5.4.Müasir Azərbaycanda dövlət–din münasibətləri
Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin müasir inkişaf
mərhələsi xalqımızın 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi
dövrdən başlayır. Belə ki, ateizmi dövlət ideologiyası səviyyəsinə qaldıran
Sovet İttifaqının süqutu ilə imperiya buxovlarından yenicə qurtulmuş ölkəmizdə
din sahəsində tətbiq edilən qadağalara son qoyuldu, vətəndaşların dini etiqad və
vicdan azadlığı təmin olundu.
Müstəqilliyin ilk illərində dövlət-din münasibətləri sahəsində baş verən
müsbət dəyişikliklərlə yanaşı, qanunvericilikdə mövcud olan boşluqlardan öz
məkrli məqsədləri üçün istifadə etməyə çalışan destruktiv qruplar da meydana
çıxdı. Xaricdəki bəzi dairələr tərəfindən idarə olunan həmin qruplar ənənəvi
milli-mənəvi dəyərlərimizə qarşı çıxaraq ifrat dini ideyaları və dözümsüzlüyü
təbliğ edir, bununla da cəmiyyətdə dini zəmində ayrı-seçkilik və ədavət salmağa,
dini şüarlar altında ictimai-siyasi sabitliyi pozmağa səy göstərirdilər.
Bütün bu neqativ amillər isə qanunvericilikdə mövcud olan boşluqların
aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını zəruri edirdi.
Odur ki, 20 avqust 1992-ci ildə
“Dini etiqad azadlığı haqqında”
Azərbaycan
Respublikasının Qanunu qəbul olunaraq dini qurumların statusu, hüquq və
vəzifələri müəyyənləşdirildi.
Lakin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində əsl irəliləyiş
ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə ikinci dəfə
gəlişi ilə baş verdi. Ümummilli lider hakimiyyətə yenidən qayıtdıqdan sonra
dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə problemlərin həlli və
sabitliyə nail olunması, eləcə də milli-mənəvi dəyərlərimizin hifz edilməsi,
tarixən ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrin qorunaraq
inkişaf etdirilməsi istiqamətində coxşaxəli, mühüm tədbirlər həyata keçirdi.
Eyni zamanda, ölkəmizi dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək,
məzhəb ayrı-seçkiliyi salmaq istəyən qüvvələrin niyyətlərini puç etdi, etnik-
dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı Azərbaycançılıq
məfkurəsi ətrafında birləşdirdi.
Heydər Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsində ən mühüm
addım 1995-ci ildə atıldı. Həmin il noyabrın 12-də ümummilli liderin rəhbərliyi
ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi
219
MÜASİR DÖVRDƏ DİN
yolu ilə qəbul edildi. Məhz ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızda
dövlət-din münasibətlərinin əsas prinsipləri müəyyənləşdirildi.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət və din
münasibətlərini şərh edən müddəalara nəzər yetirək. Konstitusiyanın
7-ci
maddəsində
Azərbaycan dövlətinin
demokratik, hüquqi, dünyəvi, unitar
respublika olduğu göstərilir. Həmçinin Konstitusiyanın
18-ci maddəsində
Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu bildirilərək
dövlətimizin dünyəvi quruluşa malik olduğu bir daha vurğulanır. Həmin maddədə
bütün dini etiqadların qanun qarşısında bərabər olduğu, dövlət təhsil sisteminin
dünyəvi xarakter daşıdığı bəyan edilərək respublikamızda insan ləyaqətini
alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların
təbliğinə qadağa qoyulduğu qeyd olunur.
Konstitusiyanın 18-ci maddəsində bütün dini etiqadların qanun
qarşısında bərabər olması barədə yer alan müddəa açıq-aydın onu göstərir
ki, Azərbaycanda rəsmi və ya dövlət dini mövcud deyildir. Bu baxımdan
Azərbaycan digər bir çox dünyəvi dövlətlərdən fərqlənir. Məsələn, özlərini
dünyəvi dövlət elan edən İngiltərədə Anglikan Kilsəsi, Danimarkada isə
lüteran məzhəbi, yaxud daha dəqiq desək, Danimarka Xalq Kilsəsi rəsmi din
statusundadırlar ki, bu da həmin dini institutları digər din və konfessiyalardan
daha üstün məqama qaldırır. Eyni mənzərəni bir sıra postsovet ölkələrdə də
müşahidə etmək mümkündür. Belə ki, Ermənistan dünyəvi dövlət quruluşuna
malik olsa da, Erməni Qriqoryan Kilsəsinə əlavə hüquq və imtiyazlar tanınıb.
Bu isə faktiki olaraq dövlət tərəfindən dini qurumlar arasında ayrı-seçkiliyə
yol verildiyi mənasına gəlir. Halbuki Azərbaycanda başqa mənzərəni görürük.
Ölkəmizdə əhalinin təqribən 96 faizi özünü İslam dininin mənsubu sayır. Buna
baxmayaraq, ölkə qanunvericiliyində hər hansı müsəlman dini təşkilatına və
ya islam məzhəbinə qanunla əlavə imtiyazlar verilməyib. Yəni din sahəsində
tam bərabərlik təmin olunub. Odur ki, Azərbaycanın dünyəvi modeli bir çox
sekulyar dövlətlərlə, o cümlədən qonşu ölkələrlə müqayisədə daha mütərəqqi
və ədalətli səciyyə daşıyır.
Başqa sözlə, ölkəmizdə ənənəvi dini quruma əlavə imtiyazlar verilib
ayrı-seçkilik edilmir. Bu mənada Azərbaycanın dünyəviliyi bir çox sekulyar
dövlətlərlə, o cümlədən qonşu ölkələrlə müqayisədə daha mütərəqqi və ədalətli
səciyyə daşıyır.
MULTİKULTURALİZMƏ GİRİŞ
220
Azərbaycan Respublikası Konstitusiyasının
Dostları ilə paylaş: |