Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə116/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Spinal şok. Onurğa beynin köndələn olaraq tam kəsilməsi spinal şoka səbəb olur. Bu zaman kəsilən yerdən aşağıdakı bütün sinir mərkəzlərinin oyanıqlığı zəifləyir, reflektor funksiyalar itir. Kəsilən yerdən yuxarı mərkəzlər isə öz funksiyalarını saxlayır. Məsələn, onurğa beyninin diafraqma sinirinin aşağı nahiyəsindən kəsilməsi, kəsikdən aşağıda yerləşən mərkəzlərdə onurğa beyin reflekslərinin sönməsinə səbəb olur. Bununla belə diafraqmanın tənəffüs mərkəzləri diafraqmanı innervasiya edən hərəki neyronları ritmik impulslarla təmin edir.
Bədbəxt hadisələr zamanı insanda onurğa beyni müəyyən nahiyələrdə zədələnə bilər. Zədə çox böyük deyilsə və ölümlə nəticələnmirsə xəstə təxminən üç həftə ərzində şok vəziyyətində qalır. Sonra şok vəziyyəti keçdikcə onurğa beynin reflektor fəaliyyəti tədricən bərpa olunur.
Onurğa beyni orqanizmin bir çox üzv və sistemlərinin fəaliyyətini tənzim edən əsas reflektor mərkəzlərdən biridir. Bu baxımdan onurğa beyni mərkəzi sinir sistemində funksiyaları işə salan başlıca işçi mərkəzdir. Məsələn, I və II döş seqmentləri səviyyəsində bəbək daraldıcı və genəldici mərkəz, döş və bel seqmentləri səviyyəsində tər ifrazı, damargenəldici və daraldıcı (vazomotor) mərkəzlər, oma seqmentləri səviyyəsində sidiktənasül orqanlarının və düz bağırsağın reflektor mərkəzləri yerləşmişdir. Diz refleksi və digər bükücü hərəki reflekslər, həmçinin, onurğa beyninin bilavasitə iştirakı ilə həyata keçir. Bütün onurğa beyin mərkəzlərinin baş beynin hərəki və vegetativ
225
mərkəzlərinə tabedir.

6.18. Onurğa beyninin nəqledici yollarının funksiyaları


Onurğa beyninin əsas funksiyalarından biri oyanmaları nəql etməkdir. Afferent sinirlərlə onurğa beyninə gələn hissi oyanmalar hərəki neyronlara ötürülməklə yanaşı, nəqledici yollar vasitəsilə baş beynin müxtəlif şöbələrinə daxil olur. Eləcə də başbeyində əmələ gələn impulslar enən sinir yolları vasitəsilə onurğa beynində yerləşən effektor neyronlara ötürülür.
Onurğa beyninin anatomik quruluşundan göründüyü kimi, aparıcı yollar onun ağ maddəsinin arxa sütunlarında və yan sütunların xarici hissələrində, gətirici yollar isə ön sütunda və yan sütunların daxili tərəfində yerləşmişdir.
Qalxan nəqledici hissi yollara aşağıdakı lif dəstələri aiddir:

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin