[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
8.3. Reseptorların morfo-funksional təsviri Bizim indiki təsəvvürlərə görə hər bir heyvan orqanizmi xarici mühitdə və bədən daxilində baş verən dəyişiklikləri hiss etmədən yaşaya bilməz. Heyvan orqanizmi üçün ilk növbədə xarici
348 mühitdə baş verən proses və hadisələri hiss etdirən xüsusi mexanizmlər zəruridir. Vaxtilə rus fizioloqu İ.M.Seçenov belə bir doğru mülahizə irəli sürmüşdür ki, orqanizmə verilən elmi tərifə mütləq xarici mühit anlayışı da daxil edilməlidir. Həqiqətən də ətraf mühit və onun qavrayışı mürəkkəb quruluşa və funksiyalara malik olan hər bir heyvan orqanizm üçün əlahiddə əhəmiyyət kəsb edir. İnsanlar xarici gerçəkliyi, burada baş verən hadisə və prosesləri, aləmdən hissi (sensor) siqnallar almadan, onları təhlil və tərtib etmədən yaşaya bilməz.
Heyvan və insan orqanizmi ətraf mühitin müxtəlif təsir formalarına çox həssas sazlanmış spesifik reseptor hüceyrələrə malikdir. Xarici mühitin müxtəlif enerji formaları reseptor hüceyrələr üçün stimul (qıcıq) kimi təsir göstərir. Orqanizm üçün hansı stimullar (qıcıqlar) gərəkdirsə və hansı qıcıqlar zərərli və ya lazımsızdırsa, bu artıq az və ya çox dərəcədə sensor üzvləri və onların reseptor törəmələri səviyyəsində müəyyən olunur.
Sensor modallıqları (hissi təsir müxtəliflikləri) özündə müxtəlif submodallıqlar və ya keyfiyyətləri ifadə edə bilər. Məsələn, biz müxtəlif maddələrin qoxusunu və dadını eyni zamanda duya bilərik, temperatur duyğularını həm isti, həm də soyuq kimi qəbul edirik, biz müxtəlif işıq dalğalarını müxtəlif rənglər kimi görürük və i.a.
Reseptorlar haqqında tam təsəvvür formalaşdırmaq üçün onların təkamül inkişafı mənzərəsi ilə tanış olmaq vacibdir. Heyvanat aləmində reseptorların olduqca çoxlu formaları təmsil olunmuşdur. Reseptorların mənşəyini tədqiq edəndə belə bir ilkin postulat irəli sürülmüşdür ki, ilkin hissetmə qabiliyyəti elementar səviyyədə hər bir canlı hüceyrənin xarici səth membranına məxsus olan xüsusi zülal, zülal-lipid və qlüko-zülal biomolekulyar komplekslərin və onları əhatə edən ion mühitlərinin xassələri ilə əlaqədardır. Ona görə də müxtəlif növ və tip heyvanlarda ən müxtəlif reseptorların hissi xassələrində ümumi və oxşar xüsusiyyətlər mövcuddur ki, bu da onlarda ilkin molekulyar represiya mexanizmlərinin çox yaxın olması ilə izah edilir.
349 Yastı qurdların (planariya və s.) və ya həşəratların gözü insanın gözündən fərqlənir, lakin fotoresepsiyanın fundamental əsasları gözlərə malik olan əksəriyyət heyvanlarda oxşar prinsip və molekulyar mexanizmləri üzrə qurulmuşdur. Bəzi heyvanlarda olan incə reseptor aparatları insanda yoxdur. Məsələn, elektrik balıqlarda elektrik cərəyanı hiss edən orqanlar, molyusklarda suyun kimyəvi tərkibini təyin edən osforidal hissi orqan mövcuddur, insan orqanizmi belə nadir hissi reseptorlardan məhrumdur. Elə onurğasızlar da var ki, onlarda əksər hiss orqanları və ya reseptorlar inkişaf etməmişdir. Sahibin bağırsaq mühitində parazit həyat keçirməyə əlahidə surətdə adaptasiya olunmuş lentvarı qurdlar belə orqanizmlərdəndir. Bir çox sensor (reseptor) hüceyrələr və duyğu orqanları yüksək uyğunlaşmalara məruz qalsa da müxtəlif heyvan növlərində təxminən eyni quruluş və funksional xüsusiyyətləri qoruyub saxlayırlar. Onurğalılarda qoxu və görmə reseptorları bu qəbilədən olan sensor cihazlara yaxşı misal ola bilər.
Xarici və ya daxili stimulun sinir impulsuna çevrilməsi ya bütövlükdə sensor hüceyrədə, yaxud da onun xüsusi membran sahəsində baş verir. Məsələn, qanda oksigenin (O2) qatılıq gərginliyi tutan xemoreseptorlar sinir impulsları bütövlükdə hüceyrə fəaliyyəti sayəsində yaradır, amma əksər sensor çeviricilər bu prosesi həyata keçirmək üçün çox incə və səciyyəvi morfofunksional törəmələr qazanırlar. Sensor hüseyrədə çevirici (transduksiyaedici) xassələr müəyyən mikromorfoloji sahələr ilə sıx əlaqədardır. Bu ixtisaslaşmalar formaca müxtəlifdir. Aşağıdakı sxemdə onurğalı heyvanlarda bəzi reseptorların morfofunksional xüsusiyyətləri göstərilir (şəkil 8.1).
Oksigen Dad Qoxu Somatosensor Əzələ Eşitmə Görmə res. res. res. res. res. res. res.