğıcını təcəssüm etdirir. Munçulara görə, Tanrının
yer üzündə tamhüquqlu
yeganə vasitəçisi Mun Son Myondur. Odur ki, Tanrının məhəbbətini qazanmaq
üçün Mun Son Myonu bəşəriyyətin xilaskarı kimi qəbul etmək lazımdır.
Eyni zamanda, munçuluğun təliminin əsasında “ideal ailə kultu” dayanır.
Mun Son Myon arcıllarına öyrədirdi ki, kamillik zirvəsinə çataraq Tanrının
həqiqi oğlu və qızı olmaq Vəhdət Kilsəsinin hər üzvünün amalı olmalıdır.
Munçular inanırlar ki, Mun Son Myon və onun ailəsi bu məqsədə çatdıqlarına
görə hər kəs üçün nümunədirlər. Odur ki, munçular Mun Son Myonu və onun
həyat yoldaşını öz həqiqi valideynləri sayırlar. Bu inanc isə Vəhdət Kilsəsində
kütləvi evləndirmə mərasimlərinin əsasını qoymuşdur. Belə ki, gənc munçular
“həqiqi ata” hesab etdikləri Mun Son Myonun seçimi ilə ailə həyatı qurmağa
başlamışlar. O da öz növbəsində, onlar üçün kütləvi evləndirmə mərasimləri
MULTİKULTURALİZMƏ GİRİŞ
208
təşkil etmişdir. Məsələn, 1997-ci ildə keçirilmiş belə bir mərasimdə 30 min
cütlük iştirak etmişdir.
Vəhdət Kilsəsi dünyanın bir çox ölkələrində
güclü biznes şəbəkəsinə,
müxtəlif istehsal və xidmət sahələri üzrə böyük korporasiyalara malikdir.
Munçular öz dini ideyalarını yaymaq məqsədilə elm, təhsil və mədəniyyət
sahəsində bir sıra layihələr həyata keçirirlər.
Munçular kütləvi informasiya vasitələri sahəsində də fəaliyyət göstərərək
əvvəlcə Tokio,
Nyu-York, daha sonra isə Vaşinqtonda qəzet və jurnal nəşr
etdirmişlər.
Dostları ilə paylaş: