Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə150/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

288

Şəkil 7.10. Miksodema
Qalxanabənzər vəzinin hormonunun çatışmazlığı
(hipofunksiyası) nəticəsində əmələ gələn Kretinizmi xəstəliyi zamanı uşaqlarda ətraflar qısa, baş böyük, ağıldankəm (idotizm), ikinci cinsi əlamətlər inkişaf etmir, boy kiçik olur (şəkil 7.11).
Kretinizmin əsas əlamətləri – cırtdanboy və beynin ali funksiyalarının dərin pozğunluqlarıdır.
Yaşlı insanda qalxanabənzər vəzinin hipofunksiyası apatiya, ümumi zəiflik, yaddaşın zəifləməsi, tüklərin tökülməsi, üzün və göz qapaqlarının şişməsində təzahür edir.
Qalxanabənzər vəzi hormonları suda-quruda yaşayan heyvanların metamorfozunu idarə edirlər. Buna görə də çömçəquyruqdan qalxanabənzər vəzinin xaric olunması heyvanın fasiləsiz artımı ilə nəticələnsə də, çömçəquyruq heç bir zaman qurbağaya çevrilmir. Tiroksin daxil edilməsi metamorfozun stimulyasına səbəb olur – çömçəquyruqlar müəyyən olunmuş müddətdən tez qurbağaya çevrilirlər. Lakin hipofizin ekstiropasiyası bu effekti istisna edir. Qalxanabənzər vəzi hormonunun təşkili və ifraz olunması, o cümlədən də metamorfoz hipofiz vasitəsilə tənzimlənir.
Qalxanabənzər vəzinin hiperfunksiyası (hipertireoz) zamanı
289
Bezedov xəstəliyi baş verir. Bu xəstəlik üçün əsas 3 əlamət-vəzin böyüməsi, ürək döyünmələrinin artması (taxikardiya) və göz almalarının önə çıxması (ekzoftalm) xarakterdir (şəkil 7.12). Belə xəstələr tez yorulur, çox əsəbi olurlar, arıqlayırlar, tər ifrazı artır. Müalicə etmək üçün dərmanlardan və ağırlaşma zamanı vəzin bir hissəsini çıxardırlar ki, vəzin normal hormon ifrazı bərpa olunsun.

Şəkil 7.11. Kretinizm Şəkil 7.12. Bazedov xəstəlikli qadın.
Tireoid hormonların artıqlığı və ya çatışmaması ilə əlaqədar çoxlu patalogiyalar mövcuddur. Bu patalogiyalar hipo- və hipertireoz adlanır.
Hipotireoz. Böyüklərdə qalxanabənzər vəzin çatışmamazlığı bütün metobolik proseslərin zəifləməsilə xarakterizə olunur. Bu halda, həmçinin ətraf mühitin qıcıqlandırıcılarına qarşı ləngidici reaksiyası şəklində əks olunan psixi simptomlar müşahidə olunur. Bu xəstələrin dərisi solğun rəngdə olur. Bu sindrom miksedema adlanır. Boyüklərdə bu simptom tireoid hormonunun ağızdan qəbulu ilə aradan qaldırılır. Erkən uşaq yaşlarında isə bu hormonun olmaması inkişafın fiziki və zehni qıcıqlandırılmasına gətirir. Bu kretinizim adlanır. Belə xəstələr kiçikboylu olur, çünki
290
tireoid hormonunun olmaması nəticəsində boy hormonunun sümüklərin epifızar inkişafına stimuləedici təsiri zəifləyir. Yeni doğulmuşlarda hipotireoz zamanı dərhal beynin zədələnməsini aradan qaldırmaq üçün əvəzedici hormonoterapiya edilməlidir. Tireoid hormonların çatışmazlığının səviyyəsindən, dərəcəsindən asılı olaraq tamamilə idiotizmə gətirə bilər. Ona görə bütün inkişaf etmiş ölkələrdə yeni doğulmuşların qanında tireoid hormonlarının miqdarını müəyyən edirlər. Tireoid hormonlar qidada kifayət qədər yod saxlanıldıqda normal miqdarda hazırlanır. Qidada yodun saxlanılması böyük regional müxtəliflik mövcuddur. Bir qayda olaraq dağ yerlərində onlar az, sahil rayonlarında çox olur. Yodun endemik defisiti olan bəzi rayonlarda kretinizm və miksedema daha çox rast gəlinir. Hazırda bu xəstəliklərin inkişafının qarşısı yod profilaktikasının köməyi ilə alına bilər. Məsələn, xörək duzuna yodu NaCl şəklində əlavə etmək.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin