Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə94/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   90   91   92   93   94   95   96   97   ...   175
1 Multikulturalizmə giriş 2019

Savadsızlıq,
xüsusilə 
dini savadsızlıq,
bir sözlə, cəhalət, xurafat olan 
yerdə dini radikalizmin yayılması qaçınılmazdır. Bu cür mühitin yaranmaması 
üçün elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi müsəlman cəmiyyətləri 
getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Ona görə də mövhumat 
və cahillikdən doğan radikalizm dünyada meydan sulayır. İslam dininin təməl 
prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı burada öz 
sözünü deyir. Dini təhsilin istənilən səviyyədə olmaması və ya bu yöndə təhsil 
almış kadrların düzgün istiqamətləndirilməməsi dini düzgün anlamamağa və 
anlatmamağa gətirib çıxarır.
Psixoloji problemlər
də bu məsələdə önəmli rol oynayır. Ailədə, məktəbdə, 
universitetdə, yaxud iş yerində 
laqeydlik və diqqətsizliklə
üzləşən, 
təzyiqlərə
məruz qalan insanlar, xüsusilə psixoloji cəhətdən hələ tam formalaşmamış 
gənclər getdikcə özlərinə qapanır, cəmiyyətə yadlaşırlar. Bu yadlaşma onlarda 
mənəvi yoxsulluq doğurur, 
empatiya
, yəni başqalarını öz yerinə qoyma 
duyğusunu məhv edir. Həmçinin, problemlərin həll edilə bilməməsi insanlarda 
natamamlıq kompleksi yaradır və belə bir psixoloji durumda onlar asanlıqla 
radikalların təbliğatının qurbanına çevrilirlər. Çünki radikallar qarşılarındakını 
ələ keçirmək üçün ilk növbədə ona özünəinam hissi aşılayırlar.
Dünyaya inteqrasiya proseslərində zəif iştirak radikalizm üçün münbit 


215
MÜASİR DÖVRDƏ DİN
şərait yaradır. Müsəlmanların çoxluq təşkil etdiyi regionlarda əhali ənənəvi-
patriarxal həyat tərzi sürür. Bu faktor radikal cərəyanlar üçün çox əlverişlidir, 
çünki onların irəli sürdüyü dini konsepsiyalar konservatizm üzərində qurulub.
Sosial ədalətsizlik
də dini radikalizmin inkişafı üçün zəmin formalaşdırır. 
Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif 
radikal qruplar tərəfindən bacarıqla istifadə edilərək ictimai-siyasi hadisələrin 
axarına öz təsirini göstərir. 
İşsizlik və yoxsulluqdan radikal qrupların təbliğatında geniş istifadə olunur. 
Onlar formalaşmamış, həyat təcrübəsi və dini bilikləri az olan, emosional, sosial 
statusundan narazı bəzi gəncləri mövcud sosial problemlərə qarşı dini etiraz 
aləti kimi istifadə edə bilirlər. 
Cihad, “şəhid olmaq” və ya “əbədi qurtuluş”

çatmaq kimi ekstremist ideyalar bu zaman onlar üçün dünyəvi məhrumiyyətləri 
kompensasiya edən rolunu oynayır. 
Radikal qrupların təşkilati struktur formaları, eləcə də məqsədyönlü 
təbliğat və maliyyələşdirmə metodları da dini radikalizmin yayılmasında 
əhəmiyyətli rola malikdir. 
Günümüzdə 
“radikalizm” və “ekstremizm”
sözləri sinonim kimi işlədilsə 
də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Ekstremizmin 
radikalizmdən ən böyük fərqi ifrat ideyaların zorakı metodlarla həyata 
keçirilməsidir. Başqa sözlə desək, hər ekstremist radikaldır, lakin hər radikal 
ekstremist deyildir. 
Dini ekstremizm
fərqli dinlərin nümayəndələrinə qarşı dözümsüzlükdə, 
yaxud konfessiyalararası sərt qarşıdurmada özünü göstərir. Dini ekstremizm 
“özgə” həmişə açıq və potensial düşməndir, ancaq “özününkünə” güvənə bilərsən 
prinsipinə əsaslanır. Dini ekstremist təşkilat isə dini ekstremist fəaliyyətin 
həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə 
fəaliyyəti həyata keçirən təsisatdır. 
Müasir dövrdə ekstremist və radikal qruplaşmaların əsas təbliğat məkanı 
sosial şəbəkələrdir. Onlar əsasən sosial şəbəkələr vasitəsilə öz ideyalarını qlob
-
al miqyasda yayır, habelə onlardan öz sıralarına yeni davamçılar cəlb etmək 
məqsədilə istifadə edirlər. Belə qruplar milli-dini dəyərlərin gözdən salınmasına 
çalışır, birbaşa, yaxud dolayı yolla zorakılığa çağırırlar. Bu cür təbliğatın təsiri 
altında formalaşmış gənclər ümumi dəyərlərdən imtina edir, təhsil və özünü tək
-
milləşdirmədən uzaqlaşırlar. 


MULTİKULTURALİZMƏ GİRİŞ
216
Dini radikalizm və ekstremizmin son mərhələsi, təbii ki, 
terrorizm
sayı
-
la bilər. 
Terrorizm
siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsi 
üçün ideoloji motivli təxribat, qətlə yetirmə, girov götürmə və ya başqa ictimai 
təhlükə yaradan zorakı, qəddar metodlardan (terror aktı) istifadə edilməsidir.
Terrorçu
– hər hansı bir formada terror aktının həyata keçirilməsində işti
-
rak edən şəxs; 
terror qrupu
– terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə 
iki və daha artıq şəxsin birləşməsi; 
terror təşkilatı
– terror aktının həyata keçir
-
ilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni 
mümkün sayan təşkilat deməkdir.
Bu gün dini radikalizm və ekstremizmdən, o cümədən terrorizmdən heç 
bir ölkə və heç kəs sığortalanmayıb. Deməli, onlarla mübarizə hər bir dövlətin 
və hər kəsin ümdə vəzifələrindən biri olmalıdır. Bəs necə və hansı mübarizə 
metodlarından istifadə edilməlidir? 
Şübhəsiz ki, birinci metod 
maariflənmədir.
Savadsız insanı idarə etmək, 
istənilən tərəfə yönləndirmək asan olur. Bu baxımdan insanları radikalların tə
-
sirindən qorumağın ilkin metodu maarifləndirmə işinin aparılmasıdır. 
İnsanın özünə, ailəsinə, yaşadığı cəmiyyətə və bütün dünyaya faydalı ola 
bilməsi üçün ən gərəkli şey elmdir. Elmə gedən yol isə təhsildən keçir. Təhsil 
fərdin, cəmiyyətin bütün sahələrdə yüksəlişini təmin edir, zəruri məlumatları 
verərək şəxslərə bacarıq və istedad qazandırır, yüksək mənəvi dəyərlər aşılayır, 
pis vərdişlərdən, davranışlardan qoruyur, yaxşı keyfiyyətlərə yiyələndirir. Bu 
səbəblə dində elmə, oxumağa, öyrənməyə böyük dəyər verilmişdir. Təsadüfi 
deyil ki, insanların doğru yola yönəlməsi üçün göndərilmiş “Qurani-Kərim”in 
ilk əmri 
“oxu”
olmuşdur 
(“Əlaq surəsi”, 1-ci ayə
). 
Təhsilsiz insan dünyaya hansı istiqamətdən baxacağını müəyyən edə 
bilməz. Radikalizmin qurbanı da əksər hallarda bu şəxslər olur. Bu cür insanlar 
bir növ oyuncağa çevrilir və özləri də bilmədən zamanla topluma zərər verirlər. 
Radikalizmlə mübarizədə preventiv metod radikalların apardığı təbliğat
-
dan bir addım öndə olmaq prinsipinə əsaslanır. Belə ki, onlar öz radikal fikirləri
-
ni dini mənbələrə istinad edərək yayırlarsa, dini maarifləndirmə işini həyata 
keçirənlər onlardan bir addım öndə olub, elə həmin mənbələrə müraciət edərək 
belə fikirlərin yanlışlığını, dinin radikallığa, ifratçılığa qarşı olduğunu insanlara 
çatdırmalıdırlar. Üstəlik, bu zaman etibarlı, əsaslandırılmış mənbələrə istinad 
edilməlidir ki, qarşı tərəfdə hər hansı şübhə yeri qalmasın.


217
MÜASİR DÖVRDƏ DİN
Digər metod 
profilaktik
metoddur
ki, bu da radikal cərəyanların təsiri al
-
tına düşmək təhlükəsi ilə üzləşən insanlarla izahat işinin aparılmasıdır. Xüsusilə 
gənclər və yeniyetmələr radikal, ifratçı ünsürlərin təsirinə yenicə düşmüşsə, 
bununla bağlı dərhal fəaliyyətə keçmək lazımdır. Profilaktik metodu tətbiq 
edənlər həm insanların psixologiyasını, həm də dini dərindən bilməli, eyni za
-
manda el arasında yüksək nüfuza sahib olmalı, əxlaqlı və nümunəvi şəxsiyyət 
kimi tanınmalıdırlar. 
Dini radikalizmə qarşı ən sonuncu mübarizə üsulu kimi 
inzibati metoddan 
istifadə olunur. Lakin bu metod son anda tətbiq oluna bilər. Belə ki, əgər radikal 
qüvvələrin fəaliyyətində cinayət tərkibi olarsa, bu zaman onlara qarşı müba
-
rizəni hüquq mühafizə orqanları həyata keçirir. 
Dini radikalizm digər sahələrdə gördüyümüz radikal münasibətdən daha 
şiddətli və daha dağıdıcıdır. Çünki din radikallaşdığı zaman birləşdirici ol
-
maqdan daha çox, parçalayıcı xarakterə bürünür. Buna görə də dünyanın, demək 
olar ki, bütün ölkələrin tolerantlıq və birgəyaşayış mədəniyyətini, o cümlədən 
multikultural dəyərləri yaşatmaq və daha da inkişaf etdirmək məsələsi öz aktu
-
allığını qoruyub saxlayır. Bəşəriyyətin gələcək rifahı yalnız bundadır. Harada ol
-
mağından və kimliyindən asılı olmayaraq hər kəs bəşəriyyət üçün böyük təhlükə 
sayılan zorakılığı, radikalizmi, terroru qınamalı, zorakılığın meyvəsinin şiddət 
olduğunu unutmayaraq ailədən cəmiyyətədək bütün sosial mühitlərdə hər şeyin 
qarşılıqlı anlayış və sülh çərçivəsində həll edildiyi mühitin formalaşmasına səy 
göstərməlidir.


MULTİKULTURALİZMƏ GİRİŞ
218

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin