Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Onurğa beyninin inkişafı və funksiyası



Yüklə 31,99 Mb.
səhifə115/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

6.17. Onurğa beyninin inkişafı və funksiyası
Embrional inkişaf mərhələlərində onurğa beyni onurğa sütunu kanalının bütün boşluğunu doldurur. Yaşlı adamlarda onurğa beyninin ağırlığı 30 qrama çatır, o çeçələ barmaq yoğunluğunda olub,
222
ağ qaytana oxşayır. Onurğa beyni yuxarıda uzunsov beyinə girir. Aşağıda isə 1-11 oma fəqərələri səviyyəsində konusvarı daralaraq büzdüm fəqərələri boşluğuna keçən sinir saçını əmələ gətirir.
Onurğa beyni xaricdən sərt qişa ilə örtülüb, onun altındakı qişa hörümçək qişa, daxildəki qan damarları ilə zəngin olan qişa isə yumşaq qişa adlanır. Yumşaq və hörümçək qişalar arasında geniş limfa boşluğu vardır ki, o şəffaf servoz maye (beyin mayesi, likvor) ilə dolmuşdur. Onurğa beyninin boyun və bel nahiyələrində iki qalınlaşma nəzərə çarpır. O, uzununa ön və arxa şırımla sağ və sol paya bölünmüşdür. Boz maddə daxildə, ağ maddə isə xaricdə yerləşmişdir. Boz maddə H hərfinə və ya qanadlarını açmış kəpənəyə oxşayır.
Boz maddənin ağ maddənin içərisinə girmiş hissəsinə onurğa beyni buynuzları deyilir.
Boz maddə, bir cütü öndə, o biri cütü arxada olmaqla iki cüt buynuz əmələ gətirir.
Onurğa beynindən arxa buynuzlar istiqamətində arxa köklər çıxır. Bu köklər cisimləri fəqərəarası düyünlərdə yerləşən hissi neyronların liflərindən ibarətdir. Arxa köklər vasitəsilə oyanmalar toxuma və orqanlardan onurğa beyninə daxil olur, ona görə də onlara hissi köklər deyilir. Ön köklər vasitəsilə oyanmalar onurğa beynindən əzələlərə və başqa orqanlara verildiyi üçün onlar hərəki köklər adlanır.

Şəkil 6.26. Onurğa beyninin ağ maddəsində nəqledici yolların yerləşməsini göstərən sxem: 1-zərif dəstə, 2-pazaoxşar dəstə, 3-
223
vergüləoxşar dəstə, 4-yan piramid dəstə, 5-dorzal onurğa beynibeyincik dəstəsi, 6-qırmızı nüvə onurğa beyin dəstəsi, 7-ventral onurğa beyni, 8-onurğa beyni-qabar dəstəsi, 9-onurğa beynin ön buynuzu, 10-dəhliz onurğa beyin dəstəsi, 11-ön sütunun piramid dəstəsi, 12-qısa onurğa beyin lifləri.
Ön və arxa köklər onurğa beyninin yaxınlığında və çox vaxt fəqərəarası dəliklər bərabərliyində birləşərək qarışıq onurğa beyni sinirlərini əmələ gətirir.
Döş nahiyəsində ön və arxa buynuzlar arasında yan buynuzlar əmələ gəlmişdir. Onurğa beyninin yan buynuzlarının boz maddəsində simpatik sinir sisteminin vegetativ mərkəzləri yerləşmişdir. Yan buynuzların hüceyrələri çıxıntılarla birlikdə ön köklərdən keçərək simpatik sinir sisteminin orqan və toxumalara gedən sinir yollarını təşkil edən ilkin neyronlar hesab olunur.
Arxa buynuzlarda, boz maddənin ortasında və qismən ön buynuzlarda sütun və Holci hüceyrələri deyilən neyronlar yerləşmişdir. Holci neyronları çoxşaxəli çıxıntılara malik olub, demək olar ki, təkcə boz maddə daxilində şaxələnir. Həmin şaxələr ön buynuzlarda olan hərəki neyronları arxa köklər vasitəsilə hissi neyronlarla rabitələşdirir, deməli, assosiativ neyronlar funksiyasını daşıyır.
Onurğa beyni seqmentar quruluşa malikdir. Seqmentarlıq əsasən onurğa beyni boyunca boz maddənin yerləşməsində və ondan sinir köklərinin çıxması ardıcıllığında təzahür olunur. Seqment onurğa beyninin boz maddəsinin üzərində bir parça sinir olan hissəsinə deyilir.
Deməli, bütün fəqərə boyunca, hər fəqərə səviyyəsində (büzdüm fəqərələrindən başqa) bir onurğa beyni seqmenti yerləşmişdir. İnsanda onların ümumi sayı 30-31-ə çatır. Seqmentlərin 8-i boyun və ya servikal (C), 12-i döş və ya torokal (Th), 5-i bel və ya lümbal (L), 5-i oma və ya sakral (S) seqmentidir. Hər seqmentdən bir ön və bir arxa sinir kökü çıxır, onlar fəqərəarası dəliklər səviyyəsində birləşərək qarışıq onurğa beyninin sinirlərini əmələ gətirir. Beləliklə, onurğa beynində 31 cüt sinir çıxır ki, bunların tərkibində həm hissi, həm də hərəki sinir
224
lifləri vardır. Bu sinirlər baş əzələlərindən başqa bədənin bütün skelet əzələlərini və daxili orqanları sinirləndirir.
Onurğa beyninin arxa köklər mərkəzəqaçan, hissi (afferent və ya sensor), ön köklər isə mərkəzdənqaçan hərəki (efferent və ya motor) sinir liflərindən ibarətdir. Bu funksional fərqi ilk dəfə Bell və Majandi tərəfindən müəyyən edildiyindən ona onurğa beyin köklərinin paylanmasının Bell-Majandi qanunu deyilir. Bu qanunu təcrübədə yoxlamaq üçün onurğa beynin ayrı-ayrı köklərini kəsməklə və yaxud onları elektrik qıcığı ilə qıcıqlandırmaqla yaranan reaksiyaların xarakterini müəyyən etmək lazımdır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin