Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Kalsium və fosfat tarazlıgının homeostazı



Yüklə 31,99 Mb.
səhifə153/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Kalsium və fosfat tarazlıgının homeostazı. Ca2+ ionlarının homeostazı əsas etibarı ilə 3 hormon ilə həyata keçirilən çox incə tənzimləmə ilə saxlanılır. Bu hormonlar aşağıdakılardır: 84 amin turşusundan təşkil olunmuş və 2 cüt qalxanabənzər ətraf vəziləri tərəfindən (epitel cisimlər) hazırlanan parathormon, 32 amin turşusundan təşkil olunmuş və qalxanabənzər vəzin toxumalarına
294
səpələnmiş C-hüceyrələr tərəfindən hazırlanan kalsitonun - tireokalsitonun, böyrəklərdə D-vitaminindən yaranan (vitamin D)hormonudur.
7.6. Hormonal tənzimləmə

Parathormon (paratireoid hormon, P.T.H)


Qanda Ca2+ ionlarının qatılığının azalması nəticəsində parathormonun sekresiyasının fızioloji stimulu edir. Prothormon osteoklastları aktivləşdirir, onlar da sümüklərdən Ca və P-un qana daxil olmasına səbəb olur. Eyni zamanda P.T.H. böyrəklərlə fosfatın çıxarılmasını stimulə edir və onun Ca ilə birləşməsinə mane olur. Orqanizmdə Ca2+-un ləngiməsi, həmçinin böyrəklərdə parathormona birbaşa təsir edir, nəticədə Ca2+ ionlarının ekskresiyası azalır. Qanda Ca2+ ionlarının qatılığının artması parathormonun sekresiyasının azalmasına səbəb olur.
Kalsitonin. Qanda Ca2+-un qatılığının artması qalxanabənzər vəzinin C-hüceyrələrinin tərəfindən kalsitoninin sekresiyasını artırır, nəticədə sümüklərin reabsorbsiyası azalır və onlarda Ca2+-un miqdarı artır. Başqa sözlə, kalsitonin parathormonun antiqonisti kimi təsir edir.
(Vitamin D)-hormon. Qanda Ca-un daimi səviyyəsinin sabit saxlanmasında parathormon və kalsitonunla bərabər, həm də vitamin D-dən yaranan hormon yaxından iştirak edir. Qrqanizmdə vitamin D olması üçün qida ilə bitki və heyvan təbiətli provitamininin sələfi – erqosterol (preprovitamin D3) və ya dehidroksixolesterol (preprovitamin D2) daxil olmalıdır. Dəriyə günəş şüalarının təsiri ilə bu sələflərin molekullarında 2 karbon atomu arasında əlaqə qırılır və provitamin D2 və D3 yaranır. Axırıncılar qaraciyərə, oradan isə böyrəklərə düşür. Bu zaman yaranmış 1,25-dihidroksikalsiferol (vitamin D)-hormon bioloji aktivliyə malikdir və qanda Caun homeostazının saxlanmasında iştirak edir. Beləliklə, mənfi əks əlaqə mexanizminə görə (vitamin D)-hormon parathormonun sekresiyasını zəiflədir. Beləcə bu 2 hormon qapalı tənzimedici sistem əmələ gətirir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin