Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Törabənzər törəmə – retikulyar formasiya



Yüklə 31,99 Mb.
səhifə128/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Törabənzər törəmə – retikulyar formasiya. Torabənzər törəmə beynin bütün şöbələri ilə qarşılıqlı əlaqədədir. Bu təsir həm fəallaşdırıcı, həm də ləngidicidir. Torabənzər törəmədən retikulospinal yolla onurğa beyninə efferent beyin sütununa afferent və efferent siqnallar gedir.
Beyin sütununun mərkəzi hissəsində uzunsov beyindən orta
246
beyinə qədər neyron və sinir liflərinin tərkibinə və düzülüşünə görə beynin digər törəmələrindən kəskin surətdə fərqlənən anatomik törəmə yerləşmişdir. Mikroskop altında tor kimi göründüyünə görə hələ keçən əsrin ikinci yarısında O.Deyters həmin nahiyəyə torabənzər törəmə və ya retikulyar formasiya adı vermişdir. Onun neyronlarında çoxlu miqdarda afferent liflər qurtarır. Bu yollar bir tərəfdən beyin borusundan keçən uzun hissi lif dəstələrinin şaxələnmiş çıxıntıları, digər tərəfdən isə beynin yuxarı şöbələrindən enən efferent sinirlərin çıxıntılarından ibarətdir.
Belə ki, o, enən yollar vasitəsilə onurğa beynin reflektor fəaliyyətinə həm ləngidici, həm də fəallaşdırıcı təsir göstərə bilir. O, qalxan yollarla beyin yarımkürələri qabığına daha çox oyadıcı təsir göstərir.
Retikulyar formasiya neyronları müxtəlif hormonlara, bir çox mübadilə məhsullarına, ayrı-ayrı kimyəvi birləşmələrə qarşı olduqca həssasdır. Retikulyar formasiya beyində sanki yüksək fəallıq əmələ gətirən «qurğu» funksiyasını yerinə yetirir.
Retikulyar formasiyadan gələn impulslar birbaşa onurğa beyninin hərəki neyronlarına ləngidici təsir göstərə bilir.
Retikulyar formasiyada onurğa beyni hüceyrələrini fəallaşdıran neyronlar da vardır.
Beyin sütunun yuxarı şöbələrində retikulyar formasiyanın pozulması heyvanı dərin yuxu vəziyyətinə gətirir.
Orta beyin beyin qabığına fəallaşdırıcı təsir göstərir.
Orqanizmin reseptorlarından impulsları talamusa gətirən afferent liflər retikulyar formasiyaya çoxlu miqdarda şaxələr verir. Bundan əlavə, retikulyar formasiya beyincikdən, qabıqaltı düyünlərdən, limbik sistemdən və beyin yarımkürələri qabığından impulslar alır və onların fəallığını saxlamaqla yanaşı, eyni zamanda özü də onlardan daimi gələn impulsların təsirinə məruz qalır.
Retikulyar formasiya qabıqaltı nüvələr və hipotalamusla sıx əlaqədədir. C.Oldsun təcrübəsi bunu bir daha sübut edir. O, siçan beyninin müxtəlif şöbələrinə – hippokampa, arxa hipotalamus və orta beynə xroniki elektrodlar yerləşdirib onları stimullaşdırıcı cihazla birləşdirdi və heyvana elektrik dövrəsini açıb-bağlayan
247
tutqacı ayaqla basa bilmək imkanı yaratdı. Əgər elektrod arxa hipotalamusda və ya orta beynin retikulyar formasiyasının müəyyən nahiyələrinə düzgün yerləşdirilmişsə belə qıcıqların heyvanın beyninə stimullaşdırıcı təsirindən heyvan həzz alırsa, heyvan onu basıb öz beyninin mərkəzlərini qıcıqlandıracaqdır. Siçan özünün digər fəaliyyət aktlarını kəsərək onda o, tutqacı reflektor olaraq saatlarla basmaqla məşğul olacaqdır. Bu təcrübələrdən Olds belə qərara gəlmişdir ki, heyvanlarda orta və aralıq beynin bəzi nahiyələrinin qıcıqlandırılması müsbət, digər nahiyələrin qıcıqlandırılması isə mənfi reaksiyalara səbəb olur. Belə beyin sahələri obrazlı olaraq «cənnət» və ya «cəhənnəm» nöqtələri adlandırılmışdır.
Deməli, beyinin bu nahiyələrinin qıcıqlandırılması heyvanda mənfi emosiya (qorxu, hiddət və s.) əmələ gətirir.
Retikulyar formasiyanın ayrı-ayrı hissələri tənəffüs hərəkətlərində, həmçinin ürək-damar sisteminin nizamlanmasında mühüm rol oynayır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin