İnsulinin zülal mübadiləsinə təsiri. Qida ilə qəbul edilən zülallar amin turşularına qədər parçalanır ki, bunlar digər zülalların sintezində supstrat kimi istifadə olunur. Bu proses yalnız insulinin təsiri şəraitində optimal gedir. İnsulin hüceyrədə bir çox amin turşularının fəal daşınmasını təmin edir. Qida qəbulundan sonra hüceyrələrdə amin turşu qatılığının artması ribosomlarda zülal sintezinin stimulə olunmasına səbəb olur. İnsulin zülalın sintezini stimulə edir və nüvədə DNT-nin transkripsiya sürətini dolayı yolla artırır və bununla da RNT-nin yaranmasını da artırır. İnsulinə oxşar
317 təsiri boy hormonu göstərir, lakin o, digər qrup amin turşularının udulmasını aktivləşdirir. İnsulinin bütün bu effektləri birlikdə zülalın sintezinə şərait yaradır. İnsulinin olmaması əks təsir verir və orqanizmin zülal resurslarının tükənməsinə gətirir. Bu halda amin turşuları ya bilavasitə enerji substratı kimi, ya da qlükogenogenez prosesində istifadə olunur. Zülal sintezində insulin demək olar ki, boy hormonu kimi əhəmiyyətlidir, uşağın normal inkişafı hər iki hormonun normal münasibətində olur.
Qlükaqon – mədəaltı vəzinin adacıq toxumalarının α hüceyrələri tərəfindən hasil olunan polipeptiddir. O insulinin antoqonistidir. Qlükaqonun təsiri altında qaraciyərdə və bəzi digər orqanlarda qlikogenin qlükozaya çevrilməsi prosesi fəal şəkil almağa başlayır. Qlükaqon qlükozanın təşkili ilə qlikogenin parçalanmasında iştirak edən fosforilazanın fəalaşması sayəsində qanda şəkərin miqdarının çoxalmasına yardım edir. Qlükaqon bütün bunlardan başqa toxumalarda qlükozanın turşulaşma prosesini stimullaşdırır. Müxtəlif heyvanlar qlikaqona qarşı müxtəlif həssaslığa malikdir: sürünənlər ilə quşlar qlükaqona qarşı xüsusilə həssasdırlar. Qlükaqon yağlar mübadiləsinə təsir göstərərək, yağın yağ toxumasında parçalanmasını stimullaşdırır.
Mədəaltı vəzi hormonlarının sekresiyası proseslərinə təsir göstərən amillər arasında qanda qlükozanın tərkibini və hər iki hormonların sekresiyasını stimullaşdıran adenohipofizin samototrop hormonunun miqdarını misal çəkmək mümkündür. Cinsiyyət vəziləri ilə böyrəküstü vəzi androgenləri də stimullaşdırıcı effektə malikdirlər.
Langerhans adacıqlarının alfa hüceyrələrində hazırlanan qlükaqon insulin kimi polipeptiddir. O, 29 amin turşusu qalığından ibarətdir. Qlükaqon funksiyalarına görə insulinin antoqonistidir. O, qaraciyərdə qlükogenin parçalanmasını stimulə edir (qlükogenoliz) və bununla da qanda qlükozanın azalması
(hipoqlikemiya) şəraitində onun dərhal artmasını təmin edir.
Qlükaqon plazmatik membranın səthində yerləşən reseptorla kompleks birləşmə əmələ gətirərək ATF-i tsiklik AMF-ə çevirən adenilattsiklazanı fəallaşdırır. tsAMF qlükaqonun hüceyrədaxili
318 vasitəçisi olub, qlükogenin parçalanmasına gətirən biokimyəvi reaksiyaları stimulə edir. Qlükogenin əsas hədəf orqanı qaraciyərdir ki, bu qlükogenin əsas depo yeridir. Xroniki hipoqlükemiya zamanı qlükoqonun uzunmüddətli təsiri qaraciyərdə qlükogenin ehtiyatının azalmasına gətirir, ancaq onda qlükogenez yenə də davam edir. Axırıncı effektin səbəbi ondan ibarətdir ki, qlükaqonun təsirindən qaraciyər hüceyrələri qandan amin turşularını daha aktiv udur və bu amin turşuları qlükozanın sintezi üçün istifadə edilir.
Samatostatin.Bu 14 amin turşusundan təşkil olunmuş peptiddir. İlk dəfə o, hipotalamusda tapılıb. Burada tapılmış samatostatin hipofizdə boy hormonunun sintezini zəiflədir ki, bundan da onun adından götürülüb. O, bir çox toxumalarda ingibitor vəzifəsini görür. O, Langerhans adacıqlarının hüceyrələrində yaranır və parakrin yolla təsir edir, insulin və qlükaqonun sekresiyasını zəiflədir. Bundan başqa o, mədə-bağırsaq traktının və öd peristaltikasını zəiflədir və həzm şirələrinin sekresiyasını azaldır. Nəticədə də qidanın sorulması zəifləyir. Beləliklə, samatostatinin təsiri həzm sisteminin aktivliyinin zəifləməsinə səbəb olur.