Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə103/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

203

Şəkil 6.21. Qurbağanın beyni və Seçenovun təcrübəsində həmin beynin kəsilən yeri: 1-qoxu siniri; 2-qoxu payı; 3-böyük yarımkürələr; 4-görmə qabarı; 5-duz kristalı qoymaq üçün beynin kəsilən yeri; 6-iki təpə; 7-beyincik; 8-uzunsov beyin və rombaoxşar çuxur.
Hər bir sinir hüceyrəsinin müxtəlif yerlərində ləngidici sinapslar vardır və onlar qarşılıqlı əlaqədədir. Ləngidici postsinaptik potensial oyadıcı potensialı zəiflədir və bununla o yayılan oyanmanın əmələ gəlməsi üçün membranın depolyarlaşmasının böhran səviyyəsinə çatmasına mane olur.
Hüceyrələrdə ləngimə formalarını nəzərdən keçirdikdən sonra məlum olub ki, ləngimə QAYT əmələ gəlməsi ilə başlayır. QAYT oyandırıcı sonluğun reseptorlarına qarşılıqlı təsir edir, onun xlor keçiriciliyini artırır. Beləliklə, bu akso-aksonal sinapsdakı presinaptik ləngimə, postsinaptik ləngimənin klassik mexanizmi ilə şərtləndirilir. Nəticədə iki sinapsın birlikdə fəallığı sinaptik ötürmənin effektliyini artır, məsələn, molyusklar və həşəratlarda sinir lifin fəallaşması serotonin ifrazına, o isə membranın presinatik ucunda K+ - kanalların blokadasına səbəb olur. Bu isə depolyarizasının müddətinin uzanmasına və nəticədə iki sinapsin
204
(heterogen) təsirin uzanmasına səbəb olur.
Presinaptik ləngimə sinapsın presinaptik membranı ilə əlaqədardır. Aksonun presinaptik terminallarında xüsusi ləngidici sinapslar əmələ gətirə bilən digər neyron çıxıntılarının ucları yerləşir. Belə ləngidici sinapslarda əmələ gələn mediatorlar akson terminallarının membranını depolyarlaşdırır, nəticədə sinir uclarında impulsların keçiriciliyi tamamilə, yaxud qismən ləngiyir.
Pessimal ləngimə. Onurğa beyninin aralıq neyronları, retikulyar formasiyanın neyronlarında oyadıcı sinapslarda ləngimə postsinaptik membranın fasiləsiz olaraq depolyarlaşmasının nəticəsi kimi inkişaf edir. Buna pessimal ləngimə deyilir.
Oyanmadan sonrakı ləngimə. Bu tip ləngimə neyrondan və ya sinir mərkəzlərindən oyanma dalğası keçdikdən sonra inkişaf edir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin