Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


III FƏSİL HÜCEYRƏ FİZİOLOGİYASI



Yüklə 31,99 Mb.
səhifə17/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

III FƏSİL



HÜCEYRƏ FİZİOLOGİYASI


Orqanizmin funksiyalarını toxuma elementlərindən ibarət olan orqan və orqanlar sistemi yerinə yetirir. Başqa sözlə, orqanizmin funksiyasının yerinə yetirilməsi hüceyrənin funksiyası ilə müəyyən edilir. Hüceyrənin hər hansı funksiyası xüsusi zülallar vasitəsilə həyata keçirilir, hansı ki, kimyəvi strukturu haqqında məlumat endogen hüceyrə proqramında – gendə (genlər cəmi – hüceyrə genomu) qeyd edilmişdir. Deməli, bütün funksiyalar genomda determinə olunmuşdur. Eyni vaxtda müxtəlif tip hüceyrələr müxtəlif funksiyalar yerinə yetirir. Bundan aydın olur ki, müxtəlif hüceyrələrdə müxtəlif genlər fəaliyyət göstərir. Beləliklə, hüceyrənin fiziologiyasını dərk etmək üçün nəinki genin ekspressiyasının necə getdiyini, həm də genin diferensial ekspressiyasının necə həyata keçirildiyini bilmək lazımdır. Başqa sözlə, genomun işinin necə tənzim olunmasını bilmək lazımdır.
Hüceyrə üç əsas komponentdən ibarətdir: 1) Plazmatik membran; 2) Nüvə (hüceyrə genomu ilə); 3) Sitoplazma (sitozol – onda strukturlaşan subhüceyrə vahidi – orqanoidlər).
Sitozol orqanoidlər, sitosiklet və törəmələrdən ibarətdir. Orqanoidlər (orqanoid) – dəqiq funksiyaları yerinə yetirməkdə ixtisaslaşan sitoplazmanın metabolik fəal elementləridir (şəkil 3.1). Orqanoidlərə sərbəst ribosomlar, qranulyar endoplazmatik tor (kələ-kötür endoplazmatik retikul), hamar endoplazmatik tor (hamar endoplazmatik retikul), mitoxondri, Holci kompleksi, hüceyrə mərkəzi, haşiyəli qovuqcuq, lizosomlar və perooksisomlar aiddir.
Hüceyrə nəzəriyyəsinə əsasən bitki və heyvanların struktur elementi hüceyrədir. Orqanizmin ən kiçik struktur, quruluş və çoxalma vahidi hüceyrədir.
«Nüvə» termini ilk dəfə bitki hüceyrələrində sapvari struk-
35
turu ifadə etmək üçün işlədilmişdir.

Şəkil 3.1. Heyvan hüceyrəsinin ən əsas orqanoidlərinin təsvir olunduğu sxematik şəkli: 1-xromatinlər, 2-nüvə membranı, 3-nüvə, 4-nüvəcik, 5-ifrazat qovuqcuğu, 6-lizosom, 7-ribosom, 8endoplazmatik retikul, 9-bazal cisim, 10-flagellum, 11-mitoxondri, 12-hüceyrə mərkəzi, 13-mikroxovcuqlar, 14-vakuol, 15-psevdopodillər (yalançı ayaqcıqlar), 16-mikroborucuqlar, 17-sitoskelet, 18-Holçi aparatı, 19-membran.
Nüvə komponentlərindən olan yaxşı rənglənən xromatinin tərkibinə DNT zülalı kompleks şəkildə daxil olur. Həmçinin RNT-də müşahidə olunur. DNT-də zülalların quruluşu haqqında genetik məlumat yerləşir.
36
İngilis alimi R.Huk ilk dəfə müxtəlif bitkilərin mantar və gövdəsinin kəsiyinə mikroskop altında baxmış, «Mikroqrafiya» əsərində (1665) təsvir etmiş və hüceyrə sözünü elmə gətirmişdir. İngilis botaniki H.Qryu hüceyrənin divarının liflərlə örtülü olduğunu göstərmişdir (1682). 1830-cu ildə alman botaniki F.Meyenin fikrincə, bütün bitki orqanları hüceyrəvi quruluşa malikdir. Alman alimləri M.Şleyden və Şvan bitki və heyvan hüceyrəsinin mikroskopik quruluşu haqqında zəngin material vermişdir (1831, 1838).
Hüceyrəni öyrənmək üçün lupadan (2-25 dəfə böyüdür), işıq mikroskopundan (3600 dəfə böyüdür), elektron mikroskopundan (100 min dəfə böyüdür) və texniki tərəqqinin indiki ultramikroskop, mikroelektrodları sinir hüceyrəsinə stereotoksis cihazın köməkliyilə yeritməklə, elektroensofoloqraf cihazlar və s. istifadə etməklə hüceyrənin funksiyasının neyrohumoral tənzimi aydınlaşdırılır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin