Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Ca-un homeostazının patafiziologiyası. Birincili hiperparatireoz



Yüklə 31,99 Mb.
səhifə154/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

295
Ca-un homeostazının patafiziologiyası. Birincili hiperparatireoz. Çox nadir hallarda qalxanabənzər ətraf vəzilərində adenoma yaranan xəstəliyi müşahidə edilir. Bu xəstəlik zamanı böyrək simptomları-poliuriya və polidipsiya daha çox büruzə verir. Bundan başqa xəstələrdə asteniya, reflekslərin zəifləməsi kimi nevroloji simptomlar inkişaf edir.
İkincili hiperparatireoz. Xroniki böyrək çatışmamazlığı zamanı (vitamin D)-hormon yaranması pozulur, ona görə Ca böyrəklərdə pis sorulur. Xroniki hipokalsemiya nəticəsində parathormon daima sekresiya olunur ki, bu zəif osteopatik dəyişikliklərdən skeletin güclü zəifləməsinə və sümüklərin müxtəlif dərəcəli degalsifıkasiyasına gətirir.
Hipoparatireoz. Hipoparatireoz halları daha az rast gəlinir. Pozulmanın ilk növbədə daha çox səbəbi tireondektomiya zamanı qalxanabənzər ətraf vəzilərinin çıxarılması hesab olunurdu. Lakin axır vaxtlarda hipoparatireoz daha çox autoimmum xəstəlikləri nəticəsində inkişaf edir. Uşaqlarda bəzən qırtlağın spazması inkişaf edir ki, bu vaxt səs tellərinin yığılması boğulmadan ölümə gətirə bilər.
Kalsitonin sekresiyasının pozulması. Elə hallar olur ki, qalxanabənzər ətraf vəzilərin C-hüceyrələri ya çoxlu, ya da az miqdar kalsitonin hazırlayır. Kalsitoninin artıq yaranması Chüceyrələrinin bəd xassəli olması ilə əlaqədar ola bilər.
(Vitamin D) hormonun çatışmamazlığı. Bu zaman raxitin əlamətləri inkişaf edir. Belə ki, bağırsaqda Ca-un sorulması pozulduğundan sümüklər kifayət qədər kalsifıkasiya olunmurlar, kalsiumun qanda qatılığı isə aşağı düşür. (vitamin D) hormonun çatışmamazlığı səbəblərindən biri də onların qida məhsullarında kifayət qədər olmaması hesab olunur. Lakin raxid böyrəklərin xəstəlikləri nəticəsində və ya genetik pozulmalar zamanı da inkişaf edə bilər.

7.7. Böyrəküstü vəzilər


Böyrəküstü vəzi qarın boşluğunda böyrəklərin üstündə
296
yerləşir. Çəkisi orta hesabla 5-8 qr olub, cərrahi yolla çıxarıldıqdan sonra, heyvan bir neçə gün yaşıya bilər. Böyrəküstü vəzilər iki müxtəlif qatdan – struktur və funksional baxımdan fərqlənən daxildən beyin və xaricdən qabıq maddədən ibarətdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin