Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Şəkil 8.8. Dəri reseptorlarının növləri



Yüklə 31,99 Mb.
səhifə201/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 8.8. Dəri reseptorlarının növləri.
1-plastik (Fater-Pacini) hüceyrələr;
2-təmas (Meysner) hüceyrələri; 3-tük hissəciyində sinir kələfi;
4-soğanaqcıq (Krauze kolbacıq);
377
5-buynuz qişada sinir kələfi: N-sinir lifi.

8.8. Dərinin termoreseptorları


Ətraf mühitin, havanın temperaturu, iqlim dəyişiklikləri, istilik və soyuqluq dərəcəsi, cismlərin başqa orqanizmlərin istiliyi və ya soyuqluğu dəridə yerləşən termoreseptorlar vasitəsilə qəbul edilir. Dəridə termoresepsiya funksiyası yerinə yetirən reseptorlar hissi sinir liflərinin sərbəst ucları və ya onların inkapsulyar formaları - Ruffini cisimcikləri və Krauze kolbacıqları kimi təmsil olunmuşdur. Son illərin tədqiqatları göstərmişdir ki, Ruffini cisimcikləri və Krauze kolbacıqları dəridə lamisə reseptorları funksiyası daşımaqla yanaşı, həmçinin temperatur təsirlərinə də həssaslıq göstərirlər. Ruffini cisimcikləri istiyə, Krauze kolbacıqları soyuğa həssasdırlar.
Primatlarda termoresepsiya müxtəlif hissi liflər arasında paylanılmışdır. Soyuma əsasən nazik mielinlə örtülmüş A-delta liflər (ad liflər), qızma isə qalın mielinlə örtülmüş C-liflər vasitəsilə hiss edirlər. Reseptorların istilik və ya soyuqluq reseptorlarına aid olub-olmaması həqiqətdə onların həssaslıq zirvələri bədənin hərarətinə görə nə dərəcədə aşağı və ya nə dərəcədə yuxarı həddə müvafiq olmasıyla müəyyən edilir. Eyni bir termoreseptor tempraturun aşağı düşməsinə və ya yuxarı qalxmasına tez və ya yavaş reaksiya ilə cavab verə bilər.
Dəridə ixtisaslaşmış istilik və soyuqluq reseptorlarınn varlığı fikri bir çox tədqiqatçılar qəbul edir. İstilik və soyuqluq reseptorları istinin və soyuğun qradasiyaları təyin edən detektorlardır. İnsanın dəri səthinin çox hissəsində istilik və soyuqluq nöqtələri adlanan kiçicik reseptiv sahələr aşkar edilmişdir. Bəzi müəlliflərə görə, insanda soyuqluq nöqtələri istilik nöqtələrindən sayca 5-10 dəfə çoxdur.
Dərinin termohəssaslığı statik və dinamik ola bilər. Uzunmüddətli nisbi sabit hava temperaturu dəridə statik temperatur hissi yaradır. Bizdə dəri tempraturu 36-37°-C-dən yuxarı qalxanda, 43-45°-C-ə çatanda, sabit istilik hissi, 30°-C-ə qədər aşağı düşəndə sabit soyu-
378
qluq hissi formalaşır. Dərinin istiliyi 43-44°-C-dən yuxarı qalxanda, biz bunu artıq ağrı, yanğı hissi kimi qəbul etməyə başlayırıq. Dərinin temperaturu 20-17°-C-ə qədər aşağı düşəndə, bu da ağrı impulsları yaradır. Termoreseptorların dinamik həssaslığı nisbətən zəif öyrənilmişdir. Göstərilir ki, müxtəlif növ termoreseptorlar qarşılıqlı olaraq biri digərinin həssaslığını dəyişdirə bilər. Belə ki, bir növ termoreseptorda oyanıcılığın artması digər termoreseptorda oyancılığın azalması ilə müşayiət oluna bilər. İsti günlərdə səhər və axşam soyuğu deteksiya edən reseptorlar daha fəallaşırlar.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin