Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə13/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

A.İ.Qarayev (1910-1968)

fakültəsini bitirmişdir. 1936-cı ildə kafedranın əməkdaşı A.İ.Qarayev Moskva Dövlət Universitetində elmi tədqiqat işləri apararaq ilk dəfə olaraq, onurğalı heyvanların sinir liflərində yerli oyanmanı müəyyən etmişdir. A.İ.Qarayevdən xəbərsiz olaraq ingilis alimləri Xoçkin və Kats isə 1937-ci ildə onurğasız heyvanların sinir liflərində yerli oyanmanı müəyyən etmişlər. Çox təəssüflər olsun ki, yerli oyanmanın kəşf olunması A.İ.Qarayevin adı ilə deyil, Xoçkinin adı ilə bağlanır. A.İ.Qarayev 1937-ci ildə tibb elmləri namizədi, 1940-cı ildə elmlər doktoru elmi dərəcələrini almışdır. 1942-ci ildə ATİ-nin fiziologiya kafedrasının professoru və ADU-nun insan və heyvan fiziologiyası kafedrasının müdiri seçilmişdir. O, işlədiyi dövrdə bir çox inzibati vəzifələrdə – ADU-nun biologiya fakültəsinin dekanı (1941-1943), elmi işlər üzrə prorektor (1943-1944) və ADU-nun rektoru (19441950) işləmişdir. A.İ.Qarayev Azərbaycan EA-nın biologiya və kənd təsərrüfatı elmləri üzrə akademik katibi (1952-1956) və nəhayət, Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsil Komitəsinin sədri (1961-1963) vəzifələrində də fəaliyyət göstərmişdir.
Akademik A.İ.Qarayev işlədiyi dövrdə böyük ictimai iş aparmışdır. O, 1938-ci ildə Elmi-Tədqiqat Kurortologiya və Fiziki
26
Üsullarla Müalicə İnstitutunun nəzdində Naftalan neftinin müalicəvi xassələrinin öyrənilməsi üzrə eksperimental laboratoriya təşkil etmişdir. 1954-cü ildə onun təşəbbüsü ilə Azərbaycan EA-nın tərkibində fiziologiya bölməsi yaradılmış, sonralar isə (1968) o Elmi-Tədqiqat Fiziologiya İnstitutuna çevrilmişdir. Hazırda institut A.İ.Qarayevin adını daşıyır.
A.İ.Qarayevin elmi-tədqiqat işləri əsasən müxtəlif daxili orqanlara mexaniki və kimyəvi təsir zamanı qanın mübadilə göstəricilərinin və elektroensefaloqramın öyrənilməsinə həsr edilmişdir. Bu tədqiqatların nəticələri müəllifin «İnteroreseptorlar və maddələr mübadiləsi» (1957) monoqrafiyasında öz əksini tapmışdır. A.İ.Qarayev Azərbaycan dilində yazılmış «Endokrin sistemin fiziologiyası» (1945), «Analizatorların fiziologiyası» (1964), «Mərkəzi sinir sisteminin fiziologiyası» (1951) dərs vəsaitlərinin və 470-dən çox elmi əsərin müəllifi olmuşdur. Akademik A.İ.Qarayev Azərbaycanda böyük fizioloji məktəb yaradaraq, milli kadrların yetişməsində xüsusi rol oynamışdır.
1950-ci ildən başlayaraq, Azərbaycanda fiziologiya elminin inkişafı akademik A.İ.Qarayevin rəhbərliyi altında daha böyük sürət aldı. Onun bilavasitə rəhbərliyi altında 28 il ərzində ADUnun fiziologiya kafedrası 500 nəfərdən çox yüksəkixtisaslı fizioloqlar hazırlamışdır.
A.İ.Qarayevin tələbələrindən Q.Qədirov, R.Qasımov, A.Dadaşov, Ş.Tağıyev, T.Qaibov, H.Həsənov, T.Ağayev, N.Muşkina və başqaları ayrı-ayrı problem laboratoriyalara rəhbərlik etməklə, onun ideyalarını həyata keçirərək fiziologiya elminin Azərbaycanda tərəqqisi üçün böyük xidmətlər göstərmişlər. Bu problemlər üzərində işləyərkən, xüsusilə Fiziologiya İnstitutunun elmi kollektivi – interoreseptorların qlikemik reaksiyaları təsiri, başbeyin qabığı strukturları, limbik retikulyar kompleksinin qlikohomeostazın tənzim edilməsində rolu, ontogenezdə qlikohomeostazisin tənzim edilməsinin sinir mexanizmləri, interoseptiv siqnalların öyrənilməsinin neyrofizioloji və neyrokimyəvi mexanizmləri, inteqrasiya və eləcə də qabıq və qabıqaltı əlaqələr, funksiyaların lokalizasiyası – elmi tədqiqat istiqamətləri yarat-
27
mışdır.
A.İ.Qarayev və onun əməkdaşları tərəfindən aparılan elmi axtarışlarla – Naftalan neftinin orqanizmin dəri örtüyünün məsamələrindən keçərək ürək fəaliyyətinə müsbət ionotrop təsiri və damar genişləndirici kimi bənzəri olmayan unikal müalicə keyfiyyəti aşkar edildi.
Akademik A.İ.Qarayevin vəfatından sonra onun tələbəsi və davamçısı akademik H.H.Həsənov Elmi-Tədqiqat Fiziologiya İnstitutuna (1969-1995) rəhbərlik etmişdir.
H.H.Həsənovun elmi fəaliyyəti əsasən MSS-nin vegetativ funksiyaların tənzimində və orqanizmin daxili mühitinin sabit saxlanılmasındakı roluna həsr olunmuşdur. O, 100-dən artıq elmi əsərin, 5 monoqrafiyanın, 1 dərsliyin, eləcə də 2 kitabçanın müəllifidir. H.H.Həsənovun elmi nailiyyətləri elm və texnika sahəsində «Azərbaycan Dövlət Mükafatına» (1972) layiq görülmüşdür. Hazırda AMEA-nın Fiziologiya İnstitutunda 100-dən artıq elmi işçi fiziologiya elminin Azərbaycanda inkişafına böyük səy göstərirlər.
Hazırda akademik A.İ.Qarayev adına Elmi-Tədqiqat Fiziologiya İnstitutuna Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycanda milli fizioloq və biokimyaçı mütəxəssislərin yetişdirilməsində xüsusi rolu olan biologiya elmləri doktoru, professor T.M.Ağayev rəhbərlik edir.
Akademik A.İ.Qarayevin fəal davamçılarından olan akademik Ş.K.Tağıyev Azərbaycanda təkamül fiziologiyasının əsasını qoymuşdur. Onun elmi-tədqiqat işləri təkamül prosesinin ayrı-ayrı mərhələlərində beyin qabığının analitik-sintetik fəaliyyətinin və analizatorların inteqrativ xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. O, 200-dən artıq elmi əsərin, bir neçə samballı monoqrafiyanın müəllifidir. Azərbaycanda milli fizioloq kadrların yetişdirilməsində xüsusi xidmətləri olan Ş.K.Tağıyev uzun müddət A.İ.Qarayev adına Fiziologiya İnstitutunda əmək fəaliyyətini davam etdirməklə Azərbaycan EA-nın biologiya bölməsinə rəhbərlik etmişdir.
Azərbaycanda fiziologiya elminin inkişafında ATU-nun, ADPU-nun əməkdaşlarının müstəsna rolu vardır. ADPU-nun insan və heyvan fiziologiyası kafedrasına prof. R.Səfərovdan sonra hal-hazırda, b.e.d., professor Ə.N.Fərəcov rəhbərlik edir.
P.Y.Rostovsevdən sonra ATİ-nin fiziologiya kafedrasına (1951-1970) prof. S.R.Ocaqverdizadə (1895-1977) rəhbərlik etmişdir. 1939-1941-ci illər ərzində o, APİ-nin insan və heyvan fiziologiyası kafedrasının müdiri olmuşdur. Onun elmi-tədqiqat işləri «Böyrəküstü vəzi fəaliyyətində interoseptiv reflektor təsir»ə həsr edilmişdir.
1971-1991-ci illərdə ATU-nun fiziologiya kafedrasına prof. Q.M.Qəhrəmanov rəhbərlik etmişdir. Onun elmi-tədqiqat işləri baş-beyin fəaliyyətinin xolinergik və adrenergik mexanizmlərinin öyrənilməsinə həsr edilmişdir.
1991-ci ildən ATU-nun fiziologiya kafedrasına MEA-nın müxbir üzvü, tibb elmləri doktoru, prof. F.İ.Cəfərov rəhbərlik edir. Hazırda kafedra əməkdaşlarının əsas elmi tədiqiqatları emosiya və motivsiyaların formalaşması və realizə olunmasında opioid peptidlərin, meditorların fizioloji rolunun öyrənilməsinə həsr edilmişdir.
Akademik A.İ.Qarayevin tələbəsi prof. T.D.Qaibov bütün həyatını elmi-pedaqoji fəaliyyətə həsr etmişdir. Öz elmi-tədqiqat işlərini qlikohomeostaz, hemostaz və radiobiologiya problemlərinə yönəldərək, fiziologiyanın inkişafında xüsusi rol oynamışdır. T.D.Qayıbov Bakı Dövlət Universitetinin biologiya fakültəsinin insan və heyvan fiziologiyası kafedrasına (19661992) başçılıq edərək, yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına çox böyük əmək sərf etmişdir. 1992-ci ildən 1997-ci ilə qədər kafedraya b.e.d., prof. H.Cəfərov rəhbərlik etmişdir.
1997-ci ildən isə insan və heyvan fiziologiyası kafedrasına və kafedranın nəzdində fəaliyyət göstərən «Biostimulyatorlar» Elmi tədqiqat laboratoriyasına biologiya elmləri doktoru, professor Əli Həsən oğlu Əliyev rəhbərlik edir.

28 29
Hazırda insan və heyvan fiziologiyası kafedrasının əsas elmi istiqaməti «Analizatorlar, epifiz-hipotalamus və visseral sistemlərin həm norma, həm də struktur-funksional dəyişmələrindən sonra vegetativ funksiyaların neyrohumoral tənzimində bioritmlərin rolu və hemostaz, maddələr mübadiləsi, fiziki iş radiobiologiya sahəsində aparılan elmi işlərə həsr edilmişdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin