yardım edərək, qalxanabənzər vəzi hormonu və kortikosteroidlər ilə birlikdə normal laktasiya prosesini təmin edir. Bununla bərabər prolaktin ailə instinktini və davranış tərzini dəstəkləyir.
Prolaktin məməlilərdən başqa, bütün onurğalı heyvanlarda hipofizin aralıq payının melanposit stimullaşdırıcı hormonu ilə birlikdə melanin piqmentinin müvafiq şəkildə çökməsi sayəsində dəri örtüklərinin rənginin tənzimlənməsində iştirak edir.
Hipofiz LTH-nin təşkili prosesinin tənzimlənməsində hipotalamusun strukturu iştirak edir.
Beləliklə, hipofiz sinir-humoral tənzim sisteminə daxil olaraq, qayıdan əlaqə prinsipi üzrə işləyir, avtomatik şəkildə müvafiq vəzilərdə hormon ifrazını lazımi səviyyədə saxlayır. Hipofizin ön payı simpatik sinir lifləri ilə təchiz olunur. Simpatik sinirlər vəzi hüceyrələrinin sekretor fəallığını deyil, əsasən damar mənfəzini tənzim edirlər. Hipofizin ön payının fəaliyyətinin tənzim mexanizmində onun hipotalamusla ümumi olan qan təchizatı böyük əhəmiyyətə malikdir. Hipotalamusun sinir hüceyrələrində əmələ gələn fizioloji aktiv maddələr qanla hipofizin ön payına çataraq onun sekretor fəaliyyətini tənzim edir. Beləliklə, hipofizin ön payının daxili sekresiyası hipotalamusun nüvələri ilə tənzim olunur. Lakin bu tənzim təsiri sinirlə deyil, humoral yolla verilir (şəkil 7.29,A). Hipofizin arxa payının ön payından fərqli olaraq hipotalamusun nüvələri ilə bilavasitə sinir əlaqəsi vardır. Həmin sinir hüceyrələrinin aksonları hipofizin ayaqcıqlarına daxil olur və arxa payda qurtarır (şəkil 7.29,B).
Dostları ilə paylaş: