Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə2/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

MÜQƏDDİMƏ


Tibb və psixologiya elmlərinin nəzəri və təcrübi əsasını təşkil edən, digər bioloji elmlərin açarı olan fiziologiya elminin XXI əsrdə də çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, bu sahədə günün tələbinə cavab verən fundamental dərslik yazmaq son dərəcə çətin və məsuliyyət tələb edir. Ona görə də XXI əsrin əvvəlində fiziologiya elminin real vəziyyətinə əsaslanaraq kitabda olan materialları Azərbaycan təhsil sisteminin tələbini nəzərə alaraq, Avropa ölkələrinin universitetlərində tədris olunan insan fiziologiyası kursuna uyğun yazmağa çalışdıq.
İnsan və heyvan fiziologiyası – tarixən orqanizmin quruluşunu öyrənən anatomiya elminə əsaslanmış və onun bir bölməsi kimi meydana gəlmişdir. Bu elm XVII əsrdən müstəqil bir elm kimi tədris olunmağa başlamış, sonralar biokimya və tibbi fiziologiyanın inkişafı üçün zəmin yaratmışdır.
Bakı Dövlət Universitetinin, digər dövlət və özəl universitetlərinin bakalavr və magistrant tələbələrinin baloniya təhsil sistemi nəzərə alınmaqla insan və heyvan fiziologiyasına dair Avropa standartlarına cavab verən Azərbaycan dilində yazılmış dərsliyə böyük ehtiyac olduğunu nəzərə alıb, hazırkı kitabı nəşrə hazırladıq.
Dərsliyin tərtibatında müxtəlif dillərdə yazılmış elmi ədəbiyyatlardan və dərsliklərdən istifadə edilmişdir. Bu kitabın tərtib olunmasında AMEA-nın müxbir üzvi, prof. F.İ.Cəfərovun, prof. M.A.Qarayevin və prof. O.M.İsmayılovun Azərbaycan dilində olan, Rusiyanın REA-nın İ.M.Seçenov adına Təkamülün Fiziologiyası və Biokimyası İnstitutunun professoru, tibb elmləri doktoru, akademik P.S.Orlovun, Sankt-Peterburq Universitetinin insan və heyvan fiziologiyası kafedrasının müdiri, REA-nın akademiki, professor P.S.Nozdraçevin, R.F.Smidt və Q.Tevesin redaktorluğu ilə ingilis dilindən rus dilinə tərcümə edilən «İnsan fiziologiyası» kitabından, bir sıra digər elmi əsərlərdən və onlarda olan cədvəl və şəkillərdən istifadə edilmişdir. Dərsliyin işıq üzü görməsində BDU-nun insan və heyvan fiziologiyası kafedrasının
2
və biostimulyatorlar ETL-nin əməkdaşlarından dos. Ş.Məhərrəmov, dos. V.Mədətova, dos. M.Nəsibov, biologiya elmləri namizədləri F.Əliyeva, R.Babayeva, N.Məmmədova, S.İbrahimova, S.Məmmədova, F.Zamanova, aspirantlardan F.Rəhimova, Y.Firudinbəyov, elmi işçilərdən A.Musayev, Q.Həsənova, S.Miriyeva, S.Quliyeva, M.Qasımzadə, X.Rizvanova və b. öz bacarıqlarını əsirgəməmişlər. Onlara, rəyçilərə, redaktorlara minnətdarlığımı bildirirəm.
Kitabın baloniya təhsil sisteminin tələblərinə uyğun olaraq hər 2-3 ildən bir yeniləşdirilməsi nəzərdə tutulmuşdur. Ona görə də kitab haqqında fikirlərini bildirənlərə, həm də gələcək nəşrlərin hazırlanmasında yaxından iştirak etmək istəyənlərə əvvəlcədən minnətdarlığımızı bildiririk.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin