Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə176/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Hipofizotrop hormonlar


Qısa adı

Tam adı

Digər adı

Nəyə
təsir edir

Rilizinq hormonlar




TRH

Tireotropin-rilizinq hormon

Tireoliberin

TTH

LH-RH

Lüteinləşdirici hormon

Lyuliberin

LH və FSH

rilizinq hormonu

(qonadoliberin)


KRH

Kortikotropin-rilizinq hormonu

Kortikoliberin

AKTH

BH-RH

Boy hormonun rilizinq hormonu

Samatoliberin

HB

PRL-RH

Prolaktinin rilizinq hor^fiO^

Prolaktoliberin

PRL

İngibirləşdirici hormonlar




BH-İH

Boy hormonun inqibirləşdirici hormonu

Samatostatin

HB

PRL-İH

Prolaktin hormonunun

Prolaktostatin

PRL

(PİF)

İngibirləşdirici hormon (faktor)



7.15. Hipotalamusun hormonların formalaşmasına təsir edən faktorlar
Hipotalamusun RH və İH hazırlayan neyronları çoxsaylı ekstra və intrahipotalamik neyronlarla innervasiya olunur. Daha çox güclü impulslar orta beyindən noradrenerqemik, adrenerqik, seratoninerqik neyronlarla, həm də xüsusilə limbik struktur, badamabənzər nüvə və hipokampadan gəlir. Bu innervasiya xarici və daxili təsirləri inteqrasiya etməyə (əsas etibarı ilə orta beyindən) və emosional stimulu neyroendokrin tənzimləməyə (əsas etibarı ilə limbik sistem ilə) imkan verir. Öz növbəsində orta beyin və limbik sistem hipotalamusdan afferent siqnallar alır, nəticədə informasiyanın resiprok mübadiləsi gedir. RH və İH-nun formalaşması da əks əlaqə prinsipi ilə tənzimlənir və hipofizar hormonların konsentrasiyasından və ya onların təsir nəticəsindən asılıdır.
Hipofizin ön payında geniş fəaliyyət spektrinə malik bir sıra
332
hormonlar əmələ gəlir. Onlardan bir çoxları digər daxili sekresiya vəzilərinə nisbətdə kəskin şəkildə ifadə olunmuş troplu effektə malik olurlar (honadotron, tireotrop, adrenokortikotrop hormonlar və b.).
Samototrop hormon (STH) – boy artımı hormonu olub, müxtəlif heyvanlarda müxtəlif molekulyar kütləyə malik zülal kimi çıxış edir. STH sümüklər ilə bütün orqanizmin inkişafını stimullaşdırır. O, zülalın sintezini sürətləndirərək, amin turşularının parçalanması proseslərini ləngidir. Bu orqanizmdə azotun yubanmasına, su ilə duzların miqdarının artmasına, yağ tərkibinin azalmasına yardım edir. STH zülalın sintezinə stimullaşdırıcı təsir göstərərək, laktasiya prosesinin tənzimlənməsində iştirak edir. STH periostal sümükləşməni, qığırdaq toxumasının proliferasiyasını və hipofizar zonada sümüyün əmələ gəlməsini stimullaşdıraraq, sümüklərin uzunluğunun artmasına şərait yaradır. Buna görə də, bu hormonun yüksək ifrazat səviyyəsi qiqantizmin inkişafına şərait yaradır (insanın boyu 2 m olur).
Hipofizin ön hiperfunksiyası boyun sürətlə artmasına - qiqantizmə (nəhəngboylu) səbəb olur; Belə adamların boyu 2,5-2,6 m-ə çatır, yəni normal adamın boyundan 1,5 dəfə çox olur. Skeletin quruluşunda umumi mütənasiblik pozulur, əzələlər adətən süst və zəif olur. Çox zaman cinsi fəaliyyət zəifləməklə xarici cinsiyyət orqanları çox inkişaf edir.
STH heyvanın boy artımı proseslərinə təsiri orqanizmə hipofizar toxuma ekstraktının daxil edilməsi zamanı təsdiq olunur – bu zaman hiss olunan şəkildə boy artımı baş verir. Yaşlı insanda boy hormonunun külli miqdarda ifrazı akromeqaliyanın – sümükləşmə prosesinin başa çatmayan sahələrdə ayrı-ayrı sümüklərin qeyri-mütənasib artımına səbəb olur. Əksər hallarda əl, daban, çənə, almacıq sümüklərinin qeryi-mütənasib şəkildə inkişafına rast gəlinir. Hipofizar nəhənglərdə olduğu kimi akromeqaliyaya yoluxmuş xəstələrdə də hipofizin ön payı hormonları ilə tənzimlənən daxili sekresiya funksiyalarının pozulması müşahidə olunaraq, cinsiyyət vəzilərinin daxili
333
sekresiya funksiyalarında, şəkər diabeti ilə nəticələnən mədəaltı vəzinin insulyar toxumasında çatışmazlıq inkişaf edir.
Orqanizmin böyümə dövrü qurtardıqdan sonra, yəni yaşlılarda samotrop hormon artarsa, aktomeqaliya xəstəliyi baş verir (şəkil 7.23).

Şəkil 7.23. Akromeqaliya
Bu xəstəlik zamanı burun uzanır, dodaqlar və yanaqlar xeyli qalınlaşır, dil böyüyərək ağıza sığmır, daxili orqanlar (qaraciyər, ürək və s.) da böyüyür.
Ön payın piy mübadiləsini tənzim edən hormonu azaldıqda müəyyən nahiyələr, məsələn, qarında, budlarda, çiyində artıq dərəcədə piy toplanır və hipofizar piylənmə adlanan xəstəlik baş verir (şəkil 7.24).


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin