Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə1/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik



Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova
İNSAN VƏ HEYVAN
FİZİOLOGİYASI
I hissə
Bakalavr hazırlığı üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi 28.06.2005-ci il 522 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir.

BAKI - 2007



Redaktorlar:

ADPU-nin insan və heyvan fiziologiyası kafedrasının müdiri, b.e.d., prof. Ə.N.Fərəcov


AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun böyük elmi işçisi, b.e.n. Ş.M.Hacıyev

Rəyçilər:

Rusiya EA-nın üzvü, Beynəlxalq Noosfer Akademiyasının həqiqi üzvü, b.e.d., prof. M.S.Babayev


AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun «Analizatorların müqayisəli və yaş fiziologiyası» laboratoriyasının rəhbəri, b.e.n. A.Q.Qazıyev


Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin dekanı, anatomiya, fiziologiya, zoologiya kafedrasının

dosenti A.M.Rüstəmov
Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. İnsan və heyvan fiziologiyası (bakalavr hazırlığı üçün dərslik). Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2007, 416 s.
Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas bölmələrinə aid müasir məlumatlar verilmişdir.
Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri hesab edilən «İnsan və heyvan fiziologiyası» üzrə nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslik kimi təqdim edilir. Dərsliyin birinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropa standartları nəzərə alınmaqla fiziologiyanın inkişaf tarixi (giriş), əsas anlayış və prinsiplər, hüceyrə fiziologiyasının əsasları, oyanan toxumaların fiziologiyası və ya elektrik oyanması ilə məlumatların nəql olunması, əzələnin fiziologiyası, sinir sisteminin ümumi və xüsusi fiziologiyası, analizatorların fiziologiyası və daxili sekresiya vəziləri haqqında məlumat verilir. Dərsliyin ikinci hissəsində isə qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat, maddələr və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekoloji fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termin göstəricisi, müəllif arayışı, kafedranın tanınmış alimləri, terminlər lüğəti, testlər verilmişdir
Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının fəaliyyət mexanizminin avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlki dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası, əmək və ekoloji fiziologiya, qocalma və qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilirməsidir.
Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində təhsil alan tələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübi biologiyanın müxtəlif sahələrində çalışan bioloqlar üçün faydalı mənbə ola bilər.
Ə 1903000000−29 −062−2007
M−658(07)−062
© «Bakı Universiteti» nəşriyyatı, 2007.
1

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin