Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə195/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 8.5. İnsanın dilində müxtəlif dad hissləri yaranan zonalar (A). Dad məməciklərinin əsas tipləri və dad soğanağının ultrastrukturu (B) (Murray, 1973).
366
Dad orqanları, dad siniri və uzunsov beyində, dördtəpəli cisimdə və baş beyin qabığında yerləşən dad sinir mərkəzləri birlikdə morfofunksional dad sistemi və ya dad analizatoru təşkil edir. Dad siqnallarının ilkin kodlaşdırılması xemoreseptorlar səviyyəsində həyata keçir, amma dad duyğularının təzahür olunmasında əsas rol dad sisteminin mərkəzi strukturları oynayır.

8.5. Daxili (visseral) hissiyyat və onların növləri


İnsan və heyvanların orqanizmi öz daxili mühitində, orqan və toxumlarda, bioloji mayelərdə baş verən fiziki-kimyəvi, biokimyəvi, mexaniki, termik, metabolik və funksional dəyişiklikləri haqqında cari informasiya verən sensor cihazlara malikdir. Onlara interoreseptorlar deyilir. İnteroresepsiya orqanizmin həyatında, fizioloji proseslərin tənzimində, bir sıra davranış reaksiyaların icra olunmasında və xarici mühit şəraitlərinə uyğunlaşmasında çox mühüm rol oynayır.
İnteroreseptorlar insan və ya heyvan orqanizminin demək olar ki, bütün visseral toxuma və orqanlarında (ürəkdə, qan və limfa damarlarında, əzələlərdə, oynaqlarda, həzm traktında, tənəffüs yollarında, dalaqda, böyrəklərdə və s.) geniş yayılmışdır. Funksional olaraq interoreseptorları bir neçə tipə ayırmaq olar. Bu xemoreseptorlar, mexanoreseptorlar, termoreseptorlar, ocmoreseptorlar, baroreseptorlar və proprioreseptorlardır. Axırıncılar əzələ hissi və kinesteziya (ətrafların hərəkət və məkan vəziyyətləri barədə hisslər) haqqında informasiya verən sensor sistemini formalaşdırdığına görə onlar tamam ayrı-ayrı reseptorlar kimi xarakterizə olunurlar.
İnteroreseptorların bəzi növləri öz morfoloji təşkilinə görə dəri reseptorlarına oxşayır. Lakin morfoloji cəhətdən fərqli interoreseptorlar da vardır. Oynaq və vətərlərdə reseptor funksiya icra edən Holci orqanları buna misal ola bilər. Müəyyən morfofunksional parametrləri üzrə (qıcıq spesifikliyi, həssaslıq dərəcəsi, reaksiya sürəti, afferentasiyanın təşkili və s.) interoreseptorlar ekstrasensorlardan fərqlənirlər.
367
İnteroreseptorlar daha çox orqanizmin daxili mühitinin kimyəvi, metabolik, homestatik, osmotik və barometrik göstəriciləri haqqında sensor siqnalları təmin edir.
Daxili mühitin kimyəvi tərkibinin, qanın şəkər (qlikemik) səviyyəsinin nisbi sabitliyi (homestazı), orqan və toxumaların, daxili bioloji mayelərin PH qradiyentləri qorunub saxlanılmasında interoreseptorların çox böyük rolu vardır. Vaxtilə İ.M.Seçenov orqanizmin daxili mühitinin dəyişikliklərinin hiss edilməsi «qaranlıq hissiyat», yəni qavranılmayan, şüuraltı hissiyyat adlandırmışdır.
Sağlam insan adi halda daxildən gələn qıcıqlanmaları hiss etmir, bu qıcıqlanmalar öz təsir qüvvəsinə görə fizioloji hədləri aşdıqda biz bunu ağrı kimi hiss etməyə başlayırıq. Bəzi tədqiqatçıların fikrincə interoreseptorlar arasında xüsusi ağrı reseptorlarının varlığı mümkündür.
İnteroreseptorlar visseral toxuma və orqanları sinirləndirən hissi sinir liflərinin sərbəst və ya morfoloji olaraq müəyyən statik forması olan ucları kimi təmsil olunmuşdur. Tədqiqatlar göstərir ki, daxili reseptorlar bir sıra qıcıqlara qarşı kifayət qədər həssasdırlar. Daxili xemoreseptorlar orqan və toxumalarda gedən maddələr mübadiləsinin səviyyəsi, qanda qlikemik reaksiyaların dinamik parametrləri və s. bu kimi funksional vəziyyətlərə tez reaksiya verirlər. Digər növ interoreseptorların (mexenoreseptorlar, osmoreseptorlar, baroreseptorlar) həssaslığı xeyli yüksəkdir, amma interoreseptorların hissetmə qabiliyyətləri ekstroreseptorlarla müqayisədə xeyli zəif olduğu barədə fikirlər mövcuddur. İnteroreseptiv qıcıqlanmalar əsasında bir sıra şərtsiz və şərti reflekslər çətinliklə yaranır, bunun üçün nisbətən uzunmüddətli və güclü təsirlər seriyası tələb olunur. Bəzi interoreseptorlar insanda iradi olaraq həyata keçirilən spesifik reflektor reaksiyaları (defekasiya aktı, sidik boşalma aktı) üçün effektiv siqnal mənbəyi rolu oynayır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin