Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə197/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   193   194   195   196   197   198   199   200   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Baroreseptorlar. Onurğalılarda daxili kimyəvi hissiyyat növlərindən biri olub, qanda oksigenin (O2) miqdar və ya
369
gərginlik dəyişiklikləri, qan təzyiqi haqqında informasiya verir.
Qanda (O2) gərginliyinə reaksiya verən xüsusi visseroxemoresptiv karotid orqan əmələ gəlmişdir. Bu orqan əksər onurğalılarda təşəkkül etmişdir. Məməlilərdə karotid orqan ürəkdən yuxarıda, başı qanla təchiz edən xarici və daxili yuxu artireyaları arasında yerləşir, başa gələn arterial qanı ilə təmasda olur.
Bu xırda sensor aparat dil-dodaq sinirin (IX beyin siniri) lifləri ilə sinirlənir, uzunsov və orta beyin mərkəzləri ilə əlaqəlidir. İnsan normal nəfəs alanda, yəni qanda O2 qatılığı normal olanda karotid cisim az qıcıqlanır, bu halda onun impulsları tənəffüs mərkəzləri zəif oyadır. Haçan ki, qanda O2 azalır, anoksiya vəziyyəti yaranır, onda karotid cisimdə oyanmalar güclənir, tənəffüs mərkəzləri daha intensiv impulsasiyalara məruz qalır, qanda O2 normal olmasına yönəldilmiş reflektor reaksiyalar işə düşür. Aşağıda məməlilərin karotid orqanı və onun əlaqələri sxematik olaraq göstərilmişdir (şəkil 8.6).

Şəkil 8.6. Siçovulda karotid cismin sxematik təsviri.
XIX əsrin sonlarından bəri fiziologiya sahəsində aparılmış fundamental tədqiqatların mühüm bir hissəsi interoresepsiya və onun mexanizmlərinin öyrənilməsinə həsr olunmuşdur. K.Bernar, İ.P.Pavlov, V.M.Bexteryev, K.M.Bıkov, V.N.Çerniqovski, İ.M.Bulgin, A.İ.Qarayev və başqaları interoreseptorlar ilə mərkəzi sinir sistemi arasında qarşılıqlı əlaqələri haqqında geniş elmi təsəvvürlərin formalaşmasında böyük rol oynamışdır. Bu sahədə
370
kortiko-visseral əlaqələr haqqında təlim böyük rol oynamasıdır.

İnteroresepsiyanın mərkəzi əlaqələri


İnteroreseptorlardan gələn sinir impulsları müxtəlif hissi sinir kanalları vasitəsilə mərkəzi sinir sisteminin bir sıra şöbələrinə daxil olur. Bu siqnallar ilk növbədə onurğa beyninə, uzunsov və ara beyin strukturlarına, daha sonra qabıqaltı və qabıq sahələrə doğru ötürülür. İnterorepseptorlar ilə uzunsov beyin, retikulyar formasiya, hipotalamus, talamus, limbik qabıq və somatosensor qabıq sahələri arasında bir başa və dolayı əlaqələr müəyyən edilmişdir. Onlar visseral mühitin dəyişiklikləri tənzim etməkdə mühüm rol oynayır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin