Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Canlının əsas xüsusiyyətləri



Yüklə 31,99 Mb.
səhifə15/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Canlının əsas xüsusiyyətləri. Adətən canlı sistemlər haqqında təsəvürləri cansız obyektlərlə müqayisə etməklə müəyyən edirlər. Məsələn, yalnız canlı orqanizmlər öz həyat fəaliyyətini davam etdirmək üçün ətraf mühitlə maddələr və enerji mübadiləsini, həyata keçirir (bu mübadilədə xüsusi orqanlar sistemi iştirak edir). İkinci, yalnız canlı orqanizmlər ətraf mühitdən siqnal alır və müvafiq şəkildə cavab reaksiyası verə bilirlər (bu proseslərdə duyğu orqanları, hiss reseptorları və sinir sistemi iştirak edir). Üçüncü, canlı orqanizmlər öz-özünə reproduksiyaolunma və inkişaf etməyə qabildirlər. Dördüncü, onlar ətraf mühitin dəyişən şəraitinə adaptasiya olunmağı bacarırlar.
Orqanizmin tamlığı haqqında təsəvvürlər. Fiziologiyanın görkəmli alimləri – fransız tədqiqatçısı Klod Bernad və rus fizioloqu İvan Mixayloviç Seçenov hesab edirlər ki, hüceyrələrin birləşərək vahid orqanizmi təşkil etməsi üçün orqanizm və mühitin qarşılıqlı münasibətinin təbiəti birinci dərəcəli əhəmiyyət daşıyır. Belə ki, Klod Bernad daxili mühitin sabitliyini orqanizmin fəaliyyətinin həlledici amili hesab edirdi, İ.M.Seçenov isə iddia edirdi ki, orqanizmin elmi təhlili zamanı orqanizmə təsir göstərən ətraf mühit də nəzərə alınmalıdır. Bir müddət sonra Vilyam Kennon orqanizmin daxili mühitinin sabitliyinin avtomatik tənzim edilməsi – homeostazın prinsiplərini qısaca və dürüst ifadə etmişdir.
Orqanizmin vahidliyi və tamlığı problemini XIX əsrin fizioloqları insanın həyat fəaliyyətində sinir sisteminin aparıcı və təyinedici rolu mövqeyindən nəzərdən keçirmişlər. Belə ki, Klod Bernad yazırdı «Bizim bütün orqanlar normal və patoloji olmaqla özlərinin həyat təzahürlərində sinir sistemindən asılıdır»lar. Bu ideyanı İvan Petroviç Pavlov nervizm adlandırılan ideyasında inkişaf etdirmişdir. Nervizmin nüvəsi reflektor nəzəriyyədir ki, bu nəzəriyyəyə əsasən fəaliyyətin istənilən formasının meydana çıxmasında əsas rol xarici stimullara məxsusdur, refleksin özü isə hər hansı bir fizioloji effektlə (yığılma, sekretor reaksiya və s.) başa çatır. Refleksləri Pavlov 2 qrupa bölmüşdür: anadangəlmə
(şərtsiz) və həyat boyu qazanılmış (şərti) reflekslər.
Əhəmiyyətli uyğunlaşmanın nəticəsi hesabına çoxlu sayda hüceyrəvi və orqan elementlərinin bütöv bir orqanizm şəklində birləşməsini izah edən funksional sistemlər nəzəriyyəsini (bu təsəvvürlərin qısa şəkildə ifadəsini Pyotr Kuzmiç Anoxin) vermişdir. Orqanizmin normal həyat fəaliyyətini təmin edən səviyyədən hər hansı bir kənaraçıxma dərhal qeydə alınır və sistemi normal səviyəyə qaytarır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin